Smart hit nə üçündür? tərkibi və qiyməti
Smart hit - Vitamin və mineral çatışmamazlığı zamanı, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı, anemiya zamanı istifadə olunan preparatdır.

Smart hit haqqında məlumat
Smart hit qiyməti
Smart hit ferrum qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Smart hit qiyməti 33 azn - 36 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Smart hit qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Hər kapsulda - əsas maddələr: Liposomal dəmir (qarğıdalı nişastası, dəmir difosfat (dəmir pirofosfat), emulqator – günəbaxan lesitini (fosfolipidlər)) (62 %) 360 mq (28 mq sərbəst dəmirə bərabərdir), Natrium L-askorbat 83 mq (70 mq vitamin C - ə bərabərdir), Piridoksinhidroxlorid 2,05 mq (1,4 mq sərbəst vitamin B6 – a bərabərdir), Metilkobalamin 3,0 mkq (2,5 mkq vitamin B12 - ə bərabərdir); Köməkçi maddələr: Mikrokristallik sellüloza (E460), yağ turşularının maqnezium duzları (E470b), silisium dioksid (E551), hidroksipropil metil sellüloza (E464), titaniumdioksid (E171).
Göstərişlər
Dəmir, vitamin C, vitamin B6 və vitamin B12 maddələrlə qida rasionunu zənginləşdirmək, eləcə də bu maddələrin çatışmazlığında müşahidə olunan xəstəliklərin müalicəsi zamanı köməkçi vasitə kimi tövsiyə olunur. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz.
İstifadə qaydası və dozalanması
14 yaşdan yuxarı uşaqlar və böyüklər bir kapsuldan gündə bir dəfə (qadın cinsi nümayəndələri üçün). Mədə-bağırsaq traktında narahatlıq yarandığı halda az miqdarda su ilə qəbul edilməsi tövsiyə olunur.
Xüsusiyyətləri
LİPOSOMLARDA KAPSULLAŞDIRILMIŞ DƏMİR – bu dəmir mikrokapsulları mikroelementlərin yaxşı mənimsənilməsini təmin edən MIOSOL effektiv absorbsiya texnologiyası ilə hazırlanmışdır. Bu mikrokapsullar əlavə təsir riskini azaldır. (dəmir dadı vermir, həzm traktını qıcıqlandırmır). Liposomlarda kapsullaşdırılmış dəmirin effektiv absorbsiyası elmi araşdırmalar zamanı müəyyən edilmişdir. DƏMİR hemoqlobinin normal formalaşmasına və bədəndə normal oksigen nəqliyyatına kömək edir. DƏMİR, VİTAMİN B6 və B12 qırmızı qan hüceyrələrinin normal şəkildə formalaşmasına kömək edir. DƏMİR, VİTAMİN C, B6 və B12 yorğunluq və halsızlığın azalmasına kömək edir. VİTAMİN C dəmir absorbsiyasını artırır. VİTAMİN B6 hormonal aktivliyin tənzimlənməsinə kömək edir.
Əks göstərişlər və əlavə təsirlər
Tərkibindəki hər hansı komponentə qarşı hiperhəssaslıq. 14 yaşa qədər uşaqlar üçün nəzərdə tutulmur. Hamiləlik və laktasiya dövründə həkimin məsləhəti olmadan qəbul edilmir (Daha ətraflı istifadə təlimatda tanış olun). SmartHit Ferrum kapsulları normal qidalanmanı əvəz etmir. Yanaşı digər dərman vasitələrinin qəbulu zamanı həkiminizlə məsləhətləşin.
Xəbərdarlıq
Nəzərdə tutulmuş dozanı aşmayın. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Buraxılış forması
Karton qutuda flakonda 30 kapsul.
Saxlanma şəraiti
Quru, qaranlıq, 25 °C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanmalıdır.
Yararlıq müddəti
2 il
İstehsalçı
Valentis UAB, Molėtų pl. 11, LT-08409 Vilnius, Litva. DİSTRİBÜTOR: Remedi Group AB-də istehsal olunub.
Smart hit nə üçündür?
- Vitamin və mineral çatışmamazlığı
- Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- Anemiya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






