Otipax (Otipaks) qiyməti və istifadə qaydası necədir?

Otipax (Otipaks)- Qulaq xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oct 11, 2024 - 17:46
 0
Otipax (Otipaks) qiyməti və istifadə qaydası necədir?
Otipax (Otipaks)

Otipax haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Otipax qiyməti

Otipax qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Otipax qiyməti 9 azn - 11 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Otipaks qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddələr: 16q məhlulun tərkibində 0,64q fenazon və 0,16q Lidokain-hidroxlorid vardır.
Köməkci maddələr: natrium-tiosulfat, etanol, qliserol, təmizlənmiş su.
Farmakoterapevtik qrupu:
Otolorinqologiyada istifadə üçün kombinəolunmuş preparat.

Farmakoloji xüsusiyyətləri:

Preparat güclü ağrıkəsici və iltihab əleyhinə təsirlərə malikdir.Damızdırandan təqribən 5 dəqiqə sonra,təbil pərdəsində ağrı və iltihab azalmağa başlayır.Ağrı sindromu 15-30 dəqiqə ərzində tamamilə aradan qalxır.

İstifadəsinə göstərişlər:

OTİPAKS təbil pərdəsinin zədələnmədiyi hallarda orta qulağm bəzi xəstəliklərinin yerli simptomatik müalicəsi üçün təyin edilir: kəskin orta otit, qripin ağırlaşması nəticəsində otit, barotravmatik otit.

Əks göstərişlər:

Təbil pərdəsinin yoluxucu və ya travmatik zədələnməsi.Preparatın komponentlərindən hər hansı birinə qarşı hiperhəssaslıq .

Əlavə təsirləri:

Nadir hallarda – yerli reaksiyalar ola bilər:qıcıqlanma,qızartı,qaşınma. Bu və ya digər arzuolunmaz reaksiyalar əmələ gəlsə,preparatın istifadəsini dayandırıb ,təcili həkimə müraciət edin.

İstifadə qaydası və dozası:

Xarici qulaq keçəcəyinə damızdınlır. Flakonun qapağını açın. Damcıladıcım blisterdən çıxarın. Damcıladıcmı flakona birləşdirin, istifadədən öncə flakondakı məhlulu ovçunuzda isidin. Böyüklər və həyatlarının ilk günündən etibarən uşaqlar: gündə 2-3 dəfə yerli olaraq xarici qulaq dəliyinə 4 damcı damızdınlır. Müalicə kursu 10 gündən artıq olmamalıdır. Açıldıqdan sonra 1 ay ərzində istifadə edilməlidir.

Aptekdən buraxılma şərti:

Reseptsiz buraxılır.
İstifadədən əvvəl həkimlə məsləhətləşin.
İstifadədən əvvəl təlimatla diqqətlə tanış olun.

Otipax nə üçündür?

Qulaq xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow