Dil üstünün yaşıl rəngdə olmasının 7 səbəbi

Dil üstünün yaşıl rəngə çevrilməsi ciddi xəstəliklərin əlaməti ola bilər. Dilin yaşıl rəngə çevrilməsinin səbəbləri, müalicə yolları və qarşısını almaq üçün tədbirlər

Jun 29, 2024 - 12:53
Jun 29, 2024 - 13:01
 0
Dil üstünün yaşıl rəngdə olmasının 7 səbəbi
Dil üstünün yaşıl rəngdə olmasının 7 səbəbi

Həyati vacib orqanlardan biri olan dilin normal özünəməxsus bir rəngi var. Ancaq bəzən rəng dəyişiklikləri baş verə bilər. Əsasən yaşıl rənkli dil kəskin və ya xroniki xəstəliklərin əlaməti olsa da, orqanizmdə qısamüddətli dəyişikliklərdə də buna səbəb ola bilər. Xüsusilə xroniki olarsa, bu bir dəri xəstəliyi ola bilər.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bəzən bu problem dilin üstündə yaşıl sarıya çalan rənkli qalınlaşan təbəqə kimi görünür və bütün dili əhatə edir. Dildə yaşıl rəng adlandıra biləcəyimiz bu vəziyyətdə ciddi ağız qoxusu yaranır və dad bilmədə azalma baş verə bilir. Dilin üstündə yanma hissi ciddi narahatçılığa səbəb ola bilər.

Belə hallarda edilməli olan şey vaxt itirmədən daxili xəstəliklər üzrə həkimə müraciət etməkdir. Lazımi müayinə və analizlərin aparılması, rəng dəyişikliyinə nəyin səbəb olduğunu müəyyən etmək və lazımi müalicəyə başlamaq lazımdır.

Sağlam dil bu gəngdə olmalıdır

Dil niyə yaşıl rəngdə olur?

Dilin yaşıl rəng olmasının bir çox səbəbi var. Ən çox rast gəlinən səbəblərdən ümumi olanları aşağıdakı kimi sadalaya bilərik:

  1. Siqaret və spirtli içkilərin istifadəsi florada müxtəlif qıcıqlanmalara və dildə yaşıl rəng dəyişikliklərinə səbəb ola bilər. Xüsusilə spirt istifadəsi insanda bərpa olunmayan rəng dəyişikliklərinə səbəb ola bilər. Bu, əslində orqanizmimizə dəyən  zərərin göstəricisidir. Erkən diaqnoz və müalicə tətbiq olunarsa və ya spirt istehlakı dayandırılarsa bunun qarşısı alına bilər. Əks halda baş verən zərər qalıcı ola bilər və günü-gündən dad hissiyyatının birdəfəlik itirilməsi ilə nəticələnə bilər.
  2. Yuxarı tənəffüs yollarının xəstəlikləri insanların ən çox rastlaşdığı xəstəliklərdən biridir. Boğaz və badamcıqlarda infeksiya viruslar, bakteriya və göbələklər kimi müxtəlif mikroorqanizmlərin böyüməsi dildə yaşıl rəng dəyişikliyinə səbəb ola bilər. Xəstəliyin şiddətindən və gedişindən asılı olaraq kəskinləşmələr və remissiyalar baş verə bilər. İnfeksiyanın səbəb olduğu dil rənginin dəyişməsi halında, ilk növbədə infeksiya müalicə edilməlidir. Bu vəziyyətdə əsasən müalicə tövsüyə edilir. Ancaq bəzi hallarda həm ağız qoxusu, həm də narahatlıq ağız spreyləri və ağız qarqaralarından istifadə etməklə aradan qaldırıla bilər.
  3. Dərmanlar müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur. Dərmanların tərkibində müxtəlif aktiv maddələr var və bu maddələr bəzən dildə yaşıl rəngin yaranmasına səbəb ola bilər. Aktiv maddələrin rəngləmə xüsusiyyətləri dərmanı istifadə etdikdən sonra insanlarda sözügedən xəstəliyin yaranmasına səbəb ola bilər. Müvəqqəti dərman istifadəsi nəticəsində dil üstündə yaşıl rənk yaradan dərman dayandırıldıqdan sonra aradan qalxsa da, xroniki xəstəliklərdə eyni dərman uzun illər istifadə edilərsə və sonradan diskomfort yaranarsa, sonrakı mərhələlərdə bu narahatlıq qalıcı ola bilər.
  4. Bəzən dildə yaşıl rəng böyrək və qaraciyər xəstəlikləri kimi müxtəlif xəstəliklərin əlaməti ola bilir. Xüsusilə böyrək çatışmazlığı vəziyyətlərində əlamətlər arasında olduğu üçün vaxt itirmədən bir klinikaya müraciət etməkdə fayda var.
  5. Müxtəlif qidalar və içkilər sözügedən narahatlığa səbəb ola bilər. Qablaşdırılmış qidalarda və hazır içkilərdə istifadə edilən rəngləndiricilər və ədviyyatlar narahatlıq yarada bilər. Ancaq bunlar yalnız dilin üstündə yaşıl rəng yaranması  problemlərinə səbəb olur. Heç bir narahatlıq, ağrı, yanma yaratmır və bir müddət sonra yox olur.
  6. Liken planus, immunitet sisteminin pozğunluğu səbəbindən səpgi və rəngin dəyişməsinə səbəb olan bir xəstəlikdir. Əvvəlcə ağartma baş verir, lakin bakteriya və göbələklər böyüməyə davam edərsə, rəng tonu yaşıla dəyişir. Buna səbəb olan bəzi qidalar, oral məhsullar və içkilər ola bilər. Ağızda ağrı və yanma hissi bu pozğunluğun digər əlamətləridir.
  7. Nadir hallarda da olsa, narahatlığın başqa bir səbəbi ağız xərçəngidir. Dildə sağalmayan açıq yara və ya zədə zamanla rəng dəyişikliyinə səbəb ola bilər.

Yaşıl rəngli dilin müalicədən sonrakı vəziyyəti

Dildə yaşıl rəngin yaranmasının qarşısını necə almaq olar?

Dildə yaşıl rəngin yaranmasının qarşısını almaq üçün görüləcək tədbirlərdən bəziləri bunlardır:

  • Siqaret, narkotik və alkoqol kimi vərdişlərdən imtina etmək
  • Dişlərə, diş ətlərinə, ağıza və ümumi dəri baxımına daha çox diqqət yetirərək diş pastasının dəyişdirilməsi
  • Ətrafın təmizliyinə fikir vermək və otaqların tez-tez havalandırılması
  • Pəhriz və yemək vərdişlərini nəzərdən keçirin. Xüsusilə zərərli məhsullardan uzaq durmaq və daha təbii qidalanmaya fikir vermək
  • İmmunitet sistemi bir çox digər sahələrdə olduğu kimi bu xəstəlikdə də mühüm tətikləyici ola bilər. Odur ki, orqanizmin ehtiyacı olan zülal, vitamin və karbohidrat qəbuluna diqqət yetirin, bütün növ vitaminlərdən yararlanaraq immunitet sistemini gücləndirin.
  • Bədənin bəzi qida və içkilərə qarşı allergiyası ola bilər. Allergiyaya səbəb olan amillərin müəyyən edilməsi və onlardan qaçınmaq və istehlak etməmək
  • Ağız və diş sağlamlığının müntəzəm olaraq yoxlanılması

Dildəki yaşıl rəngdən necə qurtulmaq olar?


Bu şikayətdən qurtulmaq üçün ilk növbədə dilin təmizlənməsindən başlamaq lazımdır. Yeməkdən sonra ağız yaxşıca qarqara edilməli və ağız gigiyenası təmin edilməlidir. Mütəmadi olaraq qarqara etməklə də ağız qoxusunun qarşısını almaq olar. Dişlərinizi fırçalayarkən, əksər fırçaların arxasında dil fırçalama sahəsi olur. Yaşıl rənkli dili fırça ilə zədələmədən təmizləmək faydalı olacaq.

Dildə yaşıl rəngin dəyişməsi də alternativ tibb üsulları ilə aradan qaldırıla bilər. Lakin bu əməliyyatlar üçün daha diqqətli olmaq və daha seçici davranmaq lazımdır. Bitki mənşəli məhsulların istifadəsi həkim nəzarəti altında olmalıdır. Probiotik tipli məhsullar, zərdəçal və duz kimi ədviyyatlar bu narahatlığı minimuma endirməkdə aktiv rol oynayacaq. Dilin yaşıl rəngdə olması narahatlığı yaranmağa başlayan kimi spirt və siqaret istehlakı dayandırılmalıdır. Xüsusilə uzun müddət davam edən hallarda ciddi bir xəstəliyin əlaməti ola bilər. Bu vəziyyətdə həkimə getməli və müayinədən keçməlisiniz.

Dilimin rəngi yaşıl rəngdədir həkimə nə zaman müraciət etməliyəm?

Qida boyalarının səbəb olduğu dildə yaşıl rəngdən başqa müvəqqəti dəyişikliklər daha çox ağızda mikrobların çoxalmasından qaynaqlanır. Bir gün və ya bir neçə gün ərzində aradan qalxmayan və ya yox olsa da geri qayıdan diskomfort halında müalicə üçün mütləq həkimə müraciət etməlisiniz. Narahatlığın bir çox səbəbi tibbi müalicə tələb etməsə də, əsas problemi həll etmək üçün həkimə baş çəkmək və göstərilən müalicəyə riayət etmək lazımdır.

Əziz oxucu

Yuxarıdakı məqalədə dilin yaşıl rəngə çevrilməsi haqqında ətraflı məlumat verdik. Bu, həm ciddi xəstəliklərin, həm də qısa müddətli orqanizm dəyişikliklərinin əlaməti ola bilər. Dildə yaşıl rəng dəyişikliklərinin səbəbləri və müalicə yolları haqqında daha çox məlumat öyrəndiniz. Sizin də bu mövzuda suallarınız və ya təcrübələriniz varsa, şərh bölməsində bizimlə paylaşın.

Əgər yazını maraqlı və faydalı hesab edirsinizsə, dostlarınızla da paylaşın ki, onlar da bu vacib məlumatlardan xəbərdar olsunlar. Düzgün məlumatlanma ilə sağlamlığımıza daha yaxşı qayğı göstərə bilərik! Şərhlərinizi gözləyirik və yazını paylaşmağınızı tövsiyə edirik!

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow