Almagel A istifadə qaydası necədir?
Almagel A - Qastrit zamanı, ezofagit zamanı, mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan preparatdır.

Almagel A haqqında məlumat
- Almagel A qiyməti
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələrilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Istehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
- Almagel A nə üçündür?
Almagel A qiyməti
Almagel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Almagel A qiyməti 5 azn - 7 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Almagel tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
Təsiredici maddələr. 5 ml (1 ölçü qaşığı) suspenziyanın tərkibində 2,18 q aluminium hidroksid geli (218 mq alüminium oksidə müvafiq), 350 mq maqnezium hidroksid pastası (75 mq maqnezium oksida müvafiq), 109 mq benzokain vardır.
Köməkçi maddələr: hidrogen peroksid məhlulu, sorbitol, hidroksietilsellüloza, metilparahidroksibenzoat, propilparahidroksibenzoat,
butilparahidroksi-benzoat, natrium saxarin, propilenglikol, makroqol 4000, limon yağı, etil spirti, təmizlənmiş su.
Təsviri
Ağ və ya demək olar ki, ağ rəngli suspenziyadır.
Farmakoterapevtik qrupu
Antasid madda.
ATC kodu: A02AB10.
Farmakoloji xüsusiyyətləri
Almagel A mədə şirəsinin yüksəlmiş turşuluğunu aşağı salan və bir sıra mədə-bağırsaq xəstəliklərində ağrıkəsici təsir göstərən preparatdir. Preparat tarkibcə aluminium va maqnezium hidroksidlərinin suda hall olmayan, mədə-bağırsaq sistemindən demək olar ki, sorulmayan balanslaşdırılmış gelidir. Preparatın tərkibində olan benzokain (anestezin) yerli anesteziyaedici (ağrıkəsici) vasitədir. Almagel A mədənin selikli qişasına yerli tesir gösterir və mədəni qidanın, xlorid turşusunun ve diger zərərli maddələrin qıcıqlandırıcı təsirlərindən qoruyur; pepsinin fəallığını zəiflədir. Qida borusunun yüksəlmiş turşuluğunu aşağı salır. Benzokain ağrı hissini zəiflədir və aradan qaldırır, qida borusunun, madənin ve onikibarmaq bağırsağın selikli qişasına sitoprotektiv və iltihab əleyhinə təsir göstərir. Köməkçi maddələrdən sorbitol zəif qazqovucu, mülayim ödqovucu və işlədici təsirlərə malikdir.
İstifadəsinə göstərişlər
- Ağrı hissi, ürəkbulanma və qusma ile müşayiət olunan iltihabi va eroziv dəyişikliklərin qisa simptomatik müalicəsi;
- qida borusu, mada ve onikibarmaq bağırsağın selikli qişasında kəskin və ya xroniki iltihab ve ya har hansı bir digar patologiya.
Əks göstərişlər
- preparatın hər hansı komponentine qarşı yüksək həssaslıq:
- böyrək çatışmazlığının ağır formaları-hipermaqneziemiya ve aluminium intoksikasiyasi riski artır;
- usaqlıq dövrü-methemoglobinemiya riski olduğu üçün:
- hamiləlik va laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Almagel A aşağıdakı hallarda ehtiyatla təyin olunur.
- agir adatolunmuş qəbizlik, qanın nahiyəsində etiologiyası məlum olmayan ağn, kaskin appendisitə şübha, xorali kolit, divertikulyoz, kolostomiya və ya ileostomiya (su-duz balansının pozulması riski artır), xroniki ishal, babasilin kaskin dövrü;
- organizmin turşu-galavi müvazinətinin pozulması, metabolik alkaloz zamanı;
- qaraciyər sirrozu və digər qaraciyər xəstəlikləri;
ürək çatışmazlığının ağır formalan, durğunluq ürək çatışmazlığı; - hamiləlik toksikozu;
böyrək xəstəlikləri (hipermaqneziemiya və aluminium intoksikasiyasi riski artır), - epilepsiyanın bütün növləri.
Aluminium sinir toxumasında toplandığına görə aluminium tarkibli antasid maddələrin yaşlı adamlara ve Alzheymer xəstəliyindən əziyyət çəkən xəstələrə təyin olunması məhdudlaşdırılmalıdır. Yaşlı adamlar Almagel A qəbul etdikdə anamnezde olan sümük va oynaq xəstəlikləri kəskinləşə bilər.
Almagel A qabulu zamanı ağızın və dilin selikli qişasında keçici keyləşmə baş verir.
Preparatın tərkibinde olan parahidroksibenzoatlar allergik reaksiyalar (esasen lang gedişli) ve nadir hallarda bronxospazm torade bilər. Almagel A-nin tərkibində 2,5% etanol (spirt) var, yani preparatın 5 mi-de 98,14 etanol (2,5 ml piva ve i'm şaraba ekvivalent) və ya preparatin 10 ml-de 196,2 q etanol (5 ml piva va 2 ml şəraba ekvivalent) va bu hal alkoqolizmdan aziyyat çəkən xəstələrə təyin olunduqda nəzərə alınmalıdır."
Preparat durulaşdırılmamış qəbul edilir. Müalicə müddətində spirtli ickor va turşular (limon furşusu, sirka va s.) qəbul etmək olmaz-
benzokainin yerli təsir effekti zəifləyə bilər.
Digər dərman vasitələrilə qarşılıqlı təsiri
Almagel A ilə eyni vaxtda digər preparatlar təyin olunarsa bu preparatlar Almagel A-dan 1-2 saat əvvəl və ya 1-2 saat sonra qəbul edilməlidir. Preparat mədə şirəsinin turşuluğunu zəiflədir ki, bu da eyni zamanda qabul edilən digər dərman vasitələrinin effektivliyinə təsir edə bilər. Almagel AH-histamin reseptorlarının blokatorlarının (simetidin, ranitidin, famotidin), uskikotu (digitalis) glikozidlarinin, damir va tum preparatlarının, xinidinin, meksiletinin, fenotiazin preparatlarının, tetrasiklin sırasından olan antibiotiklarin, siprofloksasinin, izoniazidin, ketokonazolun, sulfanilamid preparatlarının müalicəvi təsirini aşağı salır. Almagel A mədə şirəsinin turşuluğunu aşağı salır və buna görə de yuxarıda göstərilən dərman maddələrinin bağırsaqda hell olan tablet formalarının Almagel A ilə birlikdə qəbulu onların örtüklərinin daha tez dağılmasına və mədə və onikibarmaq bağırsağın selikli qişasının qıcıqlanmasına səbəb ola bilər.
Almagel A bəzi laborator ve funksional müayinə və testlərin nəticələrinə təsir edə bilər: mədə sekresiyasını azaldır və mədə şirəsinin
turşuluğunun funksional müayinəsinin nəticələrini dəyişir, texnesiumun (Tc99) istifadəsilə aparılan testlərin nəticələrini dəyişir (sümüklərin ssintiqrafiyası və qida borusunun müayinəsinin bəzi testləri), zərdab fosforunun miqdarını artırır, qanın zərdabının və sidiyin pH göstəricisini yüksəldir.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə istifadə etmək olmaz.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın nəqliyyat vasitələrini və digər təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə mənfi təsiri barədə heç bir məlumat yoxdur.
İstifadə qaydası və dozası
Böyüklərə təyin olunur.
Almagel A gunda 3-4 dəfə 5-10 ml (1-2 ölçü qaşığı) yeməkdən 15 dəqiqə əvvəl qəbul edilir.
Maksimal müalicə kursu 6-7 gündür. Sonra müalicə Almagella davam etdirilir.
Preparatın istifadəsindən sonra 15 dəqiqə ərzində maye qəbul etmək olmaz.
İstifadədən əvvəl suspenziyanı çalxalayıb homogeniaşdirmak lazımdır.
Preparatın bir qəbulu ötürüldükdə, onu növbəti qəbul vaxtı dozanı artırmadan istifadə etmək lazımdır.
Əlavə təsirləri
Qəbizlik
doza aşağı salındıqda keçir;
ürəkbulanma, qusma, mədə spazmları;
dadbilmə qabiliyyətinin dəyişməsi;
allergik reaksiyalar;
böyrək çatışmazlığından əziyyət çəkən və dializ müalicəsində olan xəstələrdə preparatın davamlı qəbulu əhval-ruhiyyənin dəyişməsi və əqli fəaliyyətin pozulmasına səbəb ola bilər, preparatın yüksək dozalarda uzunmüddətli qəbulu qidada fosfor çatışmazliğı ilə birgə osteomalyasiyaya (sümüklərin yumşalması) səbəb ola bilər;
ganda hipermagnezemiya;
Əlavə təsirlər hər kəsdə və hər zaman aşkarlanmır.
Doza həddinin aşılması
Tövsiyə olunan dozanın birdəfəlik aşılması, adətən, yalnız qəbizlik, meteorizm, ağızda metallik dad, udma prosesi zamanı hissiyatın itməsi (benzokainin təsirindən) ilə özünü biruzə verir.
Preparatdan uzunmüddətli yüksək dozalarda istifadə etdikdə udma aktının pozulması, böyrək daşının əmələ gəlməsi, qəbizliyin ağır forması, gann nahiyasinda agri, yuxululuq, qanda hipermaqneziemiya qeyd edilir. Metabolik alkaloz (orqanizmin turşu-qələvi müvazinətinin pozulması) elamatori meydana çixa bilar-ahval-ruhiyyənin dəyişmasi və aqli fəaliyyətin pozulması, əzələlərdə keyləşmə və ya ağrı, əsəbilik, tez baş verən yorğunluq, tənəffüsün ləngiməsi, ağızda xoşagəlməz dadın olması. Bu hali aradan qaldırmaq üçün dərman maddəsinin orqanizmdən xaricolması sürətləndirilir - qusma törədilir, mədə yuyulur, aktiv kömür təyin edilir.
Buraxılış forması
170 ml-lik şüşə və ya polietilentereftalet flakonda. 1 flakon ölçü qaşığı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25 C-dən aşağı temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dondurmaq olmaz.
Yararlılıq müddəti
2 il.
Flakon açıldıqdan sonra 3 ay ərzində istifadə ediməlidir. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Istehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi
Balkanfarma-Troyan AD, Bolgaristan.
5600 Troyan, Krayreçna küç. Na 1. Tel: (+359) 0670'68 104.
Faks: (+359) 0670 62 610
Almagel A nə üçündür?
- Qastrit zamanı istifadə olunan dərmanlar
- Mədə və 12 barmaq bağırsaq xorasında istifadə olunan dərmanlar
- Ezofagit zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






