Qriphot

Qriphot ağrıkəsici, qızdırmasalıcı, antihistamin və ödeməleyhinə effektlərə malik olaraq soyuqdəymə, zökəm, qrip və yuxarı tənəffüs yollarının qeyri-spesifik infeksiyaların simptomatik müalicəsində istifadə olunur.

Jun 29, 2024 - 12:48
Jun 29, 2024 - 13:47
 0
Qriphot
Qriphot

Qriphot - Parasetamol: ağrıkəsici və qızdırmasalıcı effektə malikdir. Prostaqlandinlərin sintezini tormozlayaraq periferik ağrı reseptorlarının həsasslığını azaldır.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Qriphot Tərkibi

Təsiredici maddələr: hərpaketdə 500mq parasetamol, 10mq fenilefrin-hidroxlorid,100 mq oksolamin-sitrat, 2 mq xlorfeniramin-maleatvardır.

Köməkçi maddələr: çaxır turşusu, limon turşusu, natrium bikarbonat, natrium karbonat, xinolin sarısı, limon aromatizatoru, Kollidon K-30, saxarin, şəkər.

Farmakoloji xüsusiyyətləri

Qriphot ağrıkəsici, qızdırmasalıcı, antihistamin və ödeməleyhinə effektlərə malik olaraq soyuqdəymə, zökəm, qrip və yuxarı tənəffüs yollarının qeyri-spesifik infeksiyaların simptomatik müalicəsində istifadə olunur.

Farmakodinamikası

Parasetamol: ağrıkəsici və qızdırmasalıcı effektə malikdir. Prostaqlandinlərin sintezini tormozlayaraq periferik ağrı reseptorlarının həsasslığını azaldır.

Xlorfeniramin-maleat: antihistamin və antimuskarin effekt göstərir. Antimuskarin təsir göstərməsi nəticəsində burun axmasını azaldır, tənəffüsü asanlaşdırır, öskürək refleksinin əsas səbəbini aradan qaldırır. H1-histamin reseptorlarını blokadaya alaraq, yuxarı tənəffüs yollarının allergik xəstəliklər zamanı simptomların yüngülləşməsini təmin edir.

Fenilefrin-hidroxlorid: dekongestiv təsirə malikdir. Güclü damardaraldıcı vasitə olub birbaşa və dolayı simpatomimetik təsirə malikdir. Postsinaptik alfа-adrenoreseptorların aqonistidir. Müalicəvi dozalarda vazokonstrikt təsir göstərir. Fenilefrinin yerli və ya peroral qəbulu burunun selikli qişasının damarlarını daraldır. Preparatın ödeməleyhinə təsiri nəticəsində burun axıntısının miqdarı azalır.

Oksolamin-sitrat: öskürəkəleyhinə sintetik vasitə olub periferik təsirə malikdir. Tənəffüs yollarındakı afferent sinir uclarının həssaslığını azaldaraq impulsların öskürək mərkəzinə ötürülməsini aşağı salır.

Farmakokinetikası

Peroral qəbul etdikdən sonra mədə-bağırsaq sistemində tamamilə sorulur.

Parasetamol: ağrıkəsici təsiri 30 dəqiqədən sonra başlayır, 1-2 saat ərzində maksimal konsentrasiyası yaranır və təsiri 3-4 saat davam edir. Parasetamolun 90-95%-i qaraciyərdə metabolizmə uğrayır və sidiklə xaric olur. 

Xlorfeniramin-maleat: ağız boşluğunun selikli qişasından yaxşı sorulur. Təsiri 15-60 dəqiqə ərzində başlayır. Maksimal konsentrasiyası 3-6 saata yaranır və 24 saat ərzində sidiklə xaric olur. Plazma zülalları ilə təqribən70%birləşir.

Fenilefrin-hidroxlorid: peroral qəbul zamanı təsiri 15-20 dəq sonra başlayır və 4 saat davam edir. 

Bağırsaqda əvvəldən qeyri-müntəzəm və natamam sorulmasına baxmayaraq, daxilə qəbuldan sonra fenilefrin ağızın selikli qişasında tam və tez absorbsiyaya uğrayır. 

Fenilefrin bağırsaq divarında və qaraciyərdə biotransformasiyaya uğrayır. Əsas metabolizmi bağırsaqda baş verərək fenilefrin-sulfat konyuqatına çevrilir və monoaminooksidaza fermentinin təsirinə məruz qalır. Metabolizmə uğramayan fenilefrin və onun metabolitləri sidiklə xaric olunur.

Oksolamin-sitrat: 10%-i dəyişilməmiş və 0,6%-i neytral törəmə şəklində sidiklə xaric olunur.

İstifadəsinə göstərişlər

  • Zökəm
  • Qrip
  • Soyuqdəymə
  • Rinitlər (mövsümi və ilboyu davam edən allergik rinitlər, qeyri-allergik, eozinofil qeyri-allergik rinitlər, vazomotor rinit)
  • Yuxarı tənəffüs yollarının faringit, sinusit, bronxit və laringit kimi infeksiyalarının simptomatik müalicəsi.

Qriphot Əks göstərişlər

Preparatın tərkibində olan komponentlərin hər hansı birinə qarşı yüksək həssaslıq, qaraciyər, böyrək və ürəyin ağır pozulmaları.

6 yaşdan aşağı olan uşaqlar.

Fenilefrin - ağır hipertenziyası və ventrikulyar taxikardiyası olan xəstələrdə əks göstərişdir.

Prostat vəzinin hiperplaziyası, ağır qlaukoma, astma tutmaları zamanı, hipertireoz, ağır hipertenziya, ürək aritmiyaları və serebrovaskulyar pozulmaları olan

xəstələrə və hamiləliyin birinci trimestrində təyin olunmamalıdır. 

Oksolamin-sitrat uşaqlarda hallüsinasiya, ürəkbulanma və qusma törədə bilər.

Preparatı МАО inhibitorları ilə eyni vaxtda və bu preparatların istifadəsinin dayandırılmasından sonra2 həftədən tez təyin etmək məsləhət deyil. 

Uşaqlarda istifadəsi

Xlorfeniramin uşaqlarda paradoksal oyanma törədə bilər. 6 yaşdan aşağı olan uşaqlara əks göstərişdir.

Yaşlılarda istifadəsi

Yaşlı xəstələrdəehtiyatla istifadə etmək lazımdır, çünki preparatın öskürəkəleyhinə və vazopressor təsirinə qarşı yüksək həssaslıq meydana çıxa bilər.

Hamiləlik və laktasiya dövründə istifadəsi 

Hamiləlik (C kateqoriyası)

Hamiləlik zamanı istifadəsinin təhlükəsizliyi sübut edilməmişdir. Bu səbəbdən hamiləliyin II və III trimestrlərində təyin olunması məsləhət deyil.

Laktasiya

Preparatın laktasiya dövründə istifadəsi haqqında klinik məlumat mövcud olmadığından bu dövrdə təyin edilmir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Preparat sürücülərə, yüksək diqqət tələb edən işlərdə çalışan şəxslərə təyin edilmir. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Parasetamolun qaraciyərə təsirinin riski xroniki alkoqolizm zamanı və hepatotoksik dərman vasitələri qəbul edən xəstələrdə yarana bilər.
  • Alkoqol, fenotiazin, trisiklik antidepressantlar və xlorfeniramin birgə istifadəsi zamanı mərkəzi sinir sisteminə sedativ təsir arta bilər.
  • Atropin, amantadin, haloperidol, fenotiazinlər, prokainamid və xinidin xlorfeniraminin antimuskarin təsirini gücləndirirlər.
  • MAO inhibitorları xlorfeniraminin antimuskarinvə sedativ təsirini artırır.
  • Xlorfeniramin sisplatinin, salisilatların, vankomisinin ototoksik təsirini maskalana bilər.
  • Qaraciyər fermentlərinin induktorları (barbituratlar kimi) parasetamolun ilk metabolizmini gücləndirərək onun klinik effektivliyini azalda bilər.

Qriphot İstifadə qaydası və dozası

Qriphot fışıldayan qranullar daxilə qəbul olunur.

Bir paketdə olan qranulları ⅔ stəkan qaynanmış isti suda həll etmək, qarışdırmaq və isti halda qəbul etmək lazımdır.

Qriphot 6 saat fasilə ilə, gündə maksimum 4 dəfə qəbul olunur.

Əlavə təsirləri

Nadir hallarda yuxululuq, başgicəllənmə, yuxusuzluq, əsəbilik, ağız boşluğunda quruluq, dəri səpgiləri, görmə qabiliyyətinin pozulması, anoreksiya, tərləmə, taxikardiya, qulaqda küy, fotosensibilizasiya kimi əlavə təsirlər baş verə bilər. Bu təsirlər keçici xarakter daşıyır; preparatın dozasını azaltdıqda və ya qəbulu

dayandırdıqda həmin əlamətlər aradan qalxır.

Arzuedilməz reaksiyalar yarandıqda həkiminizə müraciət edin.

Doza həddinin aşılması

Artıq doza qəbul etdikdə qusma refleksi törətmək və tezliklə mədəni yumaq lazımdır. 

Balaca uşaqlara aspirasiya yaranma ehtimalına görə xüsusi diqqət yetirilməlidir.

Maqnezium-hidroksid kimi işlədici vasitənin daxilə qəbul edilməsi tövsiyə olunur. Simptomların ağırlığına görə dəstəkləyici və simptomatik müalicə təyin olunur (hidratasiya, oksigenoterapiya). Hipotoniya zamanı vazopressor preparatlardan istifadə etmək olar; adrenalinin tətbiqindən çəkinmək lazımdır (təzyiqin daha da enməsinin riski olduğu üçün). Analeptiklər konvulsiyalara səbəb ola biləcəyindən təyin olunmamalıdır.

Peroral N-asetilsistein parasetamolun spesifik antidotudur.

Buraxılış forması

Qriphot fışıldayan qranullar, tək dozalı paketlərdə. 12 paket içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır. 

Saxlanma şəraiti

25 °C-dən yüksək olmayan temperaturda, uşaqların əli çatmayan yerdə və öz qutusunda saxlanmalıdır.

Yararlılıq müddəti

2 il.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Qriphot Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı 

Drogsan İlaçları San. ve Tic. A. Ş.

06760 Çubuk/Ankara/Türkiyə

Aid olduğu kateqoriyalar

  1. Qrip zamanı istifadə olunan vasitələr
  2. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
  3. Ağrıkəsici vasitələr
  4. Soyuqdəymə və iltihab əleyhinə vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow