Fental sirop qiyməti və istifadə qaydası haqqında məlumat
Fental sirop - Vitamin və mineral çatışmamazlığı zamanı, anemiya zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Fental sirop haqqında məlumat
Fental sirop qiyməti
Fental qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Fental sirop qiyməti 28 azn - 31 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Fental şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
FENTAL şərbət
Bioloji fəallığa malik qida əlavəsinin istifadəsi üzrə təlimat
Tərkibi
Aktiv komponentlər
- Dəmir Qlükonat - 30 mq
- Fol turşusu - 175 mkq
- Vitamin B12 - 1.5 mkq
- Vitamin C - 50 mq
Köməkçi maddələr:deionizəolunmuş su (deionized water), kalium sorbate (potassium sorbate), sukraloza (sucralose), qliserin (glycerin), portağal aromati (orange flavor).
İstifadəsinə göstərişlər
Fental 120 ml şərbət Dəmir və bəzi vitaminlərin əlavə mənbəyi kimi tövsiyə olunan BFMQƏ-dir.
Əks göstərişlər
Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq.
İstifadə qaydası və dozası
Daxilə qəbul üçün.
14 yaşdan yuxarı uşaqlar və böyüklər: 5 ml gündə 3 dəfə.
Digər hallarda həkim məsləhəti ilə tövsiyə olunur.
Tövsiyə edilən sutkalıq dozanı keçməyin.
Əlavə təsirləri
Qeyd olunmayıb.
Xəbərdarlıq
BFMQƏ normal qidalanmanı əvəz etmir. Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
Buraxılış forması
Fental 120 ml şərbət 120 ml şərbət, flakonda.
Bir flakon içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Dərman vasitəsi deyildir. Bioloji fəallığa malik qida əlavəsidir.
Saxlanma şəraiti
25° C-dən aşağı temperaturda, quru yerdə saxlamaq lazımdır. Uşaqların əli çatmadığı yerdə saxlayın.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
İstehsalçı
Bereket İlaç ve Kozmetik A.Ş.
Görükle Dumlupınar Mahallesi,İzmir Yolu Cd. No:29, Nilüfer/BURSA/TÜRKİYE www.bereketilac.com
İşletme Kayıt No.: TR-16-K-031149
Fental sirop nə üçündür?
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- Vitamin və mineral çatışmamazlığı
- Anemiya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






