DEDUAS
DEDUAS - D3 vitamini (xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir.

Buraxılış forması
DEDUAS damcılar, 15 ml flakon
DEDUAS Tərkibi
15 ml-də:
- Təsiredici maddə: D3 vitamini (xolekalsiferol) - 50.000 BV
- 1 damcıda D3 vitamini (xolekalsiferol)-133.33BV (2.78 mkq)
- Köməkçi maddələr: su, fruktoza, aromatizator, limon turşusu, kalium sorbat
Farmakoloji xüsusiyyətlər
DEDUAS nə üçündür?
D3 vitamini (xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir. O, sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir impulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3 vitamini hüceyrələrin normal bölünməsi və immun sistemin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir.
Qida rasionunda D3 vitamininin çatışmazlığı uşaqlarda erkən dövrün raxitinin inkişaf etməsinə səbəb olur.
D3 vitamininin defisitinin yaranması üçün risk qrupları:
-Vaxtından əvvəl doğulmuş uşaqlar: D3vitamininin anadan transplasentar yolla keçərək rezerv şəklində toplanmasının çatışmazlığı və nəticədə ona ehtiyacın artması
-Südəmər uşaqlar: günəş təsirinin az olması (qeyri – qənaətbəxş olması) və ya hamiləlik dövründə anada D3vitamininin defisiti
-D3 vitamininin bağırsaq absorbsiyasının pisləşməsi, məsələn, hissəvi qastrektomiya və ya qıcolma əleyhinə preparatların istifadəsi
-Qaraciyər, böyrək və ürək – ağciyər çatışmazlığı olan şəxslər
-Müxtəlif səbəblərdən günəş işığı ala bilməyən və ya ona əks göstərişləri olan şəxslər (dərixəstəliyi, yataqxəstəlikləri) -Qaradərili insanlar; vegetarianlar
DEDUAS İstifadə qaydası
Yenidoğulmuşlarda raxitin profilaktikası məqsədilə: 4 damcı gündə bir dəfə. Raxitin müalicəsi məqsədilə: 10-25 damcı gündə 1 dəfə. 6 həftədən sonra 4damcı saxlayıcı dozada müalicə davam etdirilir. Böyüklərdə profilaktik məqsədilə 4 damcı gündə 1 dəfə qəbul edilməsi tövsiyə olunur.
İstifadəsi üçün göstərişlər
- Orqanizmin D3vitamininə tələbatının artması və ya D3vitamini defisiti
- Raxitin profilaktika və müalicəsi
- Sümüklərin və dişlərin normal vəziyyətinin qorunması və ya inkişafının sürətləndirilməsi məqsədilə
- Hipokalsemiktetaniyalar
- Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər
- Xroniki bağırsaq xəstəlikləri
- Qaraciyər sirrozu
- Mədə və ya bağırsaq rezeksiyası
- Hipotoniya
- Qıcolmaəleyhinəpreparatlarınqəbulu
DEDUAS Əks göstərişlər
D vitamininə qarşı hiperhəssaslıq, Dhipervitaminozu, hiperkalsemiya, hiperkalsiuriya, böyrək çatışmazlığı.
Əlavə təsirlər
Əksər hallarda doza artıqlığı zamanı baş ağrısı, oynaq ağrıları, ağızda quruluq, psixikada pozğunluq, hiperkalsemiya, iştahanın azalması, ürəkbulanma, qusma, qəbizlikyarana bilər.
Aptekdən buraxılma şərti
Reseptli
DEDUAS Qiyməti
Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.
İstehsalçı
VİTALAB İlaç San.A.Ş.İstanbul Türkiyə
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






