Prokolik (Procolic) sirop

Prokolik (Procolic) sirop- Köp zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 17:58
Aug 4, 2024 - 18:08
 0
Prokolik (Procolic) sirop
Prokolik (Procolic) sirop

Prokolik haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prokolik qiyməti

Prokolik qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prokolik qiyməti 7 azn - 9 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prokolik sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Şüyüd meyvəsinin distillatı (Anethum graveolens) ----- 18.6 ml
  • Zirə meyvəsinin distillatı (Carum carvi) ------------------- 9.3 ml
  • Darçın qabığının distillatı (Cinnamomum zeylanicum) -- 9.3 ml
  • Nanə yarpağının distillatı (Mentha piperita) -------------- 9.3 ml
  • Qaraqınıq otunun distillatı (Origanum vulgare) ---------- 9.3 ml

Xüsusiyyətləri

Şüyüd meyvəsinin distillatı – tərkibində olan efir yağları sayəsində mədə-bağırsaq sisteminin peristaltikasını normallaşdırır, spazmolitik təsir edərək bağırsaq sancılarını aradan qaldırır, həzmi yaxşılaşdırır və bağırsaqlarda qazların əmələ gəlməsinin qarşısını alır, toplanan qazların xaric olmasını asanlaşdırır.Bununla da köp əleyhinə və həzmi tənzimləyici effekt verir.
Zirə meyvəsinin distillatı – bağırsaqlarda qıcqırma prosesini zəiflədərək qazların əmələ gəlməsinin və toplanmasının qarşısını alır. Həzm vəzilərinin sekresiyasını və bağırsaqların peristaltikasını normallaşdırır, bağırsaq sancılarını azaldır. Antiseptik və iltihab əleyhinə effekt verir.
Darçın qabığının distillatı – həzm vəzilərinin sekresiyasını sürətləndirir, həzmi yaxşılaşdırır, mədə və bağırsaqlarda qazların əmələ gəlməsini azaldır, öd yollarının və bağırsaqların spazmını azaldaraq, sancıların qarşısını alır.
Nanə yarpağının distillatı – tərkibində olan mentol efir yağı sayəsində spazmolitik, sakitləşdirici, həzmedici, ağrıkəsici təsir göstərir, ürəkbulanma və qusmanı azaldır, bağırsaq spazmlarını aradan qaldırır, meteorizmin qarşısını alır, həmçinin mədə və bağırsaqların selikli qişasına iltihab əleyhinə təsir göstərir.
Qaraqınıq otunun distillatı – bağırsaqların peristaltikasını normallaşdıraraq qazların xaric olmasını sürətləndirir, qəbizliyin qarşısını alır, mədənin və mədəaltı vəzin sekresiyasını artıraraq çətin həzm olunan qidaların həzmini asanlaşdırır. Antibakterial, iltihab əleyhinə, sakitləşdirici effekt verir, sinir mənşəli mədə-bağırsaq spazmlarını azaldır.
Procolic– tərkibində olan bitki komponentləri hesabına həzm vəzilərinin sekresiyasını aktivləşdirir, həzmi sürətləndirir, bağırsaqlarda qıcqırma proseslərinin və qazların əmələ gəlməsinin qarşısını alır. Mədə-bağırsaq sisteminin peristaltikasını tənzimləyərək qazların bağırsaqlardan xaric olmasını asanlaşdırır. Bununla da meteorizmin qarşısını alır. Spazmolitik təsir edərək bağırsaq sancılarını azaldır. Mədə-bağırsaq sisteminin selikli qişasına antiseptik, iltihab əleyhinə təsir göstərir.

İstifadə qaydası

  • 1 yaşa qədər – ½ çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
  • 1-5 yaş – 1 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
  • 5-12 yaş – 2 çay qaşığı gündə 3 dəfə yeməkdən əvvəl
  • 12 yaşdan yuxarı, böyüklər – 1 xörək qaşığı gündə 3 dəfə yeməkdən əvvəl qəbul olunur

Göstərişləri

  • Meteorizm
  • Spazmla müşayiət olunan həzm sistemi xəstəlikləri
  • Dispepsiya
  • Aerofagiya
  • Bronxial astma
  • Yeni doğulmuşlarda bağırsaq sancıları

Prokolik nə üçündür?

  1. Köp əleyhinə dərmanlar
  2. Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow