Diklofenak gel istifadə qaydası necədir?

Diklofenak gel - Yumşaq toxumaların zədələnmələri zamanı, artrit zamanı, travmatik ağrılarda, oynaq və əzələ ağrılarında istifadə olunan preparatdır.

Sep 11, 2024 - 09:21
Sep 11, 2024 - 09:21
 0
Diklofenak gel istifadə qaydası necədir?
Diklofenak gel

Diklofenak gel eyniləşdirmə və təsnifat

ATC kodu - M02AA15
Beynəlxalq patentləşdirilməmiş adı - Diclofenac

Diklofenak gel qiyməti

Diklofenak gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Diklofenak gel qiyməti 4 azn - 6 azn arasında dəyişir.  

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Diklofenak qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Dərman forması

Xarici istifadə üçün gel

Buraxılış forması

Xaricə istifadə üçün 1%-li gel.

40 q gel, plastmas burulan qapaqla bağlanmış alüminium tubda. Tubun ağzı alüminium membran ilə qorunur. Qapaq memrabanın deşilməsi üçün qurğudan ibarət monolit konstruksiyaya malikdir. 1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Diklofenak gel tərkibi

Təsiredici maddə: 1 q gelin tərkibində 10 mq diklofenak natriuma müvafiq (11,60 mq diklofenak dietilamin) vardır.

Köməkçi maddələr: izopropanol, karbomer 940, polisorbat 80, benzil spirti, natrium disulfit, sorbitol, trolamin, təmizlənmiş su.

Təsviri

Şəffaf, rəngsiz, bircins geldir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qeyri-steroid iltihabəleyhinə preparat (QSİƏP).

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası

Fenil sirkə turşusunun törəməsi olub, qeyri-steroid iltihabəleyhinə preparatdır, iltihabəleyhinə və analgeziyaedici təsir göstərir. Siklooksigenaza 1 (SOG1) və siklooksigenaza 2-ni (SOG2) qeyri-selektiv şəkildə zəiflədərək, araxidon turşusunun metabolizminə təsir edir, iltihabın inkişafında əsas hesab edilən prostaqlandinlərin (Pg) sintezini azaldır.

İltihab proseslərində ağrının aradan qalxmasına və preparatın istifadə edildiyi nahiyədə ödemin azalmasına səbəb olur.

Farmakoloji xüsusiyyətləri. Farmakokinetikası

Yerli istifadə zamanı dəridən qismən sorulur, biomənimsənilməsi 6%-dir. Plazma zülalları ilə birləşməsi 99,7% təşkil edir. Böyrəklər vasitəsilə xaric olunur. İltihablı oynağa istifadəsi zamanı sinovial mayedə və toxumada konsentrasiyası plazmadakı konsentrasiyasına nisbətən yüksəkdir.

İstifadəsinə göstərişlər

  • Onurğanın iltihabi və degenerativ xəstəlikləri (radikulit, osteoartroz, lyümbaqo, işiaz) zamanı kürəkdə ağrı;
  • osteoartroz zamanı oynaqlarda ağrı (əl barmaqlarının, dizlərin və s. oynaqları);
  • əzələlərdə ağrı (dartılma, gərginlik, çıxıq, travma nəticəsində);
  • travma nəticəsində və revmatik xəstəliklər (tendovaginit, bursit, periartikulyar toxumaların zədələnməsi, bilək sindromu) zamanı yumşaq toxumaların və oynaqların iltihabı və ödemi.

Diklofenak gel əks göstərişlər

  • Diklodenaka və ya preparatın digər komponentlərinə, asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı yüksək həssaslıq.
  • Burun və birinətrafı boşluqların polipozunu, angionevrotik ödemi və ya övrəni residivləşdirən tam və ya natamam bronxial astma və asetilsalisil turşusuna və digər QSİƏP-ə qarşı dözümsüzlük (o cümlədən, anamnezdə).
  • Hamiləlik (III trimestr), laktasiya dövrü, 14 yaşa qədər uşaqlar.
  • İstifadəsi nəzərədə tutulan nahiyədə dəri örtüyünün tamlığının pozulması.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Gel, yalnız dərinin zədələnməmiş nahiyəsinə çəkilir. Yaxıldıqdan sonra okklyuzion sarğı qoymaq olmaz.

Uzun müddət ərzində dərinin geniş səthlərinə çəkilməsi zamanı sistem əlavə təsirlərin inkişaf riski artır.

Preparatının gözlərə, selikli qişalara və ya açıq yaralara düşməsindən çəkinmək lazımdır.

Yalnız xarici vasitə kimi istifadə edilir.

Ehtiyatla

Qaraciyər porfiriyası (kəskinləşmə), mədə-bağırsaq sisteminin eroziv-xoralı zədələnmələri (kəskinləşmə fazasında), qaraciyər və böyrək funksiyalarının ağır pozulmaları, xroniki ürək çatışmazlığı, qanın laxtalanmasının pozulması (o cümlədən, hemofiliya, qanaxma vaxtının uzanması, qanaxmalara qarşı meyllik); bronxial astma, yaşlı insanlar, hamiləliyin I və II trimestri.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin III trimestrində istifadəsi əks göstərişdir. Hamiləliyin I və II trimestrində istifadəsi, yalnız ana üçün gözlənilən fayda dölə olan potensial riskdən üstün olduğu halda həkimlə məsləhətləşdikdən sonra mümkündür.

Laktasiya dövründə istifadəsi əks göstərişdir.

Diklofenak gel istifadə qaydası və dozası

Xaricə istifadə edilir. Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara gündə 3-4 dəfə iltihab ocağının üzərinə nazik qatla sürtülür və yüngülcə hopdurulur. Preparatın zəruri miqdarı ağrılı zonanın ölçüsündən asılıdır. Preparatın bir dəfəlik dozası: 2-4 q (bu, həcminə görə iri albalı ölçüsünə uyğundur).

Preparatı sürtdükdən sonra əlləri yumaq vacibdir.

Müalicənin müddəti göstərişlərdən və müalicəvi təsirindən asılıdır. Preparatı 2 həftə istifadə etdikdən sonra həkimlə məsləhətləşmək lazımdır.

14 yaş və yuxarı yeniyetmələrdə preparat ağrının aradan qaldırılması üçün 7 gündən çox vaxt tələb edildikdə və ya simptomlar ağırlaşdıqda, həkimə müraciət etmək məsləhət görülür.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Təsir etmir.

Əlavə təsirləri

  • İnfeksion və parazitar xəstəliklər: çox nadir hallarda-pustulyoz səpgi.
  • İmmun sistemdə baş verən pozğunluqlar: çox nadir hallarda-hiperhəssaslıq reaksiyaları (ö cümlədən, övrə), angionevrotik ödem.
  • Tənəffüs sistemi, döş qəfəsi və divararalığı orqanlarında baş verən pozğunluqlar: çox nadir hallarda-astma.
  • Dəri və dərialtı toxumalarda baş verən pozğunluqlar: tez-tez dermatit (kontakt dermatit daxil olmaqla), səpgi, ekzema, eritema, qaşınma; nadir hallarda-bullyoz dermatit; çox nadir hallarda-fotosensibilizasiya reaksiyaları; məlum deyl-qabıqvermə, dərinin rənginin dəyişməsi.
  • Təlimatda qeyd edilən hər hansı əlavə təsir inkişaf etdikdə və ya içlik vərəqədə qeyd edilməyən digər istənilən əlavə effekt aşkar etdikdə, bu barədə həkimə məlumat vermək lazımdır.

Saxlanma şəraiti

15-25°С temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Yararlılıq müddəti

3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

Diklofenak gel qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

Qeydiyyat vəsiqəsinin sahibi

Hemofarm A.D., Serbiya.
26300, Vrşas şəh., Beoqradskiy yolu bb, Serbiya.
Tel.: 13/803100, faks: 13/803424.

İstehsalçı

Hemofarm A.D. Vrşas, Şabas istehsalat sahəsi bölməsi, Serbiya.
15000, Şabas ş., Hayduk Velkov k. bb.

Diklofenak gel nə üçündür?

  1. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  2. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  3. Artrit zamanı istifadə olunan dərmanlar
  4. Yumşaq toxumaların zədələnmələri
  5. Sınıqlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow