Nazoneks (Nasonex) sprey istifadə qaydası necədir?
Nazoneks (Nasonex) sprey - Rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Nazoneks (Nasonex) sprey haqqında məlumat
Nazoneks qiyməti
Nazoneks sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Nazoneks qiyməti 23 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Nasonex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddə: spreyin 1 dozasına 50 mkq mometazon furoata (susuz) ekvivalent miqdarda mometazon furoat monohidrat daxildir.
Köməkçi maddələr: dispers sellüloza, qliserin, natrium sitrat dihidrat, lumu turşusu, polisorbat-80, benzalkonium xlorid, təmizlənmiş su.
Göstərişləri
- Böyüklərdə və 2 yaşdan yuxarı uşaqlarda mövsümi və bütün ilboyu davam edən allergik rinitin müalicəsi. Orta və ağır dərəcəli allergik rinitin profilaktikasını nəzərdə tutulan tozlandırma mövsümun başlanmasından 2-4 həftə öncə keçirmək tövsiyə edilir.
- Böyüklərdə (o cümlədən yaşlı xəstələrdə) və 12 yaşdan yuxarı uşaqlarda kəskin sinusit epizodlarının antibiotiklərlə müalicəsində köməkçi müalicəvi vasitə kimi.
- Böyüklərdə və 12 yaşdan yuxarı uşaqlarda ağır bakterial infeksiyanın əlamətləri olmadıqda kəskin rinosinusit simptomlarının müalicəsi.
- Nazal poliplərin və bununla əlaqədar simptomların (burun tutulması və iyduymanın zəifləməsi daxil olmaqla) 18 yaşdan yuxarı xəstələrdə müalicəsi.
Əks göstərişlər
- Preparatın təsiredici maddəsinə və köməkçi komponentlərindən hər hansı birinə qarşı yüksək həssaslıq.
İstifadə qaydası
- Mövsümi və bütün ilboyu davam edən allergik rinitin müalicəsi: böyüklər (o cümlədən yaşlı xəstələr) və 12 yaşdan yuxarı yeniyetmələr üçün preparatın tövsiyə edilən profilaktik və müalicəvi dozası hər burun boşluğuna sutkada 1 dəfə 2 püskürtmə (hər biri 50 mkq) təşkil edir (ümumi sutkalıq doza – 200 mkq). Müalicəvi effekt əldə edildikdən sonra dəstəkləyici müalicə üçün dozanın 1 püskürtməyə qədər azaldılması məqsədəuyğundur (sutkada 1 dəfə hər burun boşluğuna, ümumi sutkalıq doza – 100 mkq).
- Kəskin rinosinusit. Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün preparatın tövsiyə edilən müalicəvi dozası hər burun boşluğuna sutkada 2 dəfə 2 püskürtmə (hər biri 50 mkq) təşkil edir (ümumi sutkalıq doza – 400 mkq).
Əlavə təsirləri
- Mövsümi və bütün ilboyu davam edən allergik rinitlərdə kliniki müayinələr zamanı NAZONEKS-in istifadəsi ilə əlaqədar aşağıdaki arzuolunmaz əlamətlər qeyd olunub: başağrısı (8%), burun qanaxmaları (yəni aşkar qanaxmalar, həmçinin qanlı selik və ya qan laxtasının xaric olunması) (8%), faringit (4%), burunda yandırma hissi (2%), qıcıqlanma (2%), burun boşluğunun selikli qişasında yaralar (1%).
Nazoneks nə üçündür?
Rinit, sinusit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






