Benazol sirop isitfadə qaydası necədir?

Benazol - Qurd xəstəliklərində istifadə olunan (antihelmint) preparatdır.

Sep 8, 2024 - 11:33
Sep 8, 2024 - 11:36
 0
Benazol sirop isitfadə qaydası necədir?
Benazol sirop

Benazol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Benazol qiyməti

Benazol sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Benazol qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Benazol suspenziya qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

10 ml suspenziyanın tərkibində:

Təsiredici maddə: Mikronizə olunmuş albendazol.....400 mq
Köməkçi maddələr: şəkər, makroqol 400, kalium sorbat, kalium asesulfam, polisorbat 80, benzoin turşusu (E210), ksantan kitrəsi,
qliserol, portağal ətirləndiricisi, vanilin, təmizlənmiş su.
Beynəlxalq patentləşdirilməmiş adı: Albendazole

Farmakoterapevtik qrupu: 

Antihelmint preparatı.

ATC kodu: P02CA03

Farmakoloji xüsusiyyətləri:

Farmakodinamika:
Albendazol benzimidazol sinfinə aid olan geniş təsir spektrli antihelmint və antiprotozoy dərman vasitəsidir. Albendazol biokimyəvi proseslərin gedişatını pozur: qlükozanın utilizasiyasını və ATF sintezini tormozlayır, helmintlərin mikrotubulyar apparatının quruluşunu pozur, nəticədə helmintləri məhv edərək orqanizmdən xaric edir.
Albendazol nematodlar daxil olmaqla, bağırsaq infeksiyalarını törədən parazitlərə və dəri sindromu törədən Larva Migransa (miqrasiya edən sürfə sindromu) qarşı aktivdir.
Preparat qeyd olunan nematodlara qarşı təsir göstərir: Ascaris lumbricoides (həlqəvi qurd), Trichuris trichiura (tükbaş), Enterobius vermicularis (biz qurdu), Ancylostoma duodenale (ankilostoma), Necator americanus (nematodlar), Strongyloides stercoralis; sestodlara: Hymenolepsis nana (cırtdan soliteri), Taenia solium (donuz soliteri), Taenia saginata (öküz soliteri); trematodlar:
Opisthorchis viverrini və Clonorchis sinensis; ibtidailərə: Giardia lamblia (bağırsaq və duodenal).
Albendazol toxuma parazitlərinə qarşı, o cümlədən Echinococcus granulosus və Echinococcus multilocularis invaziyası ilə törədilən kistoz və alveolyar exinokokkozlara qarşı aktivdir.
Albendazol Taenia solium sürfə invaziyası ilə törədilən neyrosistoserkozun və Capilaria philippinensis invaziyası ilə törədilən hepatikolyozun, Gnathostoma spinigerum, Echinococcus granulosus, Echinococcus multilocularis invaziyası ilə törədilən qnastomozun müalicəsində effektivdir. 

Farmakokinetikası:

Absorbsiyası.
Daxilə qəbul olunduqdan sonra albendazol mədə-bağırsaq traktından zəif absorbsiya olunur. Sistemli farmakoloji təsiri yağlı qida ilə qəbulu zamanı güclənir, bu zaman albendazolun absorbsiyası və bioyararlılığı 5 dəfə artır. Hidatid kistası olan 6 xəstədə albendazolun yağlı qida ilə qəbulu zamanı, albendazol sulfoksidin plazmadakı maksimal konsentrasiyası 1,31mkq/ml təşkil etmişdir və 2-5 saatdan sonra təyin olunmuşdur.
Albendazol plazmada az konsentrasiyada aşkar olunur yaxud tamamilə aşkar olunmur, çünki sistemli qan dövranına sorulana qədər albendazol sulfoksid metabolitinə çevrilir. Albendazolun sistemli antihelmint təsiri ilkin metaboliti olan albendazol sulfoksid ilə əlaqəlidir.
Paylanması.
Albendazol sulfoksidin qanın zülalları ilə birləşməsi 70% təşkil edir. Albendazol sulfoksidin əhəmiyyətli miqdarda öddə, qaraciyərdə, onurğa beyni mayesində, sidikdə, helmint sistlərinin maye və kistalarında aşkar olunur. Plazmadakı konsentrasiya sista mayesindən 3-10 dəfə və onurğa beyni mayesindən isə 2-4 dəfə daha yüksəkdir. İn vitro aparılmış klinik tədqiqatların nəticələrinə görə, albendazol sulfoksid plazma ilə müqayisədə sistalardan ləng xaric olunur.
Metabolizm.
Albendazol qaraciyərdə metabolizmə uğrayır və antihelmint xüsusiyyətli ilk metaboliti (albendazol sulfoksid) yaranır. Albendazol sulfoksid albendazol sulfona (ikinci metabolit) və digər oksidləşmiş məhsullara çevrilir.
Albendazol sulfoksidin T 8-12 saat təşkil edir. Əsasən ödlə aktiv metabolit şəklində xaric olunur, az miqdarda sidiklə xaric 1/2 olunur.
Xüsusi klinik hallarda farmakokinetikası.
Böyrək funksiyasının pozğunluğu: Albendazol sulfoksid böyrəklər ilə 1% -dan az xaric olunduğundan böyrək funksiyasının pozğunluğu olan xəstələrdə klirensi dəyişmir. Biliar sistemin pozğunluğu: Qaraciyərdən kənar obstruksiyası olan xəstələrdə albendazol sulfoksidin plazmada maksimal konsentrasiyası (C ) -2 dəfə, farmakokinetik əyri altında sahə (AUC) -7 dəfə, qanda max maksimal konsentrasiya (T )- 10 saata qədər artır, yarımxaricolma dövrü isə ( T ) 31,7 saata qədər uzanır. max 1/2
Pediatriyada istifadəsi.
Exinokokk kistaları olan pediatrik xəstələrin (6-13 yaş) 3-də acqarına və 2 xəstədə yeməkdən sonra albendazolun 200-300 mq birdəfəlik qəbulu zamanı albendazol sulfoksidin farmakokinetikası qida qəbul etmiş böyüklərlə oxşardır.
Yaşlılarda.
Bu yaş qrupunda albendazol sulfoksidin farmakokinetikasına dair tədqiqatlar aparılmamışdır, ancaq 26 hidatik kistalı xəstələrdə (79 yaşdan aşağı) farmakokinetik göstəriciləri cavan xəstələrin göstəriciləri ilə uyğun olmuşdur. 

İstifadəsinə göstərişlər:

  • Exinokokkoz
  • Neyrosistoserkoz
  • Askaridoz
  • Enterobioz
  • Qnatostomoz
  • Ankilostomoz
  • Strongiloidoz
  • Toksokaroz
  • Trixosefallyoz
  • Nematodoz
  • Trixostrongilyoz
  • Tenioz
  • Trixinelyoz
  • Klonorkoz
  • Lyamblioz

Əks göstərişlər:

Preparatın hər hansı komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər:

Albendazolun istifadəsi ilə bağlı letal nəticələr qranulositopeniya və pansitopeniya ilə əlaqədardır. Məlumdur ki, qaraciyər pozğunluğu olan və olmayan xəstələrdə albendazolun qəbulu sümük iliyinə mənfi təsir göstərə bilər, aplastik anemiya və aqranulositozla ağırlaşa bilər. Formalı elementlərin sayılması hər 28 müalicə kursunun əvvəlində və hər 2 həftədən bir aparılmalıdır.
Qaraciyər xəstəliyi, həmçinin qaraciyər exinokokkozu olan xəstələr albendazolun sümük iliyinə mənfi təsirinə daha həssasdırlar.
Bunun nəticəsi kimi, pansitopeniya, aplastik anemiya, aqranulositoz, leykopeniya yarana bilər, bu zaman xəstələrdə formalı elementlərin sayılması kontrol altında saxlanılmalıdır. Qanın formalı elementlərinin əhəmiyyətli dərəcədə azalması müşahidə olunduqda, o zaman albendazolun qəbulu dayandırılmalıdır.
Albendazol hamilə qadınlarda istifadə olunmur, ancaq alternativ müalicə metodu olmadığı zaman, təyinatı məqsədəuyğundur.
Albendazolun qəbulu bitdikdən sonra birinci ay müddətində qadınlar hamilə qalmamalıdırlar. Əgər hamiləlik baş verirsə, bu zaman albendazolun qəbulu dərhal dayandırılmalıdır.

Ehtiyat tədbirləri: Xəstələr üçün məlumat:

  • Albendazol teratogen təsirlərə malik olduğundan, reproduktiv yaşda olan qadınlara, albendazolun təyinatından əvvəl hamiləlik testi keçirilməlidir.
  • Albendazolun müalicəsi bitdikdən sonra 1 ay müddətində hamilə qalmaq təhlükəlidir.
  • Albendazol yağlı qida ilə qəbul olunur.
  • Albendazol nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə minimal təsir göstərir.
  • Albendazolun qəbulu zamanı başgicəllənmə yarana bilər, bu zaman ehtiyatlı olmaq lazımdır.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:

Teofillin ilə birgə istifadəsi zamanı teofillinin səviyyəsi kontrol altında saxlanılmalıdır.
Deksametazonun, simetidinin və prazikvantelin qəbulu zamanı albendazolun plazmada konsentrasiyası artır.

Hamiləlik və laktasiya dövründə istifadəsi:

(C kateqoriyası)

Hamilə qadınlarda albendazolun qəbulu ilə əlaqədar dəqiq və nəzarətli klinik tədqiqatlar aparılmamışdır. Hamiləlik dövründə preparat yalnız ehtiyac olduqda, ana üçün potensial faydası döl üçün yaranan potensial riskdən daha üstün olduğu halda istifadə olunur.
Albendazol laktasiya dövründə təyin olunmur. 

Digər helmintozlar zamanı:

Bağırsaq helmintozları:
2 yaşdan yuxarı uşaqlar və böyüklər üçün:
Enterobioz, askaridoz, alkilostomoz, trixosefallyoz, nekatoroz zamanı:
Albendazol 400 mq birdəfəlik dozada qəbul olunur
Strongiloidoz, tenioz zamanı: Albendazol 400 mq birdəfəlik dozada 3 gün qəbul olunur. Müalicədən 3 həftə sonra, əgər klinik effekt müşahidə olunmursa müalicə kursu təkrarlanır.
Bağırsaq lyambliozu: 2-12 yaş uşaqlarda gündəlik tövsiyə olunan doza 400 mq təşkil edir, doza birdəfəyə qəbul olunur, müalicə kursu 5 gün təşkil edir.
Trixinelyoz: Böyüklər: Tövsiyə olunan doza 400 mq təşkil edir, gündə 2 dəfə təyin olunur, müalicə kursu 10-15 gün təşkil edir. 6 yaşdan böyük uşaqlara: Tövsiyə olunan doza gündəlik 15mq/kq təşkil edir, doza 2 dəfəyə qəbul olunur (maksimal doza 800 mq/gün təşkil edir), müalicə kursu 10-15 gün təşkil edir.

Əlavə təsirləri:

Albendazolun qəbulu zamanı əlavə təsirləri nadir hallarda müşahidə olunur.
MBT tərəfindən: qarın nahiyyəsində ağrı, ürəkbulanma, qusma, qaraciyər transaminazalarının aktivliyinin artması.
MSS tərəfindən: baş ağrıları, başgicəllənmə, meningeal simptomlar.
Qan-damar sistemi tərəfindən: leykopeniya, qranulositopeniya, aqranulositoz, trombositopeniya, pansitopeniya.
Allergik reaksiyalar: dəri səpgiləri, qaşınma.
Sidik-çıxarıcı sistemi tərəfindən: böyrək funksiyasının pozğunluğu, kəskin böyrək çatışmazlığı.
Digərləri: hipertermiya, arterial təzyiqin artması, alopesiya.

Doza həddinin aşılması:

Həddindən artıq dozanın qəbulu haqda heç bir məlumat yoxdur. Həddindən artıq dozanın qəbulu ehtimal olunduqda simptomatik müalicə (mədə yuyulmalıdır) aparılmalıdır.

Buraxılış forması:

Benazol 400mq peroral suspenziya, 10ml flakonlarda №1.

Saxlanma şəraiti:

Quru, qaranlıq və 25°C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti:

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti:

Resept əsasında buraxılır.

İstehsalçı:

S.А. Biofarm S.A., Logofatul Tautu Street, No. 99, 3 City District, Bucharest, Romania

Benazol nə üçündür?

Qurd xəstəliklərində istifadə olunan (antihelmint) dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow