D ferol damcı nə üçündür?

D ferol damcı vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Oct 1, 2024 - 16:48
Oct 1, 2024 - 16:51
 0
D ferol damcı nə üçündür?
D ferol damcı

D ferol damcı haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

D ferol damcı qiyməti

D ferol 50000 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə D ferol qiyməti 17 azn - 20 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan D ferol damcı qiyməti -ni öyrənərək əldə edəsiniz.

 D-FEROL

 (Daxilə qəbul üçün damcı)

İstifadə üçün təlimat

Bioloji aktiv qida əlavəsi. Dərman vasitəsi deyil .

Tərkibi: 

10 ml-də

Təsiredici maddə :  Xolekalsiferol 50 000 BV. K2 – 625 mkq

(1 ml-də 25 damcı, 1 damcıda isə 200 BV Vitamin D3 və 2.5 mkq K2 mövcuddur)

Köməkçi maddə: Zeytun yağı, Alfa tokoferol (E307).                                                                                                                                 

K2 vitamini (MK-7) nə üçün lazımdır?
1. Kalsiumun düzgün mənimsənilməsi üçün lazımdır.
2. Damar və ürək sağlamlığını qorumağa kömək edir.
3. İnsulin istehsalının artmasına və insulin rezistentliyin aradan qalxmasına kömək edir,
4. İltihab əleyhinə təsir göstərir. Belə ki, K2 vitamininin revmatoid artritli xəstələrdə iltihabı azaltmağa kömək edir.
5. İmmun sisteminə müsbət təsiri var.
6. Antioksidant təsirə malikdir.
7. Orqanizmdə yaşlanma proseslərini ləngidir.

Niyə K2 vitaminin D3 vitamini ilə eyni vaxtda təyin edilməsi vacibdir ?
K2 vitamini tez-tez D3 vitaminlərinə əlavə olunur (və ya əksinə), çünki D3 vitamini kalsiumun sümük toxumasına keçməsinə kömək edir və sümük sağlamlığına müsbət təsir göstərir. D3 və K2 vitaminlərinin birgə qəbulu hər birinin təsirini yaxşılaşdırır. Həmçinin həddindən artıq miqdarda D3 vitamininin qəbulu arterial damarların kalsifikasiyasına səbəb ola bilər, bunun üçün K2 və D3 vitaminlərinin birgə qəbulu arterial damarların kalsifikasiya riskini azaldır. Beləliklə, bu iki vitaminin birgə qəbulu hər iki vitaminin sorulmasını yaxşılaşdırır və həmçinin yan təsirlərin yaranmasının qarşısını alır.

Göstərişləri:

  • D – hipo və avitaminozu;
  • Raxitin profilaktikası;
  • Osteomalyasiya və osteoporozun kompleks proflaktikası (sümüklərin və dişlərin normal vəziyyatinin qorunması və inkişafının sürətləndirilməsi məqsədilə);
  • Hipoparatireozun və psevdohipoparatireozun müalicəsinə yardım məqsədilə.

İstifadə qaydası və dozalanması: 

1 ml D-Ferol məhlulu 25 damcıdır.

  • Vitamin D çatışmamazlığının profilaktikasında : gündə 1 dəfə 2 damcı;
  • Uşaqlar və yeni doğulmuşlarda raxitin profilaktikasında
    1 yaşa qədər – gündə 2 damcı;
    1 yaşdan yuxarı – gündə 2-3 damcı;
  • Osteoporoz və osteomalyasiyanın profilaktikasında: gündə 1 dəfə 2-3 damcı;
  • Hiperparatireoidizmin kompleks profilaktikasında : gündə 2-3 damcı;

Digər istifadə qaydalarına və dozasına yalnız həkimin məsləhəti əsasında icazə verilə bilər.

Əks göstərişləri: 

D vitamininə qarşı hiperhəssaslıq,D hipervitaminozu,hiperkalsiemiya,hiperkalsiuriya,böyrək çatmamazlığı,böyrək daşı xəstəliyi,ağciyər vərəminin aktiv forması. Mədə-bağırsaq xorasında,ürəyin üzvi zədələnməsi ilə keçən xəstəliklərdə (perikardit,miokardit və s.) ehtiyatla istifadə edilməlidir.

Əlavə təsirləri:

Əlavə təsirlər əksər hallarda doza artıqlığı zamanı yarana bilər.

Digər preparatlarla vasitələri ilə qarşılıqlı təsiri:

D-Ferol ürək qlükozidlərinin toksiki təsirini artırır.

Doza həddinin aşması:

Doza həddinin aşması xolekalsiferola qarşı  yüksək həssaslıq olan şəxslərdə  müşahidə olunur.

Saxlanma şəraiti:

25°C aşağı temperaturda, quru, işıqdan qorunan və uşaqlar üçün əlçatmaz yerdə saxlanılmalıdır. Soyuq yerdə saxlanıldığı zaman zəif cöküntü və ya zəif bulanıqlıq yarana bilər, bu da məhsulun keyfiyyətinə təsir göstərmir.

Yararlılıq müddəti: 

3 il

Buraxılış forması:  

D-Ferol, 10 ml flakon

İstehsalçı: 

AD Medline Sağlık Ürünleri San. Tic. Ltd. Şti.

Ünvan: Tepeören Mahallesi Karadağ küç.
Gurme Carrefoursa Apt. No 7/1 Tuzla/İstanbul
[email protected]
Mərkəz ofis: AD MEDLİNE İNTERNATİONAL LTD
Barneveldseweg 13, Lantern, 6741 LH, Hollandiya
[email protected]
Tel.: +3162-136-45-93

D ferol nə üçündür?

  1. Vitamin və mineral çatışmamazlığı
  2. Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow