Azrosin 500 mg

Azrosin 500 mg - Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir.

Jun 27, 2024 - 23:55
Jun 28, 2024 - 11:29
 0
Azrosin 500 mg
Azrosin 500 mg

Əsasən mədə-bağırsaq traktı tərəfindən əlavə reaksiyalar müşahidə olunur: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, ödem, ishal. Başqa makrolidlərin və penisillinlərin qəbulu zamanı olduğu kimi qaraciyər transaminazalarının səviyyəsinin geriyə dönən yüksəlməsi müşahidə oluna bilər.

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ümumi məlumat

Azrosin 500 mg Tablet

Buraxılış : Reseptli

İxtisas : Antimikrob

Beynəlxalq patentləşdirilməmiş adı: Azithromycin

Azrosin 500 mg Tərkibi

Təsiredici maddə:hərörtüklü tabletin tərkibində 500 mq azitromisin dihidrat vardır.

Köməkçi maddələr: mikrokristallik sellüloza, natrium kroskarmelloza, natrium lauril sulfat, PVP K 30, talk, maqnezium-stearat, boya maddəsi - titan 4-oksid və metilparaben.

Farmakoterapevtik qrupu

Makrolidlər qrupuna aid olan antibakterial dərman vasitəsi. Azalid.

ATC kodu: J01FA10

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Azrosin 500 mg nə üçündür?

Azitromisin makrolid qrupuna aid olan yarımsintetik antibiotikdir. Azitromisin eritromisinin törəməsi olmasına baxmayaraq, ondan lakton həlqəsinə azot atomunun köməkliyi ilə metilen qrupunun birləşməsi ilə fərqlənir. Makrolidlərin digər nümayəndələrindən fərqli olduğuna görə azitromisin başqa qrupa - azalidlərə aiddir. Azitromisin həssas mikroorqanizmlərin 50S ribosom səviyyəsində zülalların sintezini tormozlayır. Geniş təsir spektrli antibiotik olduğuna görə, azitromisin per osqəbuldan 2-3 saat sonra plazmada maksimal konsentrasiyaya çatır. Qida qəbulu preparatın mənimsənilməsini zəiflətdiyinə görə preparat acqarına qəbul olunur. Aparılan tədqiqatlar nəticəsində azitromisinin toxuma konsentrasiyasının plazma konsentrasiyasından daha yüksək olması (təxminən 50 dəfə) müəyyən olunmuşdur. Preparatın 500 mq dozada qəbulundan sonra ağciyərdə, badamcıqlarda, prostat vəzidə və başqa orqanlarda antibiotikin konsentrasiyası MİK90-dan çox toplanır. Preparatın biomənimsənilməsi 37%-dir. Azitromisin əsasən dəyişilməmiş vəziyyətdə öd yolları ilə,

6% isə sidiklə xaric olur. Yarımxaricolma dövrü 2-4 gündür. Bir sıra in vitrotədqiqatlarda azitromisin qrammüsbət və qrammənfi mikroorqanizmlərə qarşı yüksək effektivlik göstərir: Streptococcus pneumoniae, Streptococcus pyogenes (A qrupu) və başqastreptokokklar, Staphylococcus aureus, Corynebacterium diphtheriae, Haemophilus influenzae, Haemophilus parainfluenzae, Branhamella catarrhalis, Bacteroides fragilis, Esherichia coli, Bordetella pertussis, Bordetella parapertussis, Shigella-nınmüxtəlif növləri, Pasteurella, Vibrio, Peptococcus və Peptostreptococcus, Fuzobacterium necrophorum, Propionibacterium acnes, Yersinia, Clostridium perfrigens, Borrelia burgdorfei, Haemophilus ducreyi, Neisseria qonorrhoeae, Clamydia trachomatis, Chlamydia pneumoniae.

Azitromisin Legionella pneumophila, Mycoplasma pneumoniae, Mycoplasma hominis, Mycobacterium avium, Campylobacter-in müxtəlif növlərinə, Ureaplasma urealyticum, Toxoplasma qondi, Treponema palliduma-a qarşı yüksək effektivliyə malikdir.

İstifadəsinə göstərişlər

Azitromisinə həssas mikroorqanizmlərin törətdiyi xəstəliklər:

  • Aşağı tənəffüs yollarının infeksiyaları
  • Yuxarı tənəffüs yollarının infeksiyaları
  • Dərinin və yumşaq toxumaların infeksiyaları
  • Ağırlaşmamış genital xlamidiya infeksiyaları
  • Cinsi yolla keçən qeyri-qonokokk infeksiyaları.

Azrosin 500 mg Əks göstərişlər

Makrolidlərə, yaxud Azrosinin hər hansı bir komponentinə qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər

Başqa geniş təsir spektrli antibiotiklərin qəbulu zamanı olduğu kimi, bakteriyaların rezistent formalarının törətdiyi psevdomembranoz kolitə, superinfeksiyalara qarşı diqqətli olmaq lazımdır. Erqotizmin yaranma ehtimalını nəzərə alaraq azitromisin erqotamin törəmələri ilə yanaşı istifadə olunmur. Kreatinin klirensi

40 ml/dəq olarsa azitromisin yüngül böyrək çatışmazlığında istifadə oluna bilər. Dəqiq məlumatlar olmadığından ağır böyrək catışmazlığında preparat ehtiyatla təyin olunur. Azrosin ödlə xaric olduğu üçün qaraciyər catışmazlığında təyin olunmur.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Heyvanlar üzərində aparılan tədqiqatlar nəticəsində azitromisinin plasentar baryeri keçdiyi, ancaq dölə heç bir təsiri olmadığı təyin olunmuşdur. Preparatın hamilələrə təsiri axıra kimi öyrənilməmişdir. Vacib təlabat olmadığı zaman preparat hamilələrdə istifadə olunmur.

Preparatın ana südünə keçməsi barəsində məlumat yoxdur. Vacib təlabat olmadığı zaman preparat laktasiya dövründə istifadə olunmur.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

  • Antasidlər preparatın sorulmasını zəiflətdiyindən, preparat antasidlərdən 1 saat əvvəl yaxud 2 saat sonra qəbul olunur. Teofillinlə qarşılıqlı təsiri haqqında məlumat yoxdur. Ancaq, başqa makrolidlərin teofillinlə qəbulu zamanı onun plazma konsentrasiyasının yüksəlməsi müşahidə olunur. Bunu nəzərə alaraq, göstərilən preparatların qəbulu zamanı teofillinin plazma konsentrasiyasına nəzarət edilməsi tələb olunur.
  • Azrosinlə paralel sitoxrom P450 sistem tərəfindən metabolizmə uğrayan preparatların (karbamazepin, siklosporin, heksobarbital) təyinatı zamanı, bu preparatların plazma konsentrasiyalarına tam nəzarət edilməsi vacibdir.
  • Siklosporinlə qarşılıqlı təsiri nəzərə alaraq siklosporinin səviyyəsi nəzarət altında saxlanılmalı və dozası korreksiya edilməlidir.
  • Bəzi makrolidlərin diqoksinin biotransformasiyasını zəiflətməsi barədə məlumatlar vardır. Belə məlumatın azitromisin tərəfindən olmamasına baxmayaraq, göstərilən preparatların birlikdə təyinatı zamanı diqoksinin plazma səviyyəsini nəzarət altında saxlamaq lazımdır.
  • Başqa makrolidlər kimi azitromisin erqotaminin törəmələri ilə təyin olunmur.
  • Varfarin və azitromisinin birlıkdə qəbulu zamanı koaqulyasiya yüksəlir.
  • Azitromisin triazolamınklirensini zəiflətdiyindən, azitromisinin farmakoloji aktivliyi artır.

Azrosin 500 mg İstifadə qaydası və dozası

Gündəlik doza birdəfəyə qəbul olunur.

Böyüklər:Xlamidiya infeksiyaları zamanı Azrosin 1 q (2 tablet) birdəfəlik qəbul olunur.

Həssas mikroorqanizmlərin törətdiyi başqa infeksiyalar zamanı 3 gün ərzində gündə 500 mq (1 tablet) təyin olunur. Müalicənin alternativ variantı zamanı birinci gün 500 mq (1 tablet), sonralar 4 gün ərzində 250 mq

( ½ tablet) gündə 1 dəfə qəbul olunur (5 günlük müalicə zamanı ümumi doza 1,5 q təşkil edir).

Uşaqlar:Kütləsi 45 kq-dan aşağı olan uşaqlara preparatın suspenziyası təyin olunur (3 gün ərzində

10 ml/kq), kütləsi 45 kq-dan artıq olan uşaqlara böyüklərin dozalanma qaydası istifadə olunur. Preparat acqarına qəbul olunur (1 saat yeməkdən əvvəl, yaxud yeməkdən 2 saat sonra).

Doza həddinin aşılması

Artıq dozalanma haqqında məlumatlar yoxdur. Ümumiyyətlə, makrolidlərin artıq dozada qəbul zamanıeşitmənin zəifləməsi, güclü qusma, ishal müşahidə oluna bilər. Göstərilən əlamətlər zamanı, mədənin yuyulması və simptomatik müalicə tələb olunur.

Əlavə təsirləri

Azrosin yaxşı tolerantlığa malikdir. Əsasən mədə-bağırsaq traktı tərəfindən əlavə reaksiyalar müşahidə olunur: ürəkbulanma, qusma, qarın nahiyəsində ağrılar, ödem, ishal. Başqa makrolidlərin və penisillinlərin qəbulu zamanı olduğu kimi qaraciyər transaminazalarının səviyyəsinin geriyə dönən yüksəlməsi müşahidə oluna bilər. Klinik tədqiqatlarda keçici neytropeniya müşahidə oluna bilər ki, bunun da azitromisinlə əlaqədar olması təsdiqlənməyib.

Gözlənilməz reaksiyalar baş verdikdə həkimə müraciət edin.

Buraxılış forması

3 örtüklü Azrosintableti, blisterdə. 1 blister (3 örtüklü tablet) içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir.

Digər buraxılış forması

Azrosin 200 mq/5 ml, suspenziya hazırlamaq üçün toz.

Saxlanma şəraiti

30°-dən aşağı temperaturda uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlanmalıdır.

Yararlılıq müddəti

2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

Azrosin 500 mg Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

Zentiva Sağlık Ürünleri San. ve Tic. A. Ş.

Küçükkarıştıran 39780

Lüleburgaz/Türkiyə

Aid Olduğu kateqoriyalar:

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
  2. Aşağı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan vasitələr
  3. Böyrək və sidik yollarının iltihabında istifadə olunan vasitələr
  4. Qadın çanaq orqanlarının iltihabı xəstəliklərində istifadə olunan vasitələr
  5. Dəri infeksiyaları zamanı istifadə olunan vasitələr
  6. Bakterial xəstəliklər əleyhinə vasitələr

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow