Sinkofer sirop (Cinkofer sirop) nə üçündür? istifadə qaydası necədir?

Sinkofer sirop (Cinkofer sirop) - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Nov 23, 2024 - 18:04
 0
Sinkofer sirop (Cinkofer sirop) nə üçündür? istifadə qaydası necədir?
Sinkofer sirop (Cinkofer sirop)

Sinkofer sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sinkofer sirop qiyməti

Sinkofer sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Cinkofer sirop qiyməti 23 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sinkofer sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Antianemik kompleks

Tərkibi:

Aktiv komponentlər 5 ml-də STD*
Dəmir 40 mg 286%
Sink 10 mg 100%
Vitamin C 50 mg 63%
Vitamin B12 2.5 mkq 100%
Fol turşusu 200 mcg 100%
*STD- sutkalıq tövsiyyə olunan doza

Köməkçi maddələr: Su, fruktoza, aromatizator, limon turşusu, kalium sorbent.

Xüsusiyyətləri:

Dəmir oksigen daşıyıcısı olan hemaqlobinin tərkibinə daxil olmaqla toxuma və hüceyrələri oksigenlə təmin edir. CİNKOFERin tərkibində dəmir ikivalentli fumarat birləşməsi şəklindədir. Fumarat birləşməsi digərlərindən mədə turşuluğuna görə davamlılığı və yüksək biomənimsənilməsi ilə fərqlənir. Dəmir fumarat bağırsaq mühitində oksidləşmədiyinə görə ağızda pas dadı vermir, mədədə qıcıqlanma yaratmır.
Sink DNT, RNT və zülal sintezində katalizator olan 200-dən çox fermentin tərkibinə daxil olduğu üçün yeni hüceyrələrin, o cümlədən, eritrositlərin əmələ gəlməsində bilavasitə rol oynayır. Orqanizmdə dəmirin depolanması prosesinə nəzarət edir. Güclü antioksidant effekti sayəsində sərbəst radikalların eritrosit membranına olan dağıdıcı təsirinin qarşısını alır. Oksigenin daşınmasında və hemoqlobinin əmələ gəlməsində mühüm rol oynayır. Bağırsaqlarda su-ion balansını bərpa edərək dəmirin sorulmasını asanlaşdırır. Toxumalarda inkişaf və böyümə prosesslərini sürətləndirir, uşaqların fiziki və əqli inkişafına təsir göstərir.
C vitamini dəmirin bağırsaqlardan sorulmasına cavabdeh vitamin olaraq onun orqanizmdəki mübadiləsində əvəzsiz rola malikdir. Eyni zamanda dəmir defisiti zamanı aşağı düşən iştahanı normallaşdırır. C vitamini immun sistemini gücləndirir, eləcə də, antioksidant olaraq orqanizmi sərbəst radikalların mənfi təsirlərindən qoruyur.
Fol turşusu eritrositlərin yaranmasında, purin və pirimidinlərin sintezində iştirak edir. Orqanizmdə fol turşusunun kifayət qədər olması, qan hüceyrələrinin normal miqdarını təmin edir. Eyni zamanda sinir hüceyrələrinin qidalanmasında vacib rola malikdir.
Sianokobalamin (Vitamin B12) fol turşusu ilə birlikdə hemoqlobinin zülal hissəsinin sintezində iştirak edir. Zülal, yağ və karbohidrat mübadiləsində vacib rol oynayır. Bir çox fermentlərin sintezi üçün vacibdir. Qlikolizi sürətləndirir. Sinir liflərinin mielin qişalarının formalaşmasını, karotinin retinola (Vitamin A) keçməsini təmin edir.
CINKOFER dəmir, fol, B12 defisitli anemiyanın qarşısını alır, uşaqlarda boy inkişafını, fiziki və zehni iş qabiliyyətini, orqanizmin xəstəliklərə qarşı müqavimətini, iştahanı artırır.

Göstərişləri:

-Müxtəlif defisitli anemiyaların müalicəsi və profilaktikası
-Uzun sürən xəstəliklərdən (diareya, qurd xəstəlikləri, lyambliyoz və s.) sonra bərpa dövrü
-İmmun sistemini gücləndirmək məqsədilə
-İntensiv inkişaf dövrü
-Orqanizmin dəmirə və sinkə tələbatının artdığı digər hallar

İstifadə qaydası:

6 ay- 2 yaş.....................1/2 ç.q gündə 1 dəfə
2-6 yaş...........................1 ç.q gündə 1 dəfə
6-12 yaş........................... 1 ç.q gündə 2 dəfə
12 yaşdan yuxarı .............1 x.q gündə 1 dəfə
İstifadədən əvvəl flakonu çalxalamaq lazımdır.

Əks göstərişləri:

Preparatın tərkibinə qarşı yüksək həssaslıq

Əlavə təsirləri:

Nadir hallarda ürəkbulanma, qusma, dispeptik əlamətlər ortaya çıxa bilər.

Buraxılış forması:

İçlik vərəqi və ölçü qaşığı ilə karton qutuda qablaşdırılmış 150 ml flakon

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Sinkofer sirop nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow