OKSOLİN (məlhəm)
OKSOLİN (məlhəm) Qrip virusuna qarşı münasibətdə virusəleyhinə aktivliyə malikdir, virusun hüceyrə membranının səthi ilə birləşdiyi yeri blokadaya alır, virusun hüceyrələrdə reproduksiyasının qarşısını alır.

OKSOLİN (məlhəm) Eyniləşdirmə və təsnifat
Dərman forması
Nazal məlhəm
- OKSOLİN (məlhəm) Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- OKSOLİN (məlhəm) Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
- Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
- İstifadəsinə göstərişlər
- OKSOLİN (məlhəm) Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- OKSOLİN (məlhəm) İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- Qeydiyyat vəsiqəsinin sahibi
- İstehsalçı
Buraxılış forması
0,25 %-li nazal məlhəm.
10 q və ya 30 q məlhəm alüminium və ya polietilen laminat tubda. 1 tub, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
OKSOLİN (məlhəm) Tərkibi
- Təsiredici maddə: 1 q məlhəmin tərkibində 2,5 mq dioksotetrahidroksitetrahidronaftalin (oksonaftilin, oksolin) vardır.
- Köməkçi maddələr: limon turşusu monohidrat, vazelin.
Təsviri
Ağdan açıq sarı rəngə qədər məlhəmdir. Saxlanma zamanı çəhrayı rəngədək dəyişməsi yolveriləndir.
Farmakoterapevtik qrupu
Yerli istifadə üçün virusəleyhinə vasitə.
Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası
Nazal istifadə üçün virusəleyhinə vasitədir. Qrip virusuna qarşı münasibətdə virusəleyhinə aktivliyə malikdir, virusun hüceyrə membranının səthi ilə birləşdiyi yeri blokadaya alır, virusun hüceyrələrdə reproduksiyasının qarşısını alır. Dioksotetrahidroksitetrahidronaftalinin təsirinə eləcə də, Herpes simplex, kəmərləyici herpes, adenoviruslar, infeksion ziyil və kontagioz molyusk virusları da həssasdır.
Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası
Selikli qişaya çəkildikdə preparatın 20 %-ə qədəri sorulur. Orqanizmdə kumulyasiya olunmur və sutka ərzində əsasən böyrəklər vasitəsilə xaric olunur.
İstifadəsinə göstərişlər
Qripin profilaktikası, virus mənşəli rinitlərin müalicəsi.
OKSOLİN (məlhəm) Əks göstərişlər
Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Hamiləlik, laktasiya dövrü, 2 yaşa qədər uşaqlarda ehtiyatla istifadə edilməlidir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Preparatın istifadəsi nəqliyyat idarə etmək və yüksək diqqət və sürətli psixomotor reaksiyalar tələb edən digər potensial təhlükəli fəaliyyət növlərilə məşğul olmaq qabiliyyətinə təsir etmir.
OKSOLİN (məlhəm) İstifadə qaydası və dozası
- Qripin profilaktikası üçün qripin epidemik şiddətlənməsinin gücləndiyi və maksimal inkişaf etdiyi dövrdə (25 gün ərzində) və ya qripə yoluxmuş xəstələrlə kontaktda olduqda, hər gün 2-3 dəfə burunun selikli qişasına çəkilir.
- Viruslu rinitin müalicəsi: 3-4 gün ərzində gündə 2-3 dəfə burunun selikli qişasına çəkilir.
Əlavə təsirləri
Burunun selikli qişasında yanğı hissi, rinoreya. Nadir hallarda selikli qişanın göy rəngə boyanması mümkündür.
Saxlanma şəraiti
15°С temperaturdan yüksək olmayan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
Qeydiyyat vəsiqəsinin sahibi
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
İstehsalçı
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






