Pantap dərmanı nə üçündür?

Pantap dərmanı nə üçündür? Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün). Pantap qiyməti, istifadə qaydası, əks təsirləri haqqında dolğun məlumat.

Jul 22, 2024 - 20:37
 0
Pantap dərmanı nə üçündür?
Pantap dərmanı nə üçündür?

Pantap  - Beynəlxalq patentləşdirilməmiş adı: Pantoprazole
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 40 mq pantoprazola ekvivalent miqdarda (45,1 mq)
 pantoprazol natrium seskvihidrat vardır.
Köməkçi maddələr: susuz natrium fosfat, IsoMAlt LM-PF, karboksimetilsellüloza-natrium-
 7MXF, köndələn-rabitəli polivinilpirolidon (Krospovidon),
 natrium-stearilfumarat, hipromelloza 2910 (Farmakoat 603),
 PVP K 25 (Povidon).
Örtük: No: 9 (Sepisperse AP 3232 Jaune Yellow) (30 %): (hidroksipropil-
 metilsellüloza, propilenqlikol, anataz titan dioksid (E171), sarı dəmir
 oksidi (E172), təmizlənmiş su), propilenqlikol, Eudrajit L 30 D-55 30 %
 (metakril turşusu ilə etilakrilatın sopolimeri), trietilsitrat E1505
 (Sitrofleks), simetikon emulsiyası 30 %.

Farmakoterapevtik qrupu
Proton nasosunun inhibitoru.
ATC kodu: A02BC02
Farmakoloji xüsusiyyətləri
Farmakodinamikası
Pantoprazol benzimidazolun əvəzolunmuş törəməsi olub, mədədə parietal hüceyrələrin
proton nasosuna təsir etməklə xlorid turşusunun ifrazını tormozlayır.
Pantoprazol parietal hüceyrələrin turş mühitində öz aktiv formasına çevrilməklə mədədə
xlorid turşusunun sekresiyasının son mərhələsi olan H+K+-ATF-aza fermentini blokadaya
alır. Dozadan asılı olaraq həm bazal, həm də stimulyasiya olunan turşu sekresiyasına təsir
edir. Xəstələrin əksəriyyətində 2 həftə ərzində effekt əldə olunur. Proton nasosunun və H2-
reseptorların digər blokatorları ilə müalicə zamanı olduğu kimi pantoprazolla müalicə də
mədədə turşuluğun azalmasına və buna müvafiq qastrinin artmasına səbəb olur. Qastrinin
artması geri dönən prosesdir. Pantoprazol fermentlə hüceyrə reseptorunun distal səviyyəsində
birləşdiyi üçün xlorid turşusu sekresiyasına digər substansiyaların (asetilxolin, histamin,
qastrin) stimuləedici təsirindən asılı olmayaraq effekt göstərə bilir. Peroral və venadaxili
istifadə zamanı effekti eynidir.
Pantoprazolun təsiri altında acqarına qastrinin səviyyəsi artır. Qısamüddətli istifadə zamanı
bir çox hallarda o, normanın yuxarı sərhədini keçmir. Uzunmüddətli istifadə zamanı isə bir
çox hallarda qastrinin səviyyəsi iki dəfə artır. Lakin, artıq dərəcədə artım nadir hallarda baş
verir. Nəticədə, bəzi hallarda, uzunmüddətli müalicə zamanı, mədənin spesifik endokrin
hüceyrələrinin (ECL) sayının orta və zəif artması (adenomatoid hiperplaziyaya qədər) nadir
hallarda müşahidə olunmuşdur. Lakin, bu günə qədər aparılmış tədqiqatlarda karsinoid
prekursorunun (atipik hiperplaziya) yaxud mədə karsinoidin heyvanlarda yaranmasının aşkar
olunmasına baxmayaraq, insanlarda müşahidə olunmamışdır.
Heyvanlar üzərində aparılan tədqiqatlara əsasən, pantoprazol ilə bir ildən artıq uzunmüddətli
müalicənin, qalxanvarı vəzinin endokrin parametrlərinə təsiri tam olaraq istisna edilmir.
Farmakokinetikası
Absorbsiyası
Pantoprazol sürətlə sorulur, maksimum plazma konsentrasiyası ilk 40 mq dozanın daxilə
qəbulundan sonra, orta hesabla, təqribən 2,5 saata yaranır, təqribən 2-3 mq/ml təşkil edir və
bu göstərici təkrar qəbul zamanı stabil qalır.
Birdəfəlik və təkrar istifadə zamanı farmakokinetikası fərqlənmir. 10-80 mq peroral və ya
venadaxili istifadə zamanı pantoprazol, xətti farmakokinetikaya malikdir.
Tabletlərin tam biomənimsənilməsi 77 % təşkil edir. Qida ilə birgə qəbulu AUC-a, maksimal
plazma konsentrasiyasına və biomənimsənilmə göstəricilərinə təsir etmir. Yalnız dərmanın
qəbulu və sorulmasının başlanması arasındakı vaxt müxtəlifliyi qida qəbulu ilə düz
mütənasib artır.
Paylanması
Pantoprazolun plazma zülalları ilə birləşməsi 98 %-dir. Paylanmanın həcmi 0.15 l/kq.
Eliminasiya
Preparatın metabolizmi qaraciyərdə olur. Əsas metabolizmi CYP2C19 vasitəsilə
demetilləşmə və sonrakı sulfat konyuqasiyasıdır, digər metabolik yolu CYP3A4 vasitəsi ilə
oksidləşmədən ibarətdir. Terminal yarım-parçalanma dövrü 1 saat və klirensi 0.1 l/s/kq. Bir
neçə hallarda, bəzi şəxslərdə ləngimiş xaric olma müddəti müşahidə olunmuşdur.
Pantoprazolun parietal hüceyrələrin proton pompaları ilə spesifik bağlanmasına görə
yarımparçalanma dövrü daha uzun müddətli təsiri ilə (turşu sekresiyasının inhibə olunması)
korrelyasiya etmir.
Pantoprazolun metabolitlərinin eliminasiyası əsasən (təxminən 80 %) böyrəklər vasitəsi ilə
hayata keçirilir, qalan hissəsi nəcislə ekskresiya olunur. Əsas metabolit həm plazmada həm
də sidikdə desmetilpantoprazoldur, hansı ki, sulfatla konyuqasiya olunur. Əsas metabolitin
yarım xaric olma dövrü (təxminən 1.5 saatdır) pantoprazolda olduğundan uzun deyil.
Xüsusi qrup insanlarda/pasiyentlərdə xüsusiyyətləri
Təxminən 3 % avropalı populyasiyada funksional CYP2C19 fermentinin çatışmazlığı zəif
metabolizm edənlər adlanır. Bu şəxslərdə, pantoprazolun metabolizminin əsasən CYP3A4 ilə
kataliz olunması ehtimal olunur. 40 mq pantoprazolun tək doza qəbulundan sonra plazma
konsentrasiyası-zaman əyrisi altında əsas sahə zəif metabolizm edənlərdə funksional
CYP2C19 fermenti olan şəxslərdən (böyük metabolizatorlar), 6 dəfə yüksək olmuşdur. Orta
plazma pik konsentrasiyası təxminən 60 % artmışdır. Bu pantoprazolun dozalanmasına təsir
etmir.
Böyrək funksiyasının pozulması olan pasiyentlərdə (dializdə olan pasiyentlər daxil olmaqla)
pantoprazolun doza korreksiyasına ehtiyac yoxdur. Sağlam şəxslərdə olduğu kimi,
pantoprazolun yarım xaric olma dövrü qısadır. Yalnız pantoprazolun az miqdarı dializ olunur.
Əsas metabolitin orta xaric olma dövrünə (2-3 saatdır) baxmayaraq, o tez ekskresiya olunur
və kumulyasiya etmir.
Baxmayaraq ki, qaraciyərin sirrozu olan xəstələrdə (Çayld-Pyu təsnifatına görə A və B sinfi)
yarımparçalanma dövrünün göstəriciləri 7-9 saat arası artır və AUC göstəriciləri 5-7 faktora
görə artır, maksimal plazma konsentrasiyası sağlam şəxslərlə müqayisədə 1.5 faktoru ilə
yalnız az dərəcədə artır.
AUC və Cmax göstəriciləri yaşlı könüllülərdə cavanlarla müqayisədə az dərəcədə artmışdır və
klinik olaraq əlaqəli olmamışdır.
Uşaqlarda
5-16 yaş arası uşaqlarda 20-40 mq pantoprazolun tək peroral dozasının qəbulundan sonra
AUC və Cmax göstəriciləri böyüklərdə olduğu kimi olmuşdur.
2-16 yaş arası uşaqlarda 0,8-1,6 mq/kq pantoprazolun tək venadaxili istifadəsindən sonra
pantoprazolun klirensi, yaş yaxud bədən kütləsi arasında əhəmiyyətli əlaqə olmamışdır. AUC
və paylanma həcmi böyüklərdə olan məlumatlara uyğundur.
İstifadəsinə göstərişlər
12 yaşlı və daha böyük uşaqlar və yeniyetmələr və böyüklər
• Reflüks ezofaqit
Böyüklər
• H. Pylori ilə əlaqəli xorası olan xəstələrdə uyğun antibiotiklərlə müalicə ilə kombinasiyada
Helicobacter pylori (H. pylori)-nin eradikasiyası
• Mədə və onikibarmaq bağırsağın xorası
• Zollinger-Ellison sindromu və digər patoloji hipersekresiya halları.
Əks göstərişlər
Təsiredici maddəyə, əvəz olunmuş benzimidazollara və ya hər hansı bir digər köməkçi
maddəyə və onların kombinasiyasına qarşı hiperhəssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qaraciyər pozuntuları
Ağır qaraciyər pozulmaları olan xəstələrdə, pantoprazol ilə xüsusən uzunmüddətli müalicə
zamanı, qaraciyər fermentlərinə müntəzəm olaraq nəzarət etmək lazımdır. Qaraciyər
fermentləri yüksəldikdə müalicə dayandırılmalıdır.
Kombinə olunmuş müalicə
Kombinə olunmuş müalicə hallarında, müvafiq preparatların xüsusiyyətləri haqda məlumatlar
ilə tanış olmaq lazımdır.
Həyəcan simptomları olduqda
Hər hansı həyəcanverici simptomlar (nəzərəçarpan səbəbsiz arıqlama, periodik qusma,
disfagiya, hematemezis, anemiya və ya melena) mədə yarası, bədxassəli şişlər şübhəsi
olduqda preparatın qəbulu dayandırılmalıdır, çünki pantoprazolla müalicə simptomları
yüngülləşdirib diaqnozu gecikdirə bilər.
Adekvat müalicəyə baxmayaraq, simptomlar saxlandıqda müayinələr aparmaq lazımdır.
Atazanavir ilə birgə istifadə
Atazanavir ilə birgə proton pompa inhibitorlarının istifadəsi tövsiyə olunmur. Atazanavir ilə
proton pompa inhibitorların kombinasiyası qaçılmaz olduğu halda, sıx klinik nəzarət (virus
yüklənmə) ritonavir 100 mq ilə atazanavir dozasının 400 mq qədər artırılması ilə birgə
tövsiyə olunur. Pantoprazolun dozası gündə 20 mq-dan artıq olmamalıdır.
Vitamin B12 absorbsiyasına təsiri
Zollinger-Ellison sindromu ilə xəstələrdə və digər uzunmüddətli müalicə tələb edən patoloji
hipersekresiya vəziyyətlərində, digər turşuluğu blokada edən bütün preparatlar kimi, hipo- və
-axlorgidriyaya görə, pantoprazol vitamin B12 (sianokobalamin) absorbsiyasını azalda bilər.
Orqanizmdə azalmış ehtiyatı və uzunmüddətli müalicə zamanı vitamin B12 absorbsiyasının
azalmasının risk faktorları olan pasiyentlərdə yaxud müvafiq klinik simptomlar müşahidə
olunduqda bu nəzərə alınmalıdır.
Uzunmüddətli müalicə zamanı
Uzunmüddətli müalicə zamanı, xüsusən 1 ildən artıq müalicə dövründə, xəstələr müntəzəm
nəzarət altında saxlanmalıdırlar.
Bakterial mənşəli mədə-bağırsaq infeksiyaları
Pantoprazol digər bütün proton pompa inhibitorlarında (PPİ) olduğu kimi mədə-bağırsaq
sistemin yuxarı hissəsində normada mövcud olan bakteriyaların sayını artıra bilər.
Pantoprazol ilə müalicə Salmonella və Campylobacter kimi bakteriyalarla törədilimiş mədəbağırsaq infeksiyalarının riskini yüngül dərəcədə artırmasına gətirə bilər.
Hipomaqneziemiya
Ağır hipomaqnezemiya ən azı üç ay və daha çox bir il pantoprazol kimi PPİ ilə müalicə qəbul
edən xəstələrdə qeyd olunmuşdur. Hipomaqnezemiyanın ciddi manifestasiyaları zəiflik,
tetaniya, delirium, konvulsiyalar, başgicəllənmə və mədəcik aritmiyası kimi yarana bilər,
lakin onlar gizli başlayıb və nəzərdən yayına bilər. Bir çox xəstələrdə hipomaqnezemiya
maqnezium preparatlarının qəbulundan sonra və PPİ ilə müalicə dayandırıldıqdan sonra
aradan götürülmüşdür.
Uzunmüddətli müalicə nəzərdə tutulan xəstələrdə və PPİ ilə birgə diqoksin və
hipomaqneziemiya törədə bilən (diuretiklər) preparatlar qəbul edən xəstələrdə, həkimlər PPİ
ilə müalicəyə başlamazdan əvvəl və periodik olaraq müalicə zamanı maqneziumun
səviyyəsini ölçməlidirlər.
Sümüklərdə sınıqlar
Proton pompa inhibitorları, xüsusən yüksək dozalarda və uzun müddət müalicə zamanı
(>1 il), baldır, bilək və bel sümükləri sınıqlarının yaranma riskini artıra bilər, əsasən
yaşlılarda və risk faktorları olan şəxslərdə. Müşahidəedici tədqiqatlardan təxmin edilir ki,
proton pompa inhibitorları sınıqların ümumi riskini 10-40 % artıra bilər. Bu artım bəzən digər
risk faktorları səbəbindən ola bilər. Osteoporoz riski olan xəstələr cari klinik protokollara
əsasən müalicə almalıdırlar və onlar adekvat vitamin D və kalsium qəbul etməlidirlər.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Pantoprazolun digər dərman preparatlarının absorbsiyasına təsiri
Mədədə turşu sekresiyasını uzunmüddətli və dərin inhibə etməsinə görə, biomənimsənilməsi
mədə pH-dan asılı olan dərman preparatlarının, məsələn ketokonazol, itrakonazol,
pozakonazol kimi bəzi azol antifungal dərman preparatlarının, və erlotinib kimi digər
dərmanların absorbsiyasını pantoprazol azaldır.
İİV üçün dərman preparatları (atazanavir)
Atazanavir və digər İİV dərman preparatları, hansıların absorbsiyası pH–asılı olduğu üçün,
onların proton pompa inhibitorları ilə birgə istifadəsi bu dərman preparatlarının
biomənimsənilməsini və effektivliyini azalda bilər.
Buna görə, proton pompa inhibitorlarının atazanavir ilə birgə istifadəsi tövsiyə olunmur.
Kumarin antikoaqulyantları (fenprokumon yaxud varfarin)
Baxmayaraq ki, fenprokumon yaxud varfarin ilə birgə istifadəsi zamanı klinik tədqiqatlarda
heç bir qarşılıqlı əlaqə təsiri qeyd olunmamışdır, postmarketinq dövrdə Beynəlxalq
normallaşdırılmış nisbət-in (BNN) dəyişməsi bu preparatlarla birgə istifadə zamanı bir neçə
halda qeyd olunmuşdur.
Buna görə, kumarin antikoaqulyantları ilə müalicə alan xəstələrdə (fenprokumon yaxud
varfarin) müalicəyə başlayanda, müalicənin sonunda yaxud pantoprazolun qeyri-müntəzam
qəbulu zamanı protrombin vaxtının/BNN-in monitorinqini keçirmək tövsiyə olunur.
Digər qarşılıqlı təsirlər
Pantoprazol əsasən qaraciyərdə sitoxrom P450 ferment sistemi vasitəsilə metabolizə olunur.
Əsas metabolik yoluna CYP2C19 vasitəsilə demetilləşmə və digərinə CYP3A4 vasitəsilə
oksidləşmə daxildir.
Bu yollarla metabolizə olunan dərman preparatları ilə qarşılıqlı təsirə dair tədqiqatlarda
karbamazepinlə, diazepamla, qlibenklamidlə, nifedipinlə və levonorqestrel və etinilestradiol
tərkibli peroral kontraseptivlərlə klinik əhəmiyyətli qarşılıqlı təsirin olduğu aşkar
edilməmişdir.
Qarşılıqlı təsirə dair bir sıra tədqiqatların nəticələri nümayiş etdirmişdir ki, pantoprazol
CYP1A2 (kofein, teofillin kimi), CYP2C9 (piroksikam, diklofenak, naproksen kimi),
CYP2D6 (metoprolol kimi), CYP2E1 (etanol kimi) vasitəsilə metabolizə olunan aktiv
maddələrin metabolizminə təsir göstərmir, yaxud p-qlikoprotein ilə əlaqəli diqoksinin
absorbsiyasına təsir etmir.
Antasitlər ilə birgə istifadə zamanı heç bir qarşılıqlı təsir qeyd edilməmişdir.
Qarşılıqlı təsirə dair tədqiqatlar həmçinin pantoprazolun müvafiq antibiotiklərlə
(klaritromisin, metronidazol, amoksisillin) birgə qəbulu zamanı keçirilmişdir. Klinik
əhəmiyyətli qarşılıqlı təsir nümayiş olunmamışdur.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik
Pantoprazolun hamilə qadınlarda istifadəsinə dair adekvat məlumatlar yoxdur. Heyvanlar
üzərində aparılan tədqiqatlarda reproduktiv toksiklik aşkar edilmişdir. İnsanlarda potensial
riski məlum deyil. Pantap® hamiləlik zamanı yalnız çox vacib hallar istisna olunmaqla,
istifadə olunmamalıdır
Laktasiya
Heyvanlar üzərində aparılan tədqiqatlarda pantoprazolun südə keçməsi müəyyən edilmişdir.
İnsanlarda ana südünə keçməsi qeyd olunmuşdur. Buna görə ana südü ilə qidalandırmanı
davam etdirmək/yaxud dayandırmaq, yaxud Pantap® ilə müalicəni davam etdirmək/yaxud
dayandırmaq haqqında qərar uşağa ana südü ilə qidalandırmanın faydası və Pantap® ilə
müalicənin qadına faydası nəzərə alınaraq verilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə
təsiri
Preparat başgicəllənmə və görmə pozğunluqları kimi əlavə təsirlər törədə bilər. Onlar
yarandıqda, xəstələr nəqliyyat vasitələrini və digər mexanizmləri idarə etməməlidirlər.
İstifadə qaydası və dozası
Tabletlər əzilmədən və çeynənmədən yeməkdən bir saat əvvəl su ilə bütöv olaraq udulur.
Tövsiyə olunan doza:
12 yaşdan yuxarı yeniyetmələr və böyüklər
Reflüks ezofaqit
Pantap® bir tablet gündə bir dəfə. Fərdi hallarda doza iki dəfə artırıla bilər (gündə iki tabletə
qədər) xüsusən digər müalicəyə cavab olmadıqda. Adətən reflüks ezofaqitin müalicəsi üçün 4
həftə tələb olunur.
Bu müddət kifayət etmədikdə, sağalma növbəti 4 həftə ərzində baş verir.
Böyüklər
H. Pylori-nin iki uyğun antibiotiklə kombinasiyada eradikasiyası
Helicobacter pylori bakteriyası ilə müşaiyət olunan mədə və onikibarmaq bağırsaq xorası
olan xəstələrdə kompleks müalicə ilə mikrobun məhv edilməsinə nail olunur. Bakterial
rezistentlik və uyğun antibiotiklərlə müalicə və antibakterial preparatların təyinatına görə
lokal rəsmi protokollara baxılmalıdır (milli tövsiyələr). Rezistentlik müxtəlifliyindən asılı
olaraq, aşağıdakı kombinasiyalar H. Pylori-nin eradikasiyası üçün tövsiyə oluna bilər.
a) gündə iki dəfə bir tablet Pantap®
+ gündə iki dəfə 1000 mq amoksisillin
+ gündə iki dəfə 500 mq klaritromisin
b) gündə iki dəfə bir tablet Pantap®
+ gündə iki dəfə 400 – 500 mq metronidazol (yaxud 500 mq tinidazol)
+ gündə iki dəfə 250 – 500 mq klaritromisin
c) gündə iki dəfə bir tablet Pantap®
+ gündə iki dəfə 1000 mq amoksisillin
+ gündə iki dəfə 400 – 500 mq metronidazol (yaxud 500 mq tinidazol)
H. Pylori infeksiyası eradikasiyasının kombinə olunmuş müalicəsində ikinci Pantap® tablet
axşam yeməyindən bir saat əvvəl qəbul olunmalıdır. Kombinə olunmuş müalicə ümumiyyətlə
7 gün aparılmalıdır və növbəti 7 günə qədər uzadıla bilər, ümumi müddət iki həftə olmaqla.
Xoranın sağalmasından əmin olmaq üçün daha sonra pantoprazolla müalicə mədə və 12-
barmaq bağırsaq xorasında verilən dozada təyin edilir.
Kompleks müalicə istifadə olunmadığı halda, yaxud xəstənin H. pylori bakteriyasına test
nəticəsi mənfidirsə, Pantoprazol monoterapiya şəkilində aşağıdakı dozalarda təyin edilir:
Mədə xorasının müalicəsində:
1 tablet gündə bir dəfə. Bəzi hallarda, xüsusən də, başqa müalicələr effekt göstərməyibsə,
doza 2 dəfə artırıla bilər (gündəlik 2 tablet). Adətən, mədə yarasının müalicəsi üçün 4 həftə
tələb olunur. Bu müddət kifayət etmədikdə adətən sonrakı 4 həftədə sağalmaya nail olunur.
Onikibarmaq bağırsaq xorasının müalicəsində:
1 tablet gündə bir dəfə. Bəzi hallarda, xüsusən də, başqa müalicələr effekt göstərməyibsə,
doza 2 dəfə artırıla bilər (gündəlik 2 tablet). Adətən, onikibarmaq bağırsaq yarası müalicəsi
üçün 2 həftə tələb olunur. Bu müddət kifayət etmədikdə sonrakı 2 həftədə demək olar ki
bütün hallarda sağalmaya nail olunur.
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallar:
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor hallarda uzunmüddətli müalicə
gündəlik 80 mq doza ilə başlamalıdır (2 tablet Pantoprazol 40 mq). Sonradan doza mədə
turşusu sekresiyasının intensivliyindən asılı olaraq müvafiq şəkildə artırıla və ya azaldıla
bilər. Gündəlik doza 80 mq-dan artıq olduqda iki yerə bölünərək gündə 2 dəfə verilməlidir.
Dozanın müvəqqəti 160 mq-a çatdırılması mümkündür, lakin bu müvafiq turşu nəzarəti üçün
tələb olunan müddətdən artıq tətbiq edilməməlidir.
Zollinger-Ellison sindromu və digər patoloji hipersekretor halların müalicə müddətinə limit
qoyulmur və klinik ehtiyacdan asılı olaraq uyğunlaşdırıla bilər.
Xüsusi qrup əhali:
12 yaşdan aşağı uşaqlar
12 yaşdan aşağı yaş qrupuna təsiri haqda əldə olan məlumatlar məhdud olduğu üçün bu yaşda
uşaqlara təyin edilməsi məsləhət görülmür.
Qaraciyər pozuntuları
Gündə 20 mq pantoprazol (1 tablet 20 mq pantoprazol) ağır qaraciyər pozuntuları ilə
xəstələrdə artırılmamalıdır. Pantoprazol orta və ağır qaraciyər disfunksiyası olan xəstələrdə
H. Pylori-nin eradikasiyası üçün kombinə olunmuş müalicədə istifadə olunmamalıdır, çünki
belə xəstələrdə pantoprazolun kombinə olunmuş müalicədə effektivliyi və təhlükəsizliyi
haqda məlumatlar yoxdur.
Böyrək pozuntuları
Böyrək pozuntuları olan xəstələrdə dozalanmaya düzəlişlər etmək vacib deyil.
Pantoprazol böyrək funksiyasının pozuntusu olan xəstələrdə H. Pylori-nin eradikasiyası üçün
kombinə olunmuş müalicədə istifadə olunmamalıdır, çünki belə xəstələrdə pantoprazolun
kombinə olunmuş müalicədə effektivliyi və təhlükəsizliyi haqda məlumatlar yoxdur.
Yaşlılar
Yaşlı insanlarda dozalanmaya düzəlişlər etmək vacib deyil.
Əlavə təsirləri
Təxminən 5 % xəstələrdə əlavə təsir reaksiyaları gözlənilə bilər. Ən çox qeyd olunan əlavə
təsirlər diareya və baş ağrısı təxminən 1 % xəstələrdə yarana bilər.
Aşağıda pantoprazol ilə əlaqəli qeyd olunan əlavə təsirlər sadalanıb və rast gəlmə tezliyi
aşağıdakı təsnifata əsasən aparılıb:
Çox tez-tez (≥1/10); tez-tez (≥1/100 - <1/10); bəzən (≥1/1,000 - <1/100); nadir (≥1/10,000 -
<1/1,000); çox nadir hallarda (<1/10,000), məlum deyil (əldə olan məlumatlara əsasən təyin
oluna bilmir).
Marketinqdən sonrakı dövrdə qeyd olunan bütün əlavə təsirlər üçün Əlavə Təsirlərin rast
gəlmə tezliyini tətbiq etmək mümkün olmadığından, onlar “məlum deyil” rast gəlmə tezliyi
kimi qeyd olunublar.
Hər bir rast gəlmə tezliyi qrupunda, əlavə təsirlər ciddiliyin azalmasına görə göstərilib.
Qan və limfatik sistemdə baş verən pozğunluqlar
Nadir hallarda: aqranulositoz
Çox nadir hallarda: trombositopeniya, leykopeniya, pansitopeniya
İmmun sistemin pozuntuları
Nadir hallarda: hiperhəssaslıq (anafilaktik reaksiyalar və anafilaktik şok daxil olmaqla)
Metabolizm və qidalanma pozuntuları
Nadir hallarda: hiperlipidemiya və lipidlərin artması (triqliseridlər, xolesterol); çəkinin
dəyişməsi
Məlum deyil: hiponatriemiya; hipomaqneziemiya
Psixiatrik pozuntular
Bəzən: yuxu pozuntuları
Nadir hallarda: depressiya (və bütün ağırlaşmaları)
Çox nadir hallarda: dezoriyentasiya (və bütün ağırlaşmaları)
Məlum deyil: qarabasma; şüur pozuntuları (xüsusən meyilli xəstələrdə, və belə hallar olduqda
simptomların ağırlaşması)
Sinir sistemi pozuntuları
Bəzən: baş ağrısı, başgicəllənmə
Nadir hallarda: dadbilmənin pozuntusu
Göz tərəfindən pozuntular
Nadir hallarda: görmə pozuntuları/torlu görmə
Mədə-bağırsaq pozuntuları
Bəzən: diareya, ürəkbulanma/qusma, qarında şişkinlik hissi və köp; qəbizlik; quru ağız;
qarında ağrı və diskomfort
Hepatobiliar sistem tərəfindən pozuntular
Bəzən: qaraciyər fermentlərinin artması (transaminazalar, γ-GT)
Nadir hallarda: bilirubinin artması
Məlum deyil: hepatosellulyar zədələnmə; sarılıq; hepatosellulyar pozulmalar
Dəri və dərialtı piy toxuması tərəfindən pozuntular
Bəzən: səpgi/ekzantema/səpgi, qaşınma
Nadir hallarda: övrə, angioödem
Məlum deyil: Stivens-Jonson sindromu; Layell sindromu; multiformalı eritema; fotohəssaslıq
Skelet-əzələ və birləşdirici toxuma tərəfindən pozuntular
Bəzən: baldır, bilək və bel sümüyü sınıqları
Nadir hallarda: artralgiya, mialgiya
Böyrək və sidik-çıxarıcı sistem tərəfindən pozuntular
Məlum deyil: interstisial nefrit
Reproduktiv sistem və süd vəzi tərəfindən pozuntular
Nadir hallarda: ginekomastiya
Ümumi pozuntular və yeridilmə yerində pozuntular
Bəzən: asteniya, zəiflik və halsızlıq
Nadir hallarda: bədən hərarətinin artması, periferik ödem
GÖZLƏNİLMƏYƏN ƏLAVƏ TƏSİR OLDUQDA HƏKİMİNİZƏ MÜRACİƏT EDİN!
Doza həddinin aşılması
İnsanlarda yüksək dozalanma əlamətləri müşahidə edilməmişdir.
240 mq 2 dəq-dən çox venadaxili istifadəsi zamanı yaxşı dözümlülük müşahidə edilmişdir.
Pantoprazol proteinlərlə yaxşı birləşdiyinə görə asan dializ olunmur.
İntoksikasiyanın klinik əlamətləri ilə yüksək dozalanma halı müşahidə edildikdə,
intoksikasiyanın müalicəsində istifadə edilən qaydalar tətbiq edilir.
Buraxılış forması
Pantap® 40 mq enterik örtüklü tabletlər. 14 tablet, blisterdə. 1 (14 tablet) və ya 2 blister (28
tablet) içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 °C-dən aşağı temperaturda, öz qutusunda və uşaqların əli çatmayan yerdə saxlamaq
lazımdır.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Sancaklar 81100 Düzce/Türkiye.
Lisenziya sahibi
NOBEL İLAÇ SANAYİİ VE TİCARET A.Ş.
Ümraniye 34768 İstanbul/Türkiye.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow