ASS sirop (AÇÇ) uşaqlar üçün

ASS sirop (AÇÇ) uşaqlar üçün şərbət - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Nov 27, 2024 - 10:22
Nov 27, 2024 - 10:21
 0
ASS sirop (AÇÇ) uşaqlar üçün
ASS sirop (AÇÇ) uşaqlar üçün

Ass sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ass sirop qiyməti

ASS sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə ASS sirop qiyməti 11 azn - 14 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan ASS qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

ASS®    uşaqlar  üçün  şərbət

ACC®

 

Beynəlxalq patentləşdirilməmiş adı: Acetylcysteine

 

Tərkibi

Təsiredici maddə: 1ml məhlulun tərkibində 20 mq asetilsistein vardır.

Köməkçi maddələr: metilparahidroksibenzoat (E218), natrium benzoat (E211), dinatrium edetat,

                                natrium saxarinat, natrium karmelloza (E466), natrium hidroksid, 10%-li

                                sulu məhlul, təmizlənmiş su, albalı ətirvericisi.

 

Təsviri

Şəffaf, rəngsiz, albalı dadı olan, bir qədər qatı məhluldur.

 

Farmakoterapevtik qrupu

Mukolitiklər.

ATC kodu: R05CB01.

 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Asetilsistein sistein amin turşusunun törəməsidir. Tənəffüs yollarında sekretolitik və sekretomotor təsir göstərərək seliyin qatılığını azaldır. O, kimyəvi radikalları zərərsizləşdirir, zərərli maddələrin detoksikasiyası üçün önəmli olan qlutation sintezinin güclənməsinə səbəb olur. Bu, parasetamolla intoksikasiya zamanı asetilsisteinin antidot effektini izah edir.

Xroniki bronxitli/mukovissidozlu xəstələrdə asetilsisteini profilaktik məqsədlə istifadə etdikdə bakterial infeksiyaların başvermə tezliyi və ağırlığı azalır.

Farmakokinetikası

Peroral qəbul edildiyi zaman asetilsistein tez və praktiki olaraq tam absorbsiya olunur və qaraciyərdə sistein (farmakoloji aktiv metabolit), həmçinin diasetilsistein, sistin və digər qarışıq disulfidlər əmələ gəlməklə metabolizə olunur.

Daxilə qəbul olunmuş asetilsisteinin biomənimsənilməsi çox aşağıdır (təxmini 10%).

Preparatın plazmadakı maksimal konsentrasiyaları 1-3 saatdan sonra qeyd edilir. Qan plazmasının zülalları ilə birləşməsi - təxminən 50%.

Orqanizmdən yalnız qeyri-aktiv metabolitlər şəklində böyrəklər vasitəsilə xaric olunur. Qan plazmasından asetilsisteinin yarımxaricolma dövrü təxminən 1 saat təşkil edir və əsasən qaraciyərdə sürətli metabolizm ilə müəyyən edilir. Qaraciyər funksiyasının pozulması yarım- xaricolma dövrünün hətta 8 saata qədər uzunmasına gətirib çıxarır.  

Asetilsistein plasentar baryeri keçir və göbəkbağı qanında aşkar olunur.

Asetilsisteinin insanda hematoensefalik baryerdən keçmə qabiliyyəti barədə məlumat yoxdur.

 

İstifadəsinə göstərişlər

ASS – uşaqlarda və böyüklərdə tənəffüs yollarında qatı bəlğəmin durulaşdırılması və xaric olunmasının yüngülləşdirilməsi üçün mukolitik vasitədir.

ASS tənəffüs orqanlarının qatı və çətin xaric olunan bəlğəmin əmələ gəlməsi ilə müşayiət edilən bütün xəstəliklərində istifadə edilir: kəskin və xroniki bronxit, obstruksiyalı bronxit, bronxiolit, bronxoektaziya, pnevmoniya, laringit, traxeit, qrip, bronxial astma, həmçinin mukovissidoz, sinusit zamanı istifadə edilir.

 

Əks göstərişlər

  • Asetilsisteinə, metilparahidroksibenzoata və ya preparatın köməkçi maddələrindən hər hansı birinə qarşı yüksək həssaslıq.
  • Aktiv peptik xora.
  • 2 yaşa qədər uşaqlar.

 

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

Bronxial astmadan əziyyət çəkən xəstələr və anamnezində xora qeyd olunmuş xəstələr bu preparatla müalicə zamanı ehtiyatlı olmalıdırlar.

ASS-dən istifadə bronxial sekretin durulaşdırılmasına gətirə bilər ki, bu da  onun həcminin artması deməkdir (xüsusilə müalicənin əvvəlində). Bəlğəmi xaric etmək mümkün olmadıqda (kifayət qədər olmadıqda) müvafiq tədbirlər görülməlidir (yəni, drenaj və aspirasiya).

Asetilsisteini istifadə etdikdə çox nadir hallarda Stivens-Conson sindromu və Layell sindromu kimi ağır dəri reaksiyaları müşahidə olunmuşdur. Dəri və selikli qişalar tərəfindən dəyişikliklər əmələ gəldiyi halda ASS-in qəbulunu ləğv edib, dərhal həkimə müraciət etmək lazımdır.

Histaminə qarşı dözümsüzlüyü olan xəstələrdə ehtiyatlı olmaq tövsiyə olunur. Belə  xəstələrdə asetilsisteinlə uzun müddətli müalicədən qaçınmaq lazımdır, belə ki asetilsisteinin histamin metabolizminə təsiri nəticəsində dözümsüzlük simptomları ( məsələn, baş ağrısı, burundan selikli ifrazat, qaşınma) yarana bilər.

3 yaşa qədər uşaqlar preparatı yalnız həkimin göstərişlərinə müvafiq olaraq qəbul etməlidir.

Preparatın tərkibində olan metilparahidroksibenzoat allergik reaksiyalar törədə bilər (o cümlədən ləng tipli).

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

ASS və öskürək əleyhinə preparatları kombinasiya şəklində qəbul etdikdə öskürək refleksinin zəifləməsi nəticəsində sekretin təhlükəli durğunluğu əmələ gələ bilər. Buna görə oxşar kombinəolunmuş müalicəni təyin etmək üçün diaqnozu xüsusilə ciddi təsdiq etmək lazımdır.

Asetilsisteinlə antibiotiklərin inaktivləşməsi barədə bu günə qədər verilmiş məlumatlar yalnız in vitro eksperimentlərə əsaslanır, bu eksperimentlərdə müvafiq maddələr bir-biri ilə bilavasitə qarışdırılmışdır. Buna baxmayaraq, təhlükəsizlik məqsədilə peroral antibiotikləri ASS-dən ayrılıqda qəbul etmək lazımdır, ən azı iki-saatlıq fasiləyə riayət etməklə. Bu sefiksimə və lorakarbefə aid deyil.

ASS nitroqliserinin damargenişləndirici effektini gücləndirə bilər. Ehtiyatlı olmaq lazımdır.

Qliseril  trinitratın (nitroqliserin) asetilsistein ilə birgə tətbiq olunması  trombositlərin aqreqasiyasına inhibə edici və vazodilyatator təsirinin gücləndirilməsi ilə nəticələnə bilər.

Əgər asetilsistein  qliseril trinitrat ilə birgə tətbiq olunması zəruri hesab olunursa, xəstələr ağır dərəcəli ola bilən  hipotenziyanın mümkün inkişafına görə nəzarət olunmalıdırlar və mümkün baş ağrıları haqqında məlumatlandırılmalıdırlar.

Yüksək dozalarda  aktivləşdirilmiş kömürün ( antidot kimi) tətbiqi asetilsisteinin effektivliyini azalda bilər.

Laborator göstəricilərin təyin olunmasında dəyişikliklər

Asetilsistein salisilatların kolorimetrik üsulla təyin olunmasına təsir göstərə bilər. Sidik sınaqlarında, asetilsistein keton cisimlərin təyini nəticəsinə təsir göstərə bilər. Asetilsistein tərkibli maddələrin digər dərman vasitələri ilə birgə həll olunması tövsiyə olunmur.

 

Hamiləlik və laktasiya dövründə  istifadəsi

Asetilsisteinin hamilə qadınlarda istifadəsi barədə kifayət qədər məlumat yoxdur. Asetilsisteinin ana südü ilə xaric olunması barədə məlumat yoxdur. Hamiləlik zamanı və laktasiya dövründə preparat yalnız fayda və risk nisbətinin ciddi qiymətləndirilməsindən sonra istifadə oluna bilər.

 

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Qeyd olunmayıb.

 

İstifadə qaydası və dozası

Əgər digər göstərişlər yoxdursa, preparatı aşağıdakı dozalarda istifadə etmək tövsiyə edilir.

Böyüklər və 14 yaşdan yuxarı uşaqlar

Gündə 2-3 dəfə 10ml (gündə 400-600 mq asetilsisteinə müvafiqdir).

6-14 yaş arasında uşaqlar

Gündə 2 dəfə 10ml (gündə 400 mq asetilsisteinə müvafiqdir).

2-5 yaş arasında uşaqlar

Gündə 2-3 dəfə 5ml (gündə 200-300 mq asetilsisteinə müvafiqdir).

Mukovissidoz

6 yaşdan yuxarı uşaqlar

Gündə 3 dəfə 10 ml (gündə 600 mq asetilsistein).

2 yaşdan  6 yaşa qədər uşaqlar

Gündə 4 dəfə 5 ml (gündə 400 mq asetilsistein).

Bədən kütləsi 30 kq-dan artıq olan mukovissidozlu xəstələrə ehtiyac yarandıqda asetilsisteinin dozası gündə 800 mq-a qədər artırıla bilər.

İstifadə qaydası

Preparat yeməkdən sonra daxilə qəbul edilir.

Dozanı ölçmək üçün üzərində 2,5 ml və 5 ml dərəcələrə bölmə xətti olan dozalayıcı şprisdən və (və ya) üzərində 2,5, 5 və 10 ml dərəcələrə bölünmüş ölçü stəkanından istifadə edin.

Şpris vasitəsilə dozanın ölçülməsi

  1. Qapaqcığın üzərinə basın və onu sola çevirərək uşaqlar tərəfindən  açılmamasını təmin edən qoruyucusu olan flakonu açın.
  2. Qoyulan dəlikli aralıq qatı flakonun boğazına basın. Əgər aralıq qat tam basılmazsa, qapağı taxın və onu çevirin. Aralıq qat şprisi flakon ilə birləşdirir və flakonun boğazında qalır.
  3. Şprisi aralıq qatın dəliyində möhkəm yerləşdirin. Şprisin porşenini dirənənədək aşağı salın.
  4. Taxılmış şprislə flakonu ehtiyatla tərsinə çevirin və lazımi dozanı (ml) ölçmək üçün porşeni dartın. Əgər məhlulda hava qovuqcuqları varsa, şprisi yenidən asta-asta doldurmaq lazımdır. Əgər lazımi doza 5ml-dən çox olarsa, şpris bir neçə dəfə doldurulur.
  5. Şprislə flakonu dibi aşağı olmaqla çevirin, şprisi dəlinmiş aralıq qatdan xaric edin.
  6. Məhlulu uşağa bilavasitə şpris vasitəsilə vermək mümkündür və ya onun içindəkini qaşığa boşaldıb vermək olar. Məhlulu şpris vasitəsilə verərkən uşaq düz oturmalıdır. Yaxşı olar ki, şpris asta-asta boşalsın, uşağın çeçəməməsi üçün məhlul yanağın iç tərəfinə yönəldilməlidir.

Dozalandırıcı şpris istifadədən sonra içinə bir neçə dəfə təmiz su yığılmaqla yuyulur.

Mayenin əlavə qəbulu preparatın mukolitik effektini gücləndirir.

Qəbulun davametmə müddəti

Qısamüddətli soyuqdəymə xəstəliklərində 5-7 gün qəbul olunmalıdır.

Həkimin məsləhəti olmadan müalicə kursu 4-5 gün təşkil edir.

Xroniki bronxit və mukovissidoz zamanı müalicə daha uzunmüddətli kurslarla aparılır. Müalicənin maksimal davametmə müddəti 3-6 ay təşkil edir.

 

Əlavə təsirləri

Əlavə təsirlər başvermə  tezliyinə görə aşağıdakı kimi təsnif edilir: çox tez-tez (³ 1/10), tez-tez (³ 1/100 və < 1/10), bəzən (³ 1/1 000 və < 1/100),  nadir (³ 1/10 000 və < 1/1 000), çox nadir (< 1/10 000), tezliyi məlum deyil (əldə edilmiş məlumatlara əsasən qiymətləndirmək mümkün olmur).

İmmun sistemə:

Bəzən: yüksək həssaslıq reaksiyaları.

Çox nadir: anafilaktik şok, anafilaktoid/anafilaktik reaksiyalar.

Sinir sisteminə:

Bəzən: başağrısı.

Eşitmə orqanına  və labirintə:

Bəzən: tinnit.

Ürəyə:

Bəzən: taxikardiya.

Damarlara:

Bəzən: arterial hipotenziya

Çox nadir: qanaxma.

Tənəffüs sisteminə, döş qəfəsinə və divararalığı orqanlarına:

Nadir: təngnəfəslik, bronxospazm.

Mədə-bağırsaq traktına:

Bəzən: ürəkbulanma, qusma, diareya, qarında ağrı, stomatit

Nadir: dispepsiya.

Dəri və dərialtı toxumalara:

Bəzən: övrə, səpgi, angionevrotik ödem, qaşınma, ekzantema.

Ümumi pozğunluqlar və yeridilən nahiyədə pozulmalar:

Bəzən: qızdırma.

Tezliyi məlum deyil: üz nahiyəsində ödem.

Müxtəlif tədqiqatlarda təsdiq olunmuşdur ki, qanda trombositlərin aqreqasiyası asetilsistein olduğu halda azalır. Hal-hazırda bu əlamətin klinik əhəmiyyəti müəyyən olunmayıb.

Çox nadir hallarda, Stivens-Jonson sindromu və toksik epidermal nekroliz kimi ağır dərəcəli dəri reaksiyaları asetilsisteindən müvəqqəti istifadə zamanı qeyd olunmuşdur. Qeyd  olunan belə halların çoxunda, eyni vaztda  ən azından bir əlavə dərman vasitəsinin qəbulu  təsvir olunmuş selikli qişa-dəri təsirini gücləndirə bilər. Əgər dəri və ya selikli qişada qeyri-normal reaksiyalar baş verərsə, dərhal asetilsisteinin qəbulu dayandırılmalıdır və tibbi məsləhət tövsiyə olunmalıdır.

 

Doza həddinin aşılması

Asetilsisteinin peroral formalarının qəbulu ilə törədilmiş toksik doza həddinin aşıldığı hallar bu günə qədər müşahidə olunmamışdır. Asetilsisteini 3 ay ərzində 11,6 q/sut. dozada almış könüllülərdə  ağır əlavə effektlər qeyd olunmamışdır. 500mq/kq bədən kütləsinə dozada asetilsisteinin daxilə qəbulu heç bir intoksikasiya simptomları törətməmişdir.

Doza həddinin aşılması zamanı ürəkbulanma, qusma və diareya kimi mədə-bağırsaq traktı simptomları əmələ gələ bilər. 1 yaşında olan uşaqlarda hipersekresiya riski mövcuddur.

Ehtiyac yarandıqda simptomatik müalicə aparılır.

 

Buraxılış  forması

100 və ya 200 ml məhlul, qapaqcığı və plomblanmış halqası olan gəhvəyi rəngli şüşə flakonda. 1 flakon içlik-vərəqə və ölçü stəkanı ilə birlikdə karton qutuya qablaşdırılır.

Qablaşdırmaya üzərində 2,5 ml və 5 ml dərəcələrə bölünmüş dozalayıcı şpris və üzərində 2,5,  5 və 10 ml dərəcələrə bölünmüş ölçü stəkanı qoyulur.

 

Saxlanma şəraiti

25º C-dən   yüksək olmayan temperaturda  və  uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

 

Yararlılıq müddəti

2 il.

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Açıldıqdan sonra yararlılıq müddəti: 11 gün (25º C-dən yüksək olmayan temperaturda).

 

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

 

İstehsalçı

Salutas Farma QmbH, Otto-fon-Qerike-Alle 1, Barleben, Almaniya – »Sandoz« qrupunun şirkəti.

 

Qeydiyyat vəsiqəsinin sahibi

Sandoz Farmasyutikalz d.d., Verovşkova 57, Lyublyana, Sloveniya.

 

Bu dərman vasitəsinin qəbulu ilə əlaqədar hər-hansı şikayətiniz yaranan zaman

aşağıdakı yazılan nömrələrə   müraciət etməyiniz xahiş olunur.

 

Baki şəhəri, Nəsimi rayonu, Rəsul Rza 75

Winter Park Plaza business center, mərt.3

Tel.: +994 12 599-83-89

        +994 12 599-83-90

Ass sirop nə üçündür?

  1. Öskürək əleyhinə vasitələr
  2. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow