Vitabeybi sirop (Vitababy sirop) istifadə qaydası necədir?

Vitabeybi sirop (Vitababy sirop) - Vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, qidalanma pozğunluğu zamanı, immunçatışmazlığı zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Nov 23, 2024 - 18:39
 0
Vitabeybi sirop (Vitababy sirop) istifadə qaydası necədir?
Vitabeybi sirop (Vitababy sirop)

Vitababy sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Vitababy sirop qiyməti

Vitabeybi sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Vitababy sirop qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Vitababy qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

(vitamin+mineral kompleksi)

Tərkibi:

Hər 5 ml-də:
Vit A…......…......…......480mkq Vit B6…......…...............1.05 mq
Vit C...…......…............….80mq Vit B12........…......…......1 mq
Vit E...….......…...............4.8 mq Dəmir........…......…....... 2.1 mq
Vit D3......…......…............5mkq Sink........…......…......... 7.5 mq
Vit B1.........…......….........0.5mq Yod.......…......…...........30 mkq
Vit B2...…......…........0.42 mcq

Xüsusiyyətləri:

VITABABY zəngin vitamin və mineral kompleksidir. Tərkibindəki A, C, D, E vitaminləri immunomodulyator, antioksidant təsir göstərir. Vitamin C iştahanı və immuniteti artırır, fiziki və neyro-pisixi inkişafı dəstəkləyir. A vitamini hipovitaminozu,dəri problemləri və görmə itiliyinin zəifləməsinə səbəb olur. B qrup vitaminlər metabolizmi yaxşılaşdırır, sinir və mədə-bağırsaq sistemləri üçün böyük əhəmiyyət daşıyır. Çatışmazlığı yorğunluq, yuxu pozğunluğu, boy inkişafından geri qalma yaradır. D vitamini kalsium-fosfor mübadiləsini tənzimləyir. Sümüklərin inkişafı və dişlərin sağlamlığı üçün vacibdir. Hipovitaminozu zamanı tərləmə, yuxu pozğunluğu baş verir, raxit inkişaf edir. Vitamin B12 və fol turşusu qanyaranmada iştirak edir. Dəmir hemoglobin sintezi üçün, sink yeni hüceyrələrin əmələ gəlməsi üçün vacibdir. Sink həmçinin antioksidant mineral kimi vacib funksiyaları yerinə yetirir. Yod qalxanvari vəzinin normal fəaliyyətini dəstəkləyir. Son tədqiqatlarda uşaqların intellektual inkişafında vacib rolu klinik təsdiq olunmuşdur.
Vitababy tərkibindəki vitaminlər sayəsində immuniteti möhkəmləndirir, dayaq-hərəkət aparatının inkişafına təkan verir, zehni iş qabiliyyətini artırır, iştahanı yaxşılaşdırır.

Göstərişlər:

- Hipo- və avitaminozların müalicə və profilaktikası
- İştahsızlıq
- Anemiya
- İmmunitetin zəifləməsi
- Müxtəlif infeksion xəstəliklərin kompleks müalicəsi
- İntensiv inkişaf dövrü (südəmər, yeniyetmə)
- Fiziki və əqli inkişafdan geri qalma
- Qurd xəstəliklərindən sonra vitaminoterapiya məqsədilə.

Qəbul qaydası:

Yaş Dozalanma Qəbul qaydası
0-2 yaş 2.5 ml 1 dəfə
2- 6 yaş 5 ml 1 dəfə
6-12 yaş 5 ml 1-2 dəfə
Böyüklər 5 ml 2 dəfə
Preparat yeməkdən sonra qəbul olunur

Əks göstəriş:

Preparatın komponentlərinə qarşı individual həssaslıq

Buraxılış forması:

VITABABY 150 ml sirop

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Vitababy sirop nə üçündür?

  1. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
  2. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
  3. Qidalanma pozğunluğu zamanı istifadə olunan dərmanlar
  4. Vitamin və mineral çatışmamazlığı
  5. İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow