Remenol tablet haqqında məlumat

Remenol tablet - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, hamiləlik toksikozu zamanı istifadə olunan preparatdır.

Oct 10, 2024 - 18:47
 0
Remenol tablet haqqında məlumat
Remenol tablet

Remenol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Remenol qiyməti

Remenol tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan Remenol qiyməti 24 azn - 27 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Remenol dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Təsiredici maddə: L-Metilfolat 400 mkq Köməkçi maddələr: Mikrokristalliksellüloza(E460), Laktoza monohidrat, Polivinilpirolidon(E201), Natrium Glükonat, Natrium Florid

İstifadə qaydası və dozalanması

Remenol ağızda dilaltı qəbul olunur. Dilaltında tamamilə əriməsi gözlənilməlidir. Böyüklər 1 tablet gündə 1 dəfə Həkim məsləhəti olmadan tövsiyə olunan doza həddinin aşılması məsləhət görülmür.

Xüsusiyyətləri

L-Metilfolat(Metilfolat və ya 5-Metiltetrahidrofolat)-B9 (folat) vitaminin bioloji aktiv formasıdır. L-Metilfolat orqanizmdə baş beyin və sinir sistemi sağlığını təmin etməklə bərabər, orqanizmdə iki əsas funksiyani yerinə yetirir-Neyrotransmitter funksiyası və önəmli bir ferment tənzimləyicisi olan SAME(s-adenosylmetioninə) yaranması. B12(Kobalamin) vitamini ilə bərabər orqanizmdə qan yaranma prossesində iştirak edir. Bilindiyi kimi Fol turşusu əsasən vitamin dəstəklərində və qidaya qatqı olaraq əlavə olunan sintetik formada olan “B qrupu” vitaminidir. Orqanizm fol turşusunu L-MTHF formuna çevirə bilmirsə, fol turşusu orqanizm üçün faydasiz olur. Fol turşusundan fərqli olaraq L-MTHF orqanizmdə hüceyrə membranindan asanlıqla keçərək mühüm funksiyalari yerinə yetirir. Hamiləlik dönəmində L-MTHF qəbulu anadan olacaq uşaqda nevroloji qüsurlarin aradan qaldırılmasına kömək edir.

Əks göstərişlər və əlavə təsirlər

-Preparatın hər hansı komponentinə qarşı fərdi hiperhəssaslıq. -Hamiləlik və laktasiya dövründə həkim məsləhəti ilə qəbul olunmalıdır. Əlavə təsirlər Allergik reaksiyalar, nəfəs darlığı, müxtəlif ölçülü səpkilər. Qeyd olunan hallardan hər hansı biri ilə qarşılaşsanız mütləq həkiminizə müraciət edin.

Buraxılış forması

Remenol N 60 ağızda əriyən tabletlər.

Saxlanma şəraiti

250 C-dən yuxarı olmayan temperaturda, quru və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlıq müddəti

3 il

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Böyrək və qaraciyər çatışmamazlığı.

İstehsalçı

KOÇ İLAÇ Kişisel Bakım ve Bitkisel Ürünler Sag. Paz. İth. İhr. San. Tic. Ltd. Şti./KOC PHARMACEUTİCALS CO.LTD.

Ünvan

Macun Mah.Erciyes İsyerleri Sitesi 196.Cad.No:21.Yenimahalle/ ANKARA/TÜRKİYYE Tel: +90 312 397 65 70 / Fax: +90 312 397 88 75 www.kocilac.com / [email protected] İşletme kayıt No/ Company Registration Number : TR-06-K-004366

Remenol nə üçündür?

  1. Hamiləlik toksikozu zamanı istifadə olunan dərmanlar
  2. Vitamin və mineral çatışmamazlığı
  3. Anemiya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow