Bu xəstəlik sürətlə yayılır - Profilaktik tədbirlər görülməlidir

May 14, 2025 - 11:13
 0
Bu xəstəlik sürətlə yayılır - Profilaktik tədbirlər görülməlidir
Bu xəstəlik sürətlə yayılır - Profilaktik tədbirlər görülməlidir

Mançester Universitetinin alimləri tərəfindən aparılan yeni bir araşdırma, ölümcül göbələk infeksiyası olan "Aspergillus fumigatus" növünün qlobal istiləşmə nəticəsində daha geniş coğrafi ərazilərə yayıla biləcəyini ortaya qoyub.

Doktorm.az xəbər verir ki, tədqiqatçılar bu göbələk növünün hazırda əsasən isti iqlimə malik bölgələrdə – Afrika və Cənubi Amerikada rast gəlindiyini, lakin iqlim dəyişiklikləri ilə birlikdə onun Avropa və Asiyaya doğru irəliləyəcəyini proqnozlaşdırırlar.

Mütəxəssislərin fikrincə, "Aspergillus fumigatus" insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. Bu, xüsusilə immun sistemi zəif olan şəxslər və xroniki ağciyər xəstəliklərindən əziyyət çəkən insanlar üçün ciddi təhlükə yaradır.

Araşdırmanın aparıcı müəllifi, Mançester Universitetindən Norman van Rhijn bildirib ki, bu tip göbələk infeksiyalarının müalicəsi "son dərəcə çətin"dir. O, beynəlxalq ictimaiyyəti ehtiyat tədbirləri görməyə və profilaktik strategiyalar hazırlamağa çağırıb.

Tədqiqatın nəticələrinə görə, əgər qalıq yanacaq istifadəsi və istixana qazı emissiyaları indiki səviyyədə davam edərsə, 2100-cü ilə qədər bu göbələk növünün yayıldığı sahə 77 faiz arta bilər. Bu isə təkcə Avropada 9 milyona yaxın insanın sağlamlığını risk altına sala bilər.

Alimlər xəbərdarlıq edirlər ki, bu cür təhlükəli göbələk növlərinin yayılmasının qarşısını almaq üçün iqlim dəyişikliyi ilə mübarizədə daha ciddi addımlar atılmalıdır.//metbuat.az


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow