DUASENZY Kapsul

DUASENZY kapsul preparatı enzim kompleksi olub öz farmakoloji xüsusiyyətləri sayəsində tibbin ən müxtəlif sahələrində istifadə imkanlarına malikdir. DUASENZY -nın aktiv komponentləri insan orqanizmində normal halda mövcud olmayan

Jun 23, 2024 - 13:57
Jun 23, 2024 - 14:00
 0
DUASENZY Kapsul
DUASENZY Kapsul

DUASENZY kap N30 -  Enzim kompleksi

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

DUASENZY kapsul N30

DUASENZY Kapsul Tərkibi

Hər 2 kapsulda:

  • Tripsin ------------------------- 10 mq (360 EAU)
  • Ximotripsin -------------------- 2 mq (300 EAU)
  • Serratiopeptidaza -------- 60 mq (120 000 BV)
  • Pankreatin---------------------------------- 150mq 

Farmakoloji xüsusiyyətlər

DUASENZY Kapsul nə üçündür?

DUASENZY kapsul preparatı enzim kompleksi olub öz farmakoloji xüsusiyyətləri sayəsində tibbin ən müxtəlif sahələrində istifadə imkanlarına malikdir. DUASENZY -nın aktiv komponentləri insan orqanizmində normal halda mövcud olmayan

patoloji mürəkkəb zülal birləşmələrini (məsələn, fibrin, qatı selik, qan laxtaları, bitişiklər və s.) parçalamağa qadirdir. iltihab ocağında bradikinin, histamin və serotoninin miqdarını azaldaraq iltihab prosesini ləngidir. Serratiopeptidaza toxumalarda mikrosirkulyasiyanı yaxşılaşdırır, fibrinoz eksudatın parçalanmasına və reabsorbsiyasına səbəb olur. Plazmin inhibitorlarının fəallığını azaldır, bununla da plazminin fibrinolitik fəallığını artırır. DUASENZY iltihablı toxumalarda aminlərin azad olmasını aşağı salaraq ağrıkəsici təsir göstərir. Ödemi qarşısını alır, iltihabəleyhinə təsir göstərir, ağrıları aradan qaldırır və qanın reoloji xassələrini yaxşılaşdırır.DUASENZY antibiotiklərlə yanaşı istifadə zamanı onların effektivliyini artırır, beləliklə xəstəliyin kliniki ağırlıq dərəcəsinin aşağı salınmasına, simptomların azalmasına və sağalmanın sürətlənməsinə səbəb olur. Aktiv komponentləri sayəsində xroniki xəstəliklər və ya cərrahi müdaxilələrin nəticəsində formalaşan bitişmələrin (“spaykaların”) əriməsini həyata keçirir. 

DUASENZY Kapsul İstifadə qaydası

Dozalanma xəstəliyin ağırlıq dərəcəsindən və davam etmə müddətindən asılıdır . DUASENZY- nin tövsiyyə olunan qəbul dozası 1 kapsul gündə 1-2 dəfə,xəstəliyin ağır formalarında 1 kapsul gündə 2-3 dəfə, 3 həftədən sonra doza 1 kapsul gündə 2 dəfəyə qədər azaldılaraq 2 ay ərzində qəbul edilməlidir. Kimyəvi şüa terapiyası zamanı 1 kapsuldan gündə 3 dəfə daxilə qəbul edilir. 

İstifadəsi üçün göstərişlər

  • Ginekologiya- kəskin və xroniki infeksiyalar, kiçik çanaq orqanlarının iltihabi xəstəlikləri, sonsuzluq, endometrioz, uşaqlığın fibroması, yumurtalıq kistaları, adneksit, mastit, septiki abort, hematomalar, hestozlar, histeroektomiyadan sonra mastopatiyalar.
  • Cərrahiyə - əməliyyat sonrakı ağırlaşmaların profilaktikası və müalicəsi, çapıq birləşmələri zamanı, posttravmatik və limfatik ödemlər zamanı, plastik və reksonstrukti əməliyyatlar zamanı infeksion ağırlaşmalar və çapıq bilərşmələrinin profilaktikası məqsədilə.
  • Travmatologiya– travmalar, sınıqlar, distorsiyalar,çıxıqlar, küt zədələr, xroniki posttravmatik prosseslər, yumşaq toxumaların iltihabı.
  • Terapiya- Revmatologiya - revmatoid artrit, osteoartrit, revmatizmin oynaqdankənar formaları, ankilozlaşdırıcı spondilit.
  • Angiologiya - tromboflebitlər, posttrombotik sindrom, vaskulitlər, obliterasiyaedici trombangit, resdivləşən flebitlərin profilaktikası.
  • Urologiya- sidik - cinsiyyət traktının iltihabi xəstəlikləri, sistit, sistopielit, prostatit.
  • Kardiologiya - miokard infarktından sonrakı vəziyyət, ÜİX.
  • Qastroenterologiya- pankreatit, hepatit, xorali kolit, Kron xəstəliyi.
  • Nefrologiya - pielonefrit, qlomerulonefrit.
  • Endokrinologiya - diabetik angiopatiya, diabetik retiopatiya, autoimmun trieodit.
  • Dermatologiya - atopik dermatit, akne.
  • Onkoloji - xəstəliklər zamanı kimya-və ya şüa terapiyası dövründə infeksion ağırlaşmaların profilaktikası və həyat keyfiyyətinin yaxşılaşdırılması məqsədilə.
  • Eləcə də- yuxari və aşağı tənəffüs yollarının iltihabı, sinusit, bronxit, bronxopnevoniya, bronxial astma. Antibiotikterapiya . Əvəzləyici hormonal terapiya və hormonal kontrasepsiya zamanı yan təsirləri azaltmaq məqsdəilə 

DUASENZY Kapsul Əks göstərişlər

Hiperhəssaslıq , qanaxmaya meyillilik , laxtanlama sistemi xəstəlikləri , hemofiliya və trombositopenik purpura. 

Aptekdən buraxılma şərti

Reseptli

DUASENZY Kapsul Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

PHARMA STANDART İlaç Medikal Kozmetik Gida San. Tic. Ltd., Türkiyə

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow