Spermagen dərmanı haqqında məlumat
Spermagen dərmanı - Kişi sonsuzluğunda, prostatit zamanı, potensiya zəifliyi zamanı, prostat vəzin adenomasında istifadə olunan preparatdır.

Spermagen haqqında məlumat
Spermagen qiyməti
Spermagen qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Spermagen dərmanı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi
- Epimedium 150 mq
- L-arginin 550 mq
- Tribulus 500 mq
- Keçibuynuzu 250 mq
- Jensen 220 mq
- Maka 80 mq
- Sink 50 mq
- Selen 200 mkq
- Muira puama 150mq
Farmakoloji xüsusiyyətləri:
Epimedium - (azğın təkə otu)-Cinsi güclə yanaşı spermatozoidlərin say və hərəkətliliyini artırır. Epimediumun tərkibindəki ikarinin digər kimyəvi dərmanların tərkibindəki sildenafil sitrat maddəsinə bənzər təsiri olduğu aşkar edilmişdir. Yalnız ikarinin sildenafil sitratın əksinə rəng korluğu yaratmır,görmə qabiliyyətini azaltmır və asılılıq əmələ gətirmir. Epimedium bitkisi sadəcə cinsi funksiyaları tənzimləməklə qalmır,eyni zamanda cinsi istək, iqtidarsızlıq xüsusilə son araşdırmalara görə, diqqət,düşüncə konsentrasiya qabiliyyətini artırmaq üçün də yararlıdır. Ayrıca koronar ürək damarlarını genişləndirir və koronar vaskulyar müqaviməti azaldaraq koronar qan dövranını artırmaqda yararlıdır.
L-Arginin - Cinsi orqanların qan təchizatını gücləndirir,spermagenezi stimulə edir.Arginin toxum mayesinin tərkibinə daxil olduğuna görə kişilərdə sonsuzluğun sintezində geniş istifadə olunur. Bundan əlavə Arginin orqanizmdə hüceyrə bölünməsində, immun sisteminin möhkəmlənməsində və müxtəlif hormonların sintezinin artmasında böyük rol oynayan bir amin turşudur
Tribulus - Spermatazoidlərin sayını artırır. Tribulusun tərkibinə protodioscin steroidi daxildir.Bu steroid orqanizmdə metobolizmə uğrayaraq dehidroepiandrosterona çevrilir. Bunun hesabına errektiv disfunksiyanı aradan qaldırır. Bundan əlavə lutenizǝedici hormonun miqdarını artıraraq kişi hormonu olan testesteronun səviyyəsinin 50% artmasını təmin edir. Cinsi həvəsi artırır,ereksiyanı tənzimləyir. Sidikqovucu və tonuslandırıcı təsir göstərir
Keçibuynuzu - Cinsi zəifliyi,bərkimə, iqtidarsızlıq,spermatozoidlərin say azlığı problemni aradan qaldırır. İştah artırır
Jensen - mərkəzi sinir sisteminə stimullaşdırıcı təsir göstərir,əqli və fiziki performansı və təbii müqaviməti artırır
Maka - Spermatazoidlərin say və hərəkətliliyini artıraraq kişi sonsuzluğunun müalicəsində böyük rol oynayır. Cinsi zəifliyi aradan qaldırır. Cinsi əlaqə zamanı kişilərdə istək və gücü artırır.Erreksialar arası vaxtı azaldır
Sink - İmmunitetin formalaşmasında iştirak edir və kişi cinsiyyət vəzilərinin funksiyalarını yaxşılaşdırır. Cinsiyyət vəzi toxumalarında yüksək konsentrasiya təşkil etdiyindən kişi və qadınlarda seksual funksiyanın yerinə yetirilməsində iştirak edir.
Selen - İnsan orqanizmində müxtəlif liposoxaridlərin, zülalların və fermentlərin fəaliyyəti üçün mühüm rol oynayır.Çox güclü antikonserogen təsirə malik olmaqla müxtəlif bədxassəli şişlərin yaranmasının və inkişafının qarşısın alır. Bundan əlavə selen spermatazoidlərin müdafiəsini və hərəkətliliyini gücləndirir Buna görə də kişi sonsuzluqları zamanı istifadə olunur.
Muira puama - Birbaşa sinir sisteminə təsir edib hormonların sintezini tənzimləyərək cinsi zəifliyi aradan qaldırır.Anti depressant və əhval ruhiyyəni qaldırıcı təsir göstərərək nevrogen mənşəli cinsi zəifliyin müalicəsində böyük rol oynayır. Kişi və qadınlarda cinsi həvəssizliyi təbii yolla aradan qaldırılmasına təsir edir.
Göstərişləri:
- Kişi və qadın cinsi həvəsin azlığı
- İqtidarsızlıq
- Tez boşalma
- Sonsuzluq
- Sperma sayının (faizin)azlığı
- Prostat və xayalarda qan dövranının pozğunluğu
- Prostatın adenoması
Qəbul qaydası:
Müalicə məqsədi ilə 1 tab. Gündə 2 dəfə
Dərhal təsir üçün cinsi əlaqədən 30-40 dəq əvvəl 2 tablet birdən
Əks göstərişi:
Preparatın tərkibindəki komponentlərə qarşı fərdi həssaslıq
Əlavə təsiri:
İlk günlərdə yüngül başağrısı (normaldır)
Aptekdən satışı
Reseptsiz buraxılır.
İstifadə müddətindən aslı olmayaraq asılılıq yaratmır
Buraxılış forması:
1 qutuda 60 tablet
Spermagen nə üçündür?
- Prostat vəzin adenomasında istifadə olunan dərmanlar
- Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
- Prostatit zamanı istifadə olunan dərmanlar
- Kişi sonsuzluğunda istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






