Anginovag sprey istifadə qaydası necədir?
Anginovag sprey - Angina, faringit, laringit zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Anginovag sprey haqqında məlumat
Anginovag sprey qiyməti
Anginovaq qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Anginovag sprey qiyməti 17 azn - 20 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Anginovag spray qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Hər 100 ml tərkibində:
Təsiredici maddələr:
- Beta-qlisirretin turşusu.............................60 mq
- Dequalinium xlorid..................................100 mq
- Tirotrizin ...............................................400 mq
- Hidrokortizon-asetat ................................ 60 mq
- Lidokain hidroxlorid ...............................100 mq
Köməkçi maddə: natrium saxarin
Farmakoloji xüsusiyyətləri:
Anginovag kombinəolunmuş aktiv formula malikdir, əsasən iltihab əleyhinə, ağrıkəsici və antibakterial təsir göstərir.
İstifadəsinə göstərişlər:
Ağız boşluğu-boğaz xəstəliklərinin terapevtik və profilaktik müalicəsi:
- tonzillit,
- faringit,
- laringit,
- stomatit,
- qlossit,
- ağız boşluğunun yaraları
Əks göstərişlər:
Preparatın komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər:
Düzgün istifadə üçün flakonu şaquli vəziyyətdə tutun. Bu zaman ucluq ağız boşluğuna doğru istiqamətlənmiş olmalı, lakin tamamilə ağız boşluğuna daxil edilməməlidir. Flakonun qapağını yuxarıdan aşağıya doğru basaraq mayeni ağız boşluğuna püskürdün.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Məlum deyil.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Hamiləlik dövründə istifadə etmək olar.
İstifadə qaydası və dozası:
- Zərbə dozası: hər 2-3 saatdan bir 1-2 püskürtmə.
- Saxlayıcı və ya profilaktik doza: hər 6 saatdan bir 1 püskürtmə.
Əlavə təsirləri:
Məlum deyil.
Doza həddinin aşılması:
Preparatın az toksikliyi sayəsində hətta doza təsadüfi olaraq əhəmiyyətli dərəcədə artıq olduqda, intoksikasiya istisna olunur.
Buraxılış forması:
10 ml Anginovag , ucluğu olan flakonlarda. 1 flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Ekosistemi mühafizə etmək üçün tərkibindən freon qazı çıxarılmışdır. Ucluğu flakona bir dəfə taxdıqdan və istifadə etdikdən sonra çıxartmaq olmaz.
Yararlılıq müddəti:
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Saxlanılma şəraiti:
30 C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
Aptekdən buraxılma şərti:
Resept əsasında buraxılır.
İstehsalçı:
FERRER INTERNACIONAL, S.A.
Gran Via Carlos III, 94
BARSELONA (Spain)
Anginovag sprey nə üçündür?
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






