Savit d3 damcı
Savit d3 damcı - Osteoporoz zamanı, raxit zamanı, kalsium defisitli xəstəliklər zamanı, vitamin və mineral çatışmamazlığı zamanı, metabolik pozulmalar zamanı istifadə olunan preparatdır.

Savit d3 damcı haqqında məlumat
Savit d3 qiyməti
Savit damcı qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Savit d3 qiyməti 6 azn - 8 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Savit qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
D3 vitamini (Xolekalsiferol) ------- 133 BV
Xüsusiyyətləri
D3 vitamini (Xolekalsiferol) – aktiv antiraxitik amil olub dəridə günəş şüalarının təsirindən əmələ gəlir. O, sümüklərin və dişlərin normal inkişafı, skeletin düzgün minerallaşması və böyüməsi üçün kalsium və fosfatlar mübadiləsini tənzimləyir. D3 vitamini bağırsaqlarda kalsium və fosfatların absorbsiyası, mineral duzların daşınması və sümüklərin kalsifikasiya proseslərində vacib rol oynayır, böyrəklərlə kalsium və fosfatların çıxarılmasını tənzimləyir. Qanda kalsium ionlarının konsentrasiyasına nəzarət etməklə skelet əzələsinin tonusunu, miokardın funksiyasını təmin edir, sinir impulslarının ötürülməsində iştirak edir. Bundan başqa, D3 vitamini hüceyrələrin normal bölünməsi və immun sisteminin normal funksiyasının dəstəklənməsinə də təsir göstərir. Qida rasionunda D3 vitamininin çatışmazlığı uşaqlarda erkən dövrün raxitinin inkişaf etməsinə səbəb olur.
İstifadə qaydası
- Yeni doğulmuşlarda raxitin profilaktikası məqsədilə: 2 damcı gündə bir dəfə. (2 il müddəndə)
- Raxitin müalicəsi məqsədilə: 10-25 damcı gündə 1 dəfə. 6 həftədən sonra 2 damcı saxlayıcı dozada müalicə davam etdirilir.
Göstərişləri
- Orqanizmin D3 vitamininə tələbatının artması və ya D3 vitamini defisiti
- Raxitin profilaktika və müalicəsi
- Sümüklərin və dişlərin normal vəziyyətinin qorunması və ya inkişafının sürətləndirilməsi məqsədilə
- Hipokalsemik tetaniyalar
- Malabsorbsiya ilə müşayiət olunan vəziyyətlər
- Xroniki bağırsaq xəstəlikləri
- Qaraciyər serrozu
- Mədə və ya bağırsaq rezeksiyası
Savit d3 nə üçündür?
- Osteoporoz zamanı istifadə olunan dərmanlar
- Raxit zamanı istifadə olunan dərmanlar
- Kalsium defisitli xəstəliklər
- Vitamin və mineral çatışmamazlığı
- Metabolik pozulmalar zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






