D-Kolerol (D-Colerol) 20000 qiyməti və istifadə qaydası haqqında məlumat
D-Kolerol 20000 (D-Colerol 20000) - Raxit zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

D-Kolerol 20000 haqqında məlumat
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
D-Kolerol 20000 qiyməti
D-Kolerol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə D-Kolerol 20000 qiyməti 8 azn - 11 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan D-Colerol 20000 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Bu preparati istifadə etməzdən öncə bu içlik vərəqəni diqqətlə oxuyun, çünki burada Sizin üçün mühüm məlumatlar vardır.
- Bu içlik vərəqəsini saxlayın. Siz onu bir daha oxumalı ola bilərsiniz.
- Hər hansı sualınız olarsa, lütfən, həkiminizə və ya əczaçıya müraciət edin.
- Bu dərman şəxsən Sizin üçün təyin edilmişdir, onu başqalarına verməyin.
- Bu dərmanı istifadə etdiyiniz müddət ərzində həkimə və ya xəstəxanaya getsəniz, həkiminizə bu dərmanı istifadə etdiyiniz barədə məlumat verin.
- Bu təlimatda yazılanlara əməl edin. Dərmanı Sizə tövsiyə olunan dozadan artıq və ya əskik dozada istifadə etməyin.
D-KOLEROL
D-COLEROL
Tərkibi
20 000 BV daxilə qəbul üçün yumşaq kapsullar
Təsiredici madda: 1 kapsulda 20 000 BV xolekalsiferol (0,5 mq Vitamin D3) (qoyun yunundan əldə edilən) vardır.
Köməkçi maddələr: günəbaxan yağı, E vitamini, qida jelatini (iribuynuzlu heyvan jelatini), təmizlənmiş su, qliserin, sorbitol.
Təsviri
Şəffaf, açıq sarımtıl rəngli, oval formalı yumuşaq kapsullardır.
Farmakoloji xüsusiyyətləri
D-KOLEROL-un tərkibində təsiredici maddə kimi xolekalsiferol (qoyun yunundan əldə edilən) (Xolekalsiferol, D3 vitamini kimi də tanınır), köməkçi maddə kimi isə qida jelatini (iribuynuzlu heyvan jelatini) vardır. D vitamini, orqanizmin kalsiumu mənimsəməsinə kömək etmək üçün lazımdır. D vitamini bəzi qidalarda olur və günəş şüalarının təsiri altında dəridə hasil edilir. D vitamini böyrəklərdə və bağırsaqlarda kalsiumun mənimsənilməsinə kömək etməklə, sümüklərin yaranmasına kömək edir.
İstifadəsinə göstərişlər
- D-KOLEROL aşağıdakı hallar üçün istifadə olunur:
- D vitamini çatışmazlığı riski və ya daha çox D vitamininə ehtiyac olduğu hallarda D vitamin çatışmazlığının profilaktikası.
- Laborator testləri vasitəsilə təyin edilmiş D vitamin çatışmazlığının müalicəsi.
Əks göstərişlər
D-KOLEROL aşağıdakı hallarda əks göstərişdir,
Əgər:
- Xolekalsiferol-a və ya D-KOLEROL-un tərkibində olan har hansı digər maddəyə qarşı allergiyanız (yüksək həssaslığınız) varsa.
- Qanınızda (hiperkalsiemiya) və ya sidiyinizdə (hiperkalsiuriya) kalsiumun səviyyəsi yüksəkdirsə.
- Ciddi böyrək problemləriniz varsa.
- Böyrəklərinizdə kalsium tərkibli daşların əmələ gəlməsinə meyilliliyiniz varsa.
- Qanınızda D vitamininin səviyyəsi yüksəkdirsə (hipervitaminoz)
- 12 yaşdan kiçik uşaqlar kapsulları udmaqda çətinlik çəkə və nəticədə boğulma təhlükəsi ilə üzləşə bilərlər.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Əgər:
Aşağıdaki vəziyyətlərdən hər hansı biri Sizə aiddirsə, bu dərmanı istifadə etməyə başlamazdan öncə həkiminizlə və ya Əczaçı ilə məsləhətləşin:
- Ürək xəstəliklərini yaxşılaşdırmaq üçün istifadə olunan müəyyən dərmanlarla müalicə almaq (məsələn, diqoksin kimi ürək qlikozidləri ilə).
- Sarkoidoz xəstəsi olmaq (immun sistemin orqanizmdə D vitamininin səviyyəsinin yüksəlməsinə səbəb ola bilan pozğunluğudur).
- Tərkibində D vitamini olan dərmanların qəbulu və ya D vitamin ilə zənginləşdirilmiş qida və ya süddən istifadə edilməsi.
- D-KOLEROL-dan istifadə zamanı çox miqdarda günəş işığının təsirinə məruz qalmaq.
- Kalsium tarkibli əlavələrin qəbul edilməsi. Həkiminiz qanınızdakı kalsiumun səviyyələrini müşahidə edərək D-KOLEROL-u istifadə edərkən qanınızda kalsiumun səviyyəsinin çox qalxmaması üçün tədbirlər görəcəkdir.
- Böyrəklərin zədələnməsi və ya xəstəliyi. Həkiminiz qanınızda və ya sidiyinizdə kalsiumun səviyyəsinin yoxlanmasını istǝyǝ bilər.
Yuxarıdaki hallardan hər hansı birinin Sizə aid olub-olmadığına amin deyilsinizsə, bu dərmanı istifadə etməyə başlamazdan avvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin. D-KOLEROL-un tərkibində olan bəzi köməkçi maddələr haqqında mühüm məlumatlar:
Preparatın tərkibində olan köməkçi maddələrlə bağlı hər hansı xəbərdarlığa ehtiyac yoxdur.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Reseptsiz buraxılan dərmanlar da daxil olmaqla, əgər hazırda har hansı digər dərman istifadə edirsinizsə və ya yaxın zamanlarda istifadə etmisinizsə bu barədə həkiminizə və ya Əczaçıya məlumat verin. Bəzi dərmanları bu dərmanla eyni zamanda istifadə etmək zərərli ola bilər.
Xüsusilə, aşağıdakı dərmanlardan har hansı birini istifadə edirsinizsə, bunu həkiminizə və ya əczaçıya bildirin:
Ürək qlikozidləri (məsələn, diqoksin) və ya diuretiklar (məsələn, bendroflumetiazid) kimi ürəyə və ya böyrəklərə tasir göstərən dərmanlar. Bu dərmanlar D vitamini ilə birlikdə istifadə edildikdə qanda və sidikdə kalsiumun miqdarının əhəmiyyətli dərəcədə yüksəlməsinə səbəb ola bilər.
Tərkibində D vitamini olan dərmanların qəbulu və ya D vitamin ilə zənginləşdirilmiş bazi süd növləri kimi tərkibində yüksək miqdarda D vitamin olan qidalar qəbul etmək.
Aktinomisin (bəzi xərçəng növlərinin müalicəsində istifadə edilən bir dərman) və imidazol törəməli göbələkəleyhinə dərmanlar (məsələn, klotrimazol vəǝ ketokonazol, göbələk xəstəliyinin müalicəsi üçün istifadə olunan dərmanlar). Bu dərmanlar D vitamininin orqanizminizə təsirinə müdaxilə edə bilər.
D vitamininin təsirinə və ya absorbsiyasına müdaxilə edə bildiyi üçün aşağıdakı dərmanlar:
• Antiepileptik dərmanlar (fenitoin) və ya yuxu pozğunluğunun və epilepsiyanın müalicəsində istifadə olunan dərmanlar (fenobarbital kimi barbituratlar).
• Qlükokortikoidlər (hidrokortizon va prednisolon kimi steroid hormonlar).
Bunlar, D vitamininin təsirini azalda bilər.
• Qanda xolesterinin səviyyəsini azaldan dərmanlarni (xolestiramin və ya colestipol).
• Orqanizmə colestipol olunan yağların miqdarını azaldaraq bədən kütləsini azaldan müəyyən dərmanlar (orlistat kimi).
• Müəyyən işlədici dərmanlar (maye parafin kimi).
İstifadə etdiyiniz dərmanların tipləri ilə bağlı əmin deyilsinizsə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Müalicə müddətində hamilə qaldığınızı hiss etsəniz, dərhal həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Laktasiya dövrü
Preparat hamiləlik və laktasiya dövründə istifadə üçün tövsiyə olunmur.
Dərmanı istifadə etməzdən əvvəl həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli insani mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Bu dərmanın nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə potensial təsirləri haqqından məlumat məhduddur. Lakin, nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərəcəyi gözlənilmir.
İstifadə qaydası və dozası
Düzgün istifada, doza /istifada tezliyi üçün təlimatlar
• Dərmanı mütləq həkiminizin və ya əczaçının sizə söylədiyi şəkildə qəbul edin. Əmin olmadığınız halda həkiminizlə və ya Əczaçı ilə dəqiqləşdirin.
• Kapsulları su ilə birlikdə bütöv halda (çiynəmədən) udun. D-KOLEROL-u asas qida qəbulu ilə birlikdə qəbul edin. Böyüklər:
D vitamini çatışmazlığının profilaktikası üçün: ayda 1 kapsul, müəyyən hallarda daha yüksək dozalara ehtiyac yarana bilər. D vitamini çatışmazlığının müalicəsi: 7 hafta boyunca həftədə iki kapsul qəbul edilir.
D-KOLEROL ila müalicə müddətinin uzadılması (davam etdirilməsi və ya uzunmüddətli istifadə) qərarı vəziyyətdən asılı olaraq həkim tərəfindən veriləcəkdir.
Uzunmüddətli müalicə zamanı müntəzəm olaraq qanda və sidikdə kalsiumun səviyyəsinə nəzarət edilməli və zərdab kreatininin səviyyəsi təyin edilməklə böyrəklərin fəaliyyəti yoxlanmalıdır.
Lazım gələrsə, qanda kalsiumun səviyyəsinə müvafiq olaraq dozaya düzəliş edilməlidir.
İstifadə qaydası
D-KOLEROL daxilə qəbul edilməlidir (oral yol). Müxtəlif yaş qrupları
Uşaqlarda istifadəsi
12-18 yaşlı uşaqlarda D vitamini çatışmazlığının profilaktikası üçün: har 6 həftədən bir, 1 kapsul.
12-18 yaşlı uşaqlarda D vitamini çatışmazlığının müalicəsi üçün: 6 həftə boyunca har 2 həftədən bir, 1 kapsul.
Yaşlılarda istifadəsi
Xüsusi istifadəsi yoxdur. Xüsusi hallarda istifadəsi
Xüsusi istifadəsi yoxdur.
D-KOLEROL-un qida və içkilərlə birlikdə istifadəsi
Orqanizminizin D vitaminini mənimsəməsinə kömək etmək üçün bu dərmanı əsas qida qəbulu ilə birlikdə qəbul edin. D-KOLEROL-u istifadə etməyi unutsanız
D-KOLEROL-u istifadə etməyi unutsanız, narahat olmayın. Bir dozanın qəbulunu unutmusunuzsa, əgər yeni dozanın qəbul vaxtı yaxınlaşmayıbsa, xatırlayan kimi unutduğunuz dozanı qəbul edin. Sonra adi qabul rejiminə əməl edin. Unutduğunuz dozanı əvəz etmək üçün ikiqat doza qəbul etməyin.
Bu dərmanın istifadəsinə dair əlavə suallarınız olarsa, həkiminizə və ya əczaçıya müraciət edin.
D-KOLEROL ilə müalicəni dayandırdıqda meydana çıxa biləcək tasirlar
Hər hansı bir təsirin meydana çıxa biləcəyi gözlənilmir. Əgər D-KOLEROL-un təsirinin çox güclü və ya çox zəif olduğunu düşünürsünüzsə, bu barədə həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Əlavə təsirləri
Bütün dərmanlar kimi D-KOLEROL-un tərkibində olan maddələrdən hər hansı birinə qarşı yüksək həssaslığı olan insanlarda əlavə təsirlər meydana çıxa bilər.
Mümkün əlavə təsirlər arasında aşağıdakılar ola bilər: Bazan (100 insandan 1-dən azında meydana çıxan) Qanda kalsiumun miqdarının yüksəlməsi (hiperkalsiemiya) Sidikdə kalsiumun miqdarının yüksəlməsi (hiperkalsiuriya) Nadir (1000 insandan 1-dən azında meydana çıxan)
Dəridə səpgi
Qaşınma
Övrə
Əlavə təsirlər haqqında məlumatın verilmasi
Dərman vasitələrinin istifadəsi zamanı yaranan əlavə təsirlər haqqında məlumatları Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Farmakonəzarət Sektoruna (Ünvan: AZ1065, Azərbaycan Respublikası; Bakı şəh., Fuad İbrahimbəyov küç., 31.; Faks: (99412) 596-07-16; e-mail: [email protected]; Tel.:(99412) 596-05-20 Qaynar xətt (99412) 596-07-12).
Əlavə təsirlər haqqında məlumat verməklə, Siz, bu dərmanın təhlükəsizliyi barədə daha çox məlumatın toplanmasına kömək etmiş olursunuz.
Əgər bu içlik vǝrǝqədə qeyd edilmǝyǝn hər hansı əlavə təsirlə qarşılaşsanız, bu barədə həkiminizə və ya əczaçıya məlumat
verin.
Doza həddinin aşılması
D-KOLEROL-dan istifadə etməli olduğunuzdan çox istifadə etmisinizsə, həkiminizlə və ya əczaçı ilə məsləhətləşin.
Qalan dərmanları və ya boş qablaşdırmanı həkiminizə Doza həddinin aşılması zamanı qanda (hiperkalsiemiya) və sidikdə (hiperkalsiuriya) kalsiumun səviyyələrinin yüksələ bilməsi laborator analizləri vasitəsilə təsdiq edilmişdir. Doza həddi aşılmasının əlamətləri və simptomları arasında ürəkbulanma (xəstəlik hissi), qusma, həddindən artıq susama, 24 saat boyunca həddindən artıq miqdarda sidik ifrazetmə, qəbizlik və dehidratasiya yer alır.
Doza həddinin aşılması zamanı həkiminiz, müvafiq müalicə təyin edəcəkdir.
Buraxılış forması
14 kapsul, blisterdə. 2 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25°C-dən aşağı otaq temperaturunda, qablaşdırmasında və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti bitmiş və ya istifadə edilməyən dərmanları məişət tullantılarının içərisinə atmayın. Onları yerli tələblərə uyğun olaraq zərərsizləşdirin.
Yararlılıq müddəti
Yararlılıq müddəti qablaşdırmanın üzərində qeyd edilmişdir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. Əgər preparatda və/və ya qablaşdırmada hər hansı qüsur hiss etsəniz D-KOLEROL-u istifadə etməyin.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı
Vefa İlaç San. ve Tic. Ltd. Şti.
Mermerciler San. Sitesi 2. Cadde No:3
Beylikdüzü/İstanbul/Türkiye
Tel.: +90 212 438 70 85.
Faks: +90 212 438 70 87.
Lisenziyanın sahibi
Vefa İlaç San. ve Tic. Ltd. Şti.
Mermerciler San. Sitesi 2. Cadde No:3. Beylikdüzü/İstanbul/Türkiye.
Tel.: +90 212 438 70 85.
Faks: +90 212 438 70 87.
D-Kolerol 20000 nə üçündür?
- Raxit zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






