Oroheks Plus sprey nə üçündür? istifadə qaydası necədir?
Oroheks Plus sprey - Öskürək zamanı, angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan preparatdır.

Oroheks Plus sprey haqqında məlumat
Oroheks Plus sprey qiyməti
Oroheks Plus qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Oroheks Plus sprey qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Oroheks sprey qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
İstifadəsinə göstərişlər:
- Boğaz ağrısı, faringit, laringit və tonzilitin spesifik müalicəsində əlavə müalicə tədbiri kimi;
- Kimyaterapiyaya, radioterapiyaya, yaxud digər fiziki səbəblərə (məsələn, traxeyanın intubasiyası) görə baş vermiş oral mukozit zamanı;
- Aftoz xoralar, qlossit;
- Peridental proseduralar da daxil olmaqla, ağız və boğazda olan ağrıları, eləcə də ağızda, dişlər üzərində və çənədə aparılan cərrahi əməliyyatlardan sonrakı ağrıları palliativ yüngülləşdirmək üçün;
- Qinqivitin profilaktikası və müalicəsi üçün;
- Oral infeksiyaların müalicəsi üçün;
- Oral fəsadların müalicəsi üçün;
- Ağızın selikli qişasının iltihabının müalicəsi üçün(stomatit);
- Diş ərpinin profilaktikası üçün;
- Paradental xəstəliklər, gərginlik nəticəsində baş vermiş paradentoz zamanı;
- Konservativ diş müalicəsi və diş çəkilməsi zamanı əlavə müalicə tədbiri kimi;
- Ağızın gigiyenası üçün;
İSTİFADƏ ETMƏZDƏN ƏVVƏL HƏKİMLƏ MƏSLƏHƏTLƏŞİN
İstifadə qaydası və dozası
OROHEKS PLYUS durulaşdırılmamış istifadə olunur. Sprey bilavasitə boğazdakı iltihab nahiyəsinə püskürdülür. Preparat udulmamalıdır.
Böyüklərdə
Adəti doza 5-10 püskürtmədən ibarətdir. Əgər vacibdirsə, o, hər 1½ - 3 saatdan bir istifadə oluna bilər.
OROHEKS PLYUS müalicə müddətində qinqiviti və zədələnmiş nahiyəni azaldır. O, ağızın gigiyenik proseduralarında alternativ vasitə kimi istifadə oluna bilər. OROHEKS PLYUS ağızda azı bir dəqiqə saxlanmalıdır. Tərkibində Xlorheksidinin olması nəticəsində dişlərin rənglənməsini minimuma endirmək üçün dişlər fırçalanmalıdır.
Uşaqlarda (6 – 12 yaşlar)
Sprey bilavasitə boğazdakı iltihab nahiyəsinə püskürdülür. Adəti doza 5 püskürtmədən barətdir. Əgər vacibdirsə, o, hər 1½ - 3 saatdan bir istifadə oluna bilər.
Tərkibi:
- Benzidamin hidroxlorid
- Xlorheksidin qlükonat
Farmakoloji Təsiri:
Antiseptik, iltihab əleyhinə
Vahidi:
AER
İstehsalçı Ölkə:
Türkiyə
İstehsalçı Firma:
Abdi İbrahim
Təsiredicinin miqdarı :
- Benzidamin hidroxlorid 0.15%
- Xlorheksidin qlükonat 0.12%
Oroheks Plus sprey nə üçündür?
- Öskürək əleyhinə dərmanlar
- Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
- Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






