Hepatolak sirop nə üçündür? istifadə qaydası necədir?

Hepatolak sirop - Qəbzlik zamanı, qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oct 4, 2024 - 17:59
 0
Hepatolak sirop nə üçündür? istifadə qaydası necədir?
Hepatolak sirop

Hepatolak sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Hepatolak sirop qiyməti

Hepatolak sirop qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. 

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Hepatolak qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi:

Təsiredici maddələr: Hər ölçü stəkanında (15 ml-də) 10 q (667 mq/ml) laktuloza vardır.

Köməkçi maddələr: 2,2 q-a qədər qalaktoza, 1,2 q-a qədər laktoza, 1,2 q-a qədər digər. şəkərlər var. 

Farmakoloji xüsusiyyətləri

Farmakodinamikası

Laktuloza yarımsintetik disaxarid olub 1 molekul qalaktoza və 1 molekul fruktozadan ibarətdir. Laktuloza osmotik təsir göstərən işlədicidir. Daxilə qəbul etdikdən sonra dəyişilməmiş şəkildə yoğun bağırsağa qədər çatır. Belə ki, nazik bağırsaqda onu parçalayan enzimlər yoxdur. Yoğun bağırsaqda bakteriyaların təsirindən laktulozanın parçalanması nəticəsində  kiçik molekullu üzvi turşular əmələ gəlir. Bu zaman yoğun bağırsaq boşluğunda osmotik təzyiq və turşuluq artır, pH azalır, bağırsağın peristaltikası və sekresiyası qüvvətlənir. Laktulozanın təsirindən nəcis daha yumşaq və formalaşmış olur. İşlədici effekt 1-3 gün ərzində əhəmiyyətli dərəcəyə çatır. Portal – sistem ensefalopatiya zamanı istifadə olunarkən Hepatolak yoğun bağırsaqda parçalanır, əmələ gələn üzvi turşular bağırsaqdakı ammonyakla birləşərək ammonium duzlarına çevrilir. Yoğun bağırsaqda amonyakın miqdarı azaldıqca qanda yüksək səviyyədə olan amonyak bağırsağa keçir və ammonium duzları şəklində bağlanır. Yoğun bağırsaqda toplanan amonyak və ammonium ionları sürətlə orqanizmdən xaric olur ki, bu da onların toplanmasını və absorbsiyasını azaldır, qanda ammonyakın miqdarını aşağı salır. Nəticədə qaraciyər prekoması və koması zamanı xəstənin vəziyyətini yaxşılaşdırır və ya xəstəliyin inkişaf etməsinin qarşısını alır. 

Farmakokinetikası

 Daxilə qəbul zamanı laktuloza praktik olaraq nazik bağırsaqlardan sorulmur, həmçinin, nazik bağırsağın selikli qişasında metabolizmə uğramır. Laktuloza molekulu kor bağırsağa dəyişilməmiş şəkildə çatır. Kor bağırsaqda metabolizmi başlayan laktuloza bağırsaq bakteriyalarının təsirindən əvvəlcə qalaktoza və fruktozaya qədər parçalanır, sonra isə onlar süd, sirkə və qarışqa turşularına çevrilirlər. Bu parçalanma məhsullarının yalnız bir hissəsi sorulur. Eyni zamanda sorulmamış molekulların toplanmasına görə yoğun bağırsağın boşluğunda osmotik təzyiq artır və işlədici effekt yaranır. İnsanlar və heyvanlar üzərində aparılan tədqiqatlar göstərir ki, laktulozanın çox az hissəsi qana sorulur. Laktuloza nazik bağırsaq ekstraktları ilə inkubasiya olunarsa, 24 saat ərzində heç bir kimyəvi dəyişikliyə uğramır. Həmçinin, bu ekstraktlar bakteriyaların  laktulozanı parçalamasına da heç bir təsir göstərmir.

Daxilə qəbul zamanı 24 saat ərzində laktulozanın bir dozasının təxminən 3%-i sidiklə xaric olur. 

İstifadəsinə dair göstərişlər

1) Uşaqlarda və böyüklərdə kəskin və xroniki qəbizliklərin müalicəsində işlədici kimi;

2) Hamiləlik dövründə qəbizliyin müalicəsi məqsədilə (2 trimestrdən sonra);

3) Qaraciyər (portal - sistem) ensefalopatiyasının, həmçinin, qaraciyər prekoması və komasının müalicəsi məqsədilə təyin oluna bilər.  

Əks göstərişlər

Qastrointestinal obstruksiyalar, qalaktozanın qəbuluna əks göstəriş olan vəziyyətlər. 

Xüsusi göstərişlər

Preparatın tərkibində şəkər olmasa da, Hepatolak şəkərli diabetli xəstələrə ehtiyatla təyin olunmalıdır. 

Hər bir xəstə üçün doza fərdi seçilir.

 

Antasidlərlə eyni zamanda istifadəsi nəticəsində preparatın təsiri azala bilər. 

Preparat etiketdə göstərilən yararlılıq müddəti keçərsə istifadə olunmamalıdır.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hamiləliyin I trimestrində yalnız həkim göstərişi ilə qəbul oluna bilər.

Laktulozanın ana südünə keçməsi haqqında məlumat yoxdur.  Ona görə  süd verən analara ehtiyatla təyin etmək lazımdır. 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Daxilə neomisin və ya digər antibiotiklər qəbul edən xəstələrdə yoğun bağırsaqda bakteriyaların aktivliyi inhibə olunduğuna görə laktulozanın terapevtik təsiri azala bilər. Bu xəstələrdə laktuloza ilə müalicənin nəticələrinə ciddi nəzarət olunmalıdır.

Antasidlərlə eyni zamanda istifadəsi nəticəsində laktulozanın təsiri azala bilər, belə ki, onlar pH-ın azalmasına mane olur.

Hepatolak istifadə edərkən, xüsusilə də ilk dövrdə başqa işlədicilər təyin olunmamalıdır. Çünki, onların dozasının düzgün seçilməsində çətinliklər meydana çıxa bilər. 

İstifadə qaydası və dozası

Qəbizliklərin müalicəsi üçün:

Böyüklər üçün tövsiyə olunan dozalar: Gündə 1-2 ölçü stəkanı (15-30 ml) təyin olunur. Ehtiyac olduqda doza 60 ml-dək (4 ölçü stəkanı) artırıla bilər. Bağırsağın funksiyası, adətən, 24-48 saat ərzində normallaşır.

Uşaqlar üçün tövsiyə olunan dozalar:

7-14 yaşlı uşaqlara: Gündə 1 ölçü stəkanı (15 ml) təyin olunur. Dəstəkləyici doza gündə 10 ml-dir.

1-6 yaşlı uşaqlara: Gündə 5-10 ml təyin olunur. Dəstəkləyici doza gündə 5-10 ml-dir.

Yenidoğulmuşlara: Gündə 5 ml təyin olunur.

Müalicəvi effekt əldə olunduqdan sonra müalicə minimal saxlayıcı dozalarla davam etdirilməlidir. Hepatolak məhlulunu mayelərlə (süd və ya meyvə şirələri) qarışdırmaq olar. Gündəlik dozanı səhər yeməyi zamanı birdəfəyə qəbul etmək olar.

Qaraciyər ensefalopatiyasının müalicəsi üçün:

Qaraciyər ensefalopatiyasının müalicəsi məqsədilə Hepatolak məhlulu daxilə, rektal və ya qastral zond vasitəsilə təyin etmək olar.

Daxilə qəbul sxemi:

Böyüklər üçün daxilə qəbül dozası gündə 2-3 ölçü stəkanıdır (30-45 ml). Sutkalıq doza gün ərzində 2-3 dəfə yumşaq nəcis ifrazına səbəb olmalıdır. Qaraciyər prekoması və koması zamanı sürətli işlədici effekt almaq üçün saatda 2-3 ölçü stəkanı (30-45 ml) təyin olunmalıdır. İşlədici effekt aldıqdan sonra adi dozalanma reciminə keçilir. Uşaqlarda doza normal defekasiya aktı əldə edənədək seçilir və saxlanılır. Müalicə müddətində ishal müşahidə olunarsa sutkalıq doza azaldılmalıdır. Buna baxmayaraq ishal davam edərsə, Hepatolakın qəbulunu dayandırmaq lazımdır.

Rektal təyinat sxemi:

Əgər xəstə koma vəziyyətindədirsə və ya hər hansı digər səbəbdən preparatı daxilə qəbul edə bilmirsə, o zaman Hepatolak imalə üçün rektal zondla yeridilir. Bu məqsədlə 300 ml Hepatolak 700 ml su və ya fizioloci məhlulla qarışdırılır və zondla imalə olunur və 30-60 dəqiqə yoğun bağırsaqda saxlanır. İmalə 4-6 saatdan sonra təkrar olunur. Bu müalicənin məqsədi xəstəni komadan çıxarmaq və preparatı daxilə qəbul etməsi üçün şərait yaratmaqdır.

Qastral zond vasitəsilə təyinat sxemi:

Stasionar şəraitində böyüklərə Hepatolakı qastral zond vasitəsilə 6-10 ölçü stəkanı (90-150 ml) dozada durulaşdırılmamış və ya su ilə qarışdırılmış şəkildə təyin etmək olar. 

Əlavə təsirləri

Adətən, ilk günlər yüksək dozalarda qəbulu zamanı köp, gəyirmə, spazmlar, qarında ağrılar müşahidə oluna bilər. Nadir hallarda ürəkbulanma və qusma müşahidə oluna bilər. Bu əlamətlər keçicidir və dozanı azaltdıqda itir.

GÖZLƏNİLMƏZ EFFEKTLƏR MEYDANA ÇIXARSA HƏKİMƏ MÜRACİƏT EDİN!

Doza həddinin aşılması

Hazırkı müddətə qədər doza artıqlığı halı qeydə alınmayıb. Güman edilir ki, doza artıqlığı zamanı ishal və bağırsaq spazmı ola bilər. Bu zaman preparatın qəbulunu saxlamaq və xəstənin vəziyyətinə nəzarət etmək lazımdır. Su və elektrolit itgisi bərpa olunmalıdır.

Buraxılış forması 

Hepatolak 250 ml məhlul 15 ml-lik ölçü stəkanı  komplektdə, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir .

Hepatolak 100 ml məhlul 15 ml-lik ölçü stəkanı komplektdə, içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir .

Saxlanma şəraiti

Qutuda olmaq şərti ilə 250C-dən aşağı temperaturda, uşaqların əli çatmayan yerdə, saxlanmalıdır. Dondurmaq olmaz! 

Yararlılıq müddəti

2 ildir.Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

Aptekdən buraxılma şərti

Həkim resepti ilə buraxılır.

İstehsalçı

LİSENZİYANIN SAHİBİ VƏ İSEHSAL YERİ:

Biofarma İlaç San. və Tic. A.Ş. Samandıra / İSTANBUL

Hepatolak sirop nə üçündür?

  1. Qaraciyər xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Qəbzlik zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow