Ametazon krem nədir? nə üçündür?

Ametazon krem - Psoriaz zamanı, dermatit və ekzema zamanı istifadə olunan preparatdır.

Sep 8, 2024 - 10:24
Sep 8, 2024 - 10:24
 0
Ametazon krem nədir? nə üçündür?
Ametazon krem

Ametazon krem haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ametazon krem qiyməti 

Ametazon maz qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ametazon krem qiyməti 8 azn - 10 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ametazon qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Beynəlxalq patentləşdirilməmiş adı : Mometasone

Tərkibi:

Təsiredici maddə: 1qr kremin tərkibində 1mq mometazon-furoat vardır.
Köməkçi maddələr: heksilenqlikol, ağ balzam, ağ vazelin, propilenqlikol stearat, fosfat turşusu, distillə olunmuş su, titan dioksid, stearil spirti və nişasta və stearat 20, alüminium nişasta oktenil suksinat.

Təsviri

Ağ rəngli kremdir.

Farmakoterapevtik qrupu

Yerli istifadə üçün qlükokortikosteroid.

ATC kodu: D07AC13

Farmakoloji xüsusiyyətləri

Farmakodinamika
Mometazon-furoat iltihab və qaşınmaəleyhinə, antiekssudativ təsirə malik sintetik qlükokortikosteroiddir. Qlükokortikosteroidlər lipokortin adlanan zülalların sintezini gücləndirərək fosfolipaza A2-ni inaktivləşdirir. Lipokortin iltihab mediatorları olan prostaqlandinlərin və leykotriyenlərin sələfi araxidon turşusunun sintezini pozur və bu iltihab meditorlarının biosintezini nəzarət altında saxlayır.
Farmakokinetika
Mometazon furoatın dəridən absorbsiyası bir çox amillərdən, əsasən də preparatın tərkibinə daxil olan köməkçi maddələrdən və dərinin bütövlüyündən asılıdır. 0,1% mometazon furoat kreminin yerli istifadəsindən sonra qan dövranına absorbsiyası minimaldır.
Belə ki, 0,1 % kreminin yerli istifadəsindən 8 saat sonra qan dövranına təsiredici maddənin absorbsiyası 0,4% təşkil edir. Eyni minimal absorbsiya kortikosteroidlərin losyon formasının istifadəsi zamanı baş verir. Dəridə iltihabı proses zamanı kremin absorbsiyası artır. Aparılan tədqiqatlar göstərmişdir ki, psoriaz zamanı başın və bədənin dəri nahiyəsinə mometazon furoatın 0,1% losyon formasının 7 gün ərzində gündə 2 dəfə istifadəsi qanda kortizolun səviyyəsini dəyişmir yaxud bu dəyişikliklər cüzi miqdarda müşahidə olunur. Mometazon furoat dəridən absorbsiya olunduqdan sonra sistem kortikosteroidlər kimi farmakokinetik dəyişikliklərə uğrayır. Əsəsən qaraciyərdə metabolizmə uğrayır və böyrəklər vasitəsi ilə orqanizmdən xaric olunur. 

İstifadəsinə göstərişlər

  • Psoriaz
  • Atopik dermatit
  • Kortikosteroidlərlə müalicəyə müsbət cavab verən bütün dermatozlar

Əks göstərişlər

Preparata qarşı yüksək həssaslıq.

Xüsusi göstərişlər

Mometazon furoat yalnız dermatologiyada istifadə olunur, oftalmologiyada istifadə olunmur. İstifadə zamanı preparata qarşı həssaslıq yaranarsa, müalicəni dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Yerli istifadə zamanı qlükokortikoidlərin qan dövranına absorbsiyası nəticəsində, yaxud istifadəsi dayandırıldıqdan sonra, hipotalamo-hipofizar sistemində və böyrəküstü vəzin fəaliyyətində geriyə dönən pozğunluqlar yarana bilər.
Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı qan dövranına absorbsiya nəticəsində Kuşinq sindromu, hiperqlikemiya, qlükozuriya yarana bilər.
Qlükokortikosteroidlərin dərinin geniş hissələrinə uzunmüddətli və okklüzion sarğı altında istifadəsi zamanı xəstələrdə hipotalamohipofizar sisteminin və böyrəküstü vəzin fəaliyyəti daima nəzarət altında saxlanılmalıdır. Bu məqsədlə, AKTH stimulyasiya testi aparılmalıdır, qanda kortizolun səhər səviyyəsi, sidikdə azad kortizolun miqdarı təyin olunmalıdır. Əgər, hipotalamo-hipofizar sistemində pozğunluqlar müşahidə olunarsa, preparatın istifadə arasındakı vaxt artırılmalıdır, yaxud preparatın istifadəsi dayandırılmalıdır. Qlükokortikosteroidlərin yerli istifadəsi dayandırıldıqdan dərhal sonra hipotalamo-hipofizar sisteminin və böyrəküstü vəzin fəaliyyəti bərpa olunur. Nadir hallarda qlükokortikosteroid çatışmazlığı yarana bilər ki, bu zaman sistem təsirli qlükokortikosteroidlərin əlavə istifadəsi tələb olunur.
Preparatı üz, qolaltı və qasıq nahiyəsinə istifadə etmək məsləhət görülmür.
Dəridə qıcıqlanma yaranarsa, mometazon furoatın istifadəsi dayandırılır və uyğun müalicə təyin olunur. Dəridə yanaşı infeksion proses inkişaf edərsə, bu zaman antibakterial, göbələk əleyhinə vasitələrdən istifadə olunur. Əgər qısa müddət ərzində infeksion proses aradan qaldırılmırsa, o zaman mometazon furoatın istifadəsi proses tamamilə aradan qaldırılana kimi dayandırılır.
Mometazon furoatın istifadəsindən 2 həftə sonra klinik effektivlik müşahidə olunmursa, diaqnoz yenidən qiymətləndirilməlidir.
Pediatriyada istifadəsi: 2 yaşına kimi uşaqlarda mometazon furoatın istifadəsi həkimin nəzarəti altında aparılır. Uşaqlarda dəri səthi sahəsinin bədən kütləsinə nisbəti daha yüksək olduğundan hipotalamo-hipofizar sisteminin və böyrəküstü vəz qlükokortikosteroidlərin istifadəsinə daha həssasdırlar. Buna görə də, uşaqlarda dəri səthinin 20% artıq hissəsinə qlükokortikoidlərin istifadəsi yaxud preparatın dayandırılması zamanı Kuşinq sindromu və hipotalamo-hipofizar sistemin pozğunluqları daha tez yaranır. Uşaqlarda qlükokortikosteroidlərin istifadəsi zamanı dəridə atrofik dəyişikliklər yarana bilər.
Mometazon furoat bez dermatitinin müalicəsi zamanı istifadə olunmur.
Preparat nəqliyyat vasitələrini və potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsir göstərmir.
Xəstələr üçün məlumat:
Xəstələr yerli qlükokortikosteroidlərin istifadəsindən əvvəl aşağıdakı məlumatla və preparatın istifadə qaydaları ilə tanış olmalıdırlar:

  • Dərman preparatı həkimin təyinatına uyğun istifadə olunmalıdır. Yalnız yerli istifadə olunur. Gözə istifadə olunmur.
  • Təyin olunan göstərişlərdən kənar digər pozğunluqlar zamanı istifadə olunmur.
  • Həkimin təyinatı olmadan preparatın yerli istifadəsi zamanı okklüzion sarğı yaxud digər sarğılardan istifadə etmək olmaz.
  • Yerli əlavə reaksiyalar müşahiə olunarsa həkimə müraciət edin.
  • Uşaqlarda bez dermatitinin müalicəsində istifadə olunmur.
  • Həkim təyinatı olmadan preparatı üz, qolaltı və qasıq nahiyəsinə istifadə etmək məsləhət görülmür.
  • Digər kortikosteroidlər kimi, preparatın istifadəsindən 2 həftə sonra yaxşılaşma müşahidə olunmursa həkimə müraciət edin.
  • Həkim məsləhəti olmadan digər kortikosteroid tərkibli dərman preparatları ilə yanaşı istifadə etmək olmaz.

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Digər preparatlardan istifadə etməzdən əvvəl həkimlə məsləhətləşmək lazımdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləlik kateqoriyası C-dir.
Hamiləlik və laktasiya dövründə preparatdan böyük dozalarda və uzun müddət istifadə etmək olmaz.
Hamiləlik dövründə mometazon furoat ana üçün gözlənilən xeyir, döl üçün gözlənilən potensial zərərdən daha vacib olan hallarda
istifadə olunur.
Laktasiya dövründə, qlükokortikosteroidlərin sistem istifadəsi zamanı qlükokortikosteroidlər ana südündə aşkar olunur və nəticə olaraq endogen kortikosteroidlərin sintezi pozulur. Qlükokortikosteroidlərin yerli istifadəsi zamanı ana südündə aşkar olunması haqqında kifayət qədər məlumat yoxdur, buna görə də laktasiya dövründə mometazon furoat ehtiyatla təyin olunur.

İstifadə qaydası və dozası

AMETAZON krem gündə 1 dəfə dərinin zədələnmiş səthinə nazik qatla sürtülür.
AMETAZON krem 2 yaşdan yuxarı uşaqlarda eyni dozalanmada istifadə olunur. 

Əlavə təsirləri

Preparat nadir hallarda (xəstələrin 1%-də) dəridə səpgilər, ödem, allergik və psevdoallergik reaksiyalar (allergik vaskulit), göynəmə, qaşınma və dərinin atrofiyasını törədə bilər.
BU HALLAR MEYDANAÇIXARSA, HƏKİMƏ MÜRACİƏTETMƏK LAZIMDIR!

Doza həddinin aşılması

Doza həddi aşıldıqda simptomatik müalicə aparılmalıdır.

Buraxılış forması

30 qrAMETAZON 0,1% krem, tublarda.
1 tub içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, quru, qaranlıq və uşaqların əli çatmayan yerdə, öz qutusunda saxlamaq lazımdır.

Yararlılıq müddəti

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Resept əsasında buraxılır.

İstehsalçı

Bilim İlaç San.və Tic.A.Ş.. Türkiyə.
Qeydiyyat vəsiqəsinin sahibi
BİLİM PHARMACEUTİCALS
İSTANBUL/TÜRKİYƏ

Ametazon krem nə üçündür? 

  1. Dermatit və ekzema zamanı istifadə olunan dərmanlar
  2. Psoriaz zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow