OSTEOZAR gel

OSTEOZAR gel tərkibindəki komponentlərin sayəsində osteoartrozun və osteoxondrozun inkişafını ləngidir; ağrıkəsici təsir göstərir; iltihabəleyhinə təsirə malikdir; oynaq qığırdağının bərpasını stimullaşdırır; oynaqların hərəkətliliyini yaxşılaşdırır; oynaqların şişkinliyini azaldır.

Jun 23, 2024 - 16:04
Jun 23, 2024 - 16:18
 0
OSTEOZAR gel
OSTEOZAR gel

OSTEOZAR gel - Xaricə istifadə üçün gel

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Buraxılış forması

OSTEOZAR gel, həcmi 100 ml olan flakon, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

OSTEOZAR gel Tərkibi

  • Qlükozamin sulfat
  •  Metilsulfanilmetan
  • Xondroitin Sulfat
  • Su
  •  Alkoqol Denat
  •  Zeytun yağı
  • Qliserol
  • Propilen Qlikol
  • Natrium Poliakrilat
  • Trideset-6
  • Hidrogenləşdirilmiş Polidesen
  • Foneksietanol
  • Kaprilil qlikol
  • Metil salisilat
  • Vanilil butil efiri
  • Nanə yağı
  • Kamfora. 

Farmakoloji xüsusiyyətlər

OSTEOZAR gel nə üçündür?

OSTEOZAR gel tərkibindəki komponentlərin sayəsində osteoartrozun və osteoxondrozun inkişafını ləngidir; ağrıkəsici təsir göstərir; iltihabəleyhinə təsirə malikdir; oynaq qığırdağının bərpasını stimullaşdırır; oynaqların hərəkətliliyini yaxşılaşdırır; oynaqların şişkinliyini azaldır.

OSTEOZARın tərkibində aktiv komponentlər qığırdaq toxumasında fosfor-kalsium mübadiləsini yaxşılaşdırır; qığırdaq to-xumasını dağıdan fermentlərin aktivliyini azaldır; qığırdaq toxumasının degenerasiya (dağılma) proseslərini dayandırır; qlükozaminoqlikanların sintezini stimullaşdırır; birləşdirici toxumanın kollapsına mane olur. Bu, zədələnmiş oynaqlarda ağrının azalmasına və onların hərəkətliliyinin artmasına səbəb olur.

OSTEOZAR gel preparatının tətbiqi qəbul edilən qeyri-steroid iltihabəleyhinə preparatların dozasını azaltmağa imkan yaradır. Gelin komponentlərinin optimal uyğunluğu sayəsində ağrıkəsici və iltihabəleyhinə təsirlərin qarşılıqlı güclənməsi qeyd olunur. Gelin tərkibindəki aktiv komponentlər ağrı nahiyəsində mikrosirkulyasiyanı yaxşılaşdırmaqla sağalmanı sürətləndirir vəeləcə də ağrının azalmasına səbəb olurlar. 

OSTEOZAR gel İstifadə qaydası

Ağrı nahiyəsinə gündə bir neçə dəfə dairəvi hərəkətlərlə sürtülür. Arzu edilən nəticəni almaq üçün gündə 2-3 dəfə istifadə olunması tövsiyə olunur. 

Xəbərdarlıq

  1. Yalnız xaricə istifadə olunur
  2. Uşaqların əli çatmayan yerdə saxlanılmalıdır Gözlə təmasda olmamalıdır
  3. Açıq yara nahiyəsinə istifadə etmək olmaz. 

İstifadəsi üçün göstərişlər

  • Oynaq, əzələ və boyun ağrıları;
  • Oynaq və qığırdaq toxumasının degenerativ-distrofik xəstəlikləri: osteoartroz, osteoxondroz, artrit;
  • Lyumbaqo, miozit, fərqli növ revmatik ağrılar;
  • Sınıq, dartılma, burxulma, çıxıqlar və digər qapalı travmalardan sonrakı bərpa dövründə. 

OSTEOZAR gel Əks göstərişlər

Tərkibindəki hər hansı komponentə qarşı fərdi həssaslıq. Preparatın çəkildiyi yerdə dəri səthinin zədələnməsi. 

Aptekdən buraxılma şərti

Reseptli

OSTEOZAR gel Qiyməti

Dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklərdən sərfəli qiymətə ala bilərsiniz.

İstehsalçı

APHARMA SAĞLIK ÜRÜNLƏRİ A.Ş. Ünvan: İkitelli O.S.B. Enkoop Cad. 4/B 34490, Başakşehir-İstanbul, Türkiyə


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow