Groprinosin tabletka istifadə qaydası necədir?
Groprinosin tabletka - Qrip zamanı, virus infeksiyası zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Groprinosin tabletka haqqında məlumat
- Groprinosin tabletka qiyməti
- Tərkibi
- Təsviri
- Farmakoloji xüsusiyyətləri
- İstifadəsinə göstərişlər
- Əks göstərişlər
- Xüsusi göstərişlər və ehtiyat tədbirləri
- Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Doza həddinin aşılması
- Buraxılış forması
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı və qablaşdırıcı
- Groprinosin tabletka nə üçündür?
Groprinosin tabletka qiyməti
Groprinosin tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Groprinosin tabletka qiyməti 24 azn - 27 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Groprinosin qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Dərman vasitəsinin istifadəsi üzrə təlimat (xəstələr üçün)
Dərman preparatını istifadə etməzdən əvvəl bu içlik vərəqəsini diqqətlə oxumaq lazımdır, belə ki, burada Sizin üçün mühüm məlumat vardır.
Göstərilən dərman preparatından istifadə etdikdə, bu içlik vərəqədə qeyd olunan göstərişlərə və həkimin və ya əczaçının göstərişlərinə dəqiq riayət etmək lazımdır.
- Bu içlik vərəqəsini saxlamaq lazımdır, onun təkrar oxunması tələb oluna bilər.
- Əlavə məlumat və ya məsləhət tələb olunduqda, əczaçıya müraciət etmək lazımdır.
- İstənilən əlavə təsir yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır. Bu, istənilən əlavə təsirlərə, eləcə də, bu içlik vərəqədə qeyd edilməyən əlavə təsirlərə şamil edilir (“Əlavə təsirləri” bölməsinə bax).
- 5-14 gündən sonra vəziyyətiniz yaxşılaşmadıqda və ya daha da pisləşdikdə, həkimə müraciət edin.
QROPRİNOSİN 500 mq tabletlər
GROPRINOSIN®
Beynəlxalq patentləşdirilməmiş adı: İnosine pranobex
Tərkibi
Təsiredici maddə: 1 tabletin tərkibində 500 mq inozin pranobeks (metizoprinol, inozin dimepranol asetoben) vardır.
Köməkçi maddələr: kartof nişastası, povidon, maqnezium stearat.
Təsviri
Oval formalı, hər iki tərəfi qabarıq, ağ rəngdən krem rəngə qədər, bir tərəfindən bölmək üçün xətti olan, uzunluğu 17 mm, eni 7 mm olan tabletlərdir.
Farmakoterapevtik qrupu
Birbaşa təsirli virusəleyhinə preparatlar.
ATC kodu: J05AX05.
Farmakoloji xüsusiyyətləri
Qroprinosinin təsiredici maddəsi inozin pranobeks olub, virusəleyhinə dərman vasitəsidir. Dodaqlar və üz nahiyəsinin dərisi zədələndiyi halda, Qroprinosin insan üçün patogen olan sadə herpes (Herpes Simplex) virusunu məhv edir. Preparat pozulmuş immun sistemi stimullaşdırır. Eləcə də, yuxarı tənəffüs yollarının residivləşən infeksiyalarının kompleks müalicəsində istifadə edilir.
İstifadəsinə göstərişlər
- Sadə herpes (Herpes Simplex) virusu ilə törədilən dodaq və üz herpesinin müalicəsi.
- Yuxarı tənəffüs yollarının residivləşən infeksiyaları zamanı immun sistemi zəif olan pasiyentlərdə kompleks müalicə.
Əks göstərişlər
Aşağıda göstərilən hallarda Qroprinosini istifadə etmək olmaz:
- preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq. Allergik reaksiyanın simptomları səpgi, qaşınma, tənəffüsün çətinləşməsi, üzün, dodaqların, boğazın və dilin ödemi ola bilər.
- Hazırda pasiyentdə podaqra tutması (oynaqların ətrafında ödemlə və dərinin qızarması ilə və ya iri oynaqların ətrafında eksudatın əmələ gəlməsilə müşayiət olunan güclü oynaq ağrıları) inkişaf etdiyi halda və ya qanın biokimyəvi analizinin nəticəsində sidik turşusu səviyyəsinin yüksəlməsi qeyd olunduqda.
- Pasiyent böyrək daşı xəstəliyi olduqda.
- III dərəcəli ağır böyrək çatışmazlığı.
- Qroprinosin 3 yaşa qədər uşaqlarda əks göstərişdir.
- Hamiləlik və laktasiya dövrü.
Xüsusi göstərişlər və ehtiyat tədbirləri
Qroprinosin preparatını istifadə etməzdən əvvəl həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
- Pasiyentdə əvvəllər podaqra epizodları və ya qanda və ya sidikdə sidik turşusunun səviyyəsinin yüksəlməsi qeyd olunduğu hallarda, belə ki, Qroprinosin qanda və sidikdə sidik turşusunun konsentrasiyasının müvəqqəti yüksəlməsinə səbəb ola bilər.
- Əvvəllər pasiyentin böyrəklərində daş olduqda.
- Pasiyentdə hazırda böyrək xəstəliyi olduqda. Bu halda həkim pasiyentin vəziyyətinə daha diqqətlə nəzarət etməlidir.
-Terapiya uzun müddət (3 ay və ya daha çox) davan etdikdə. Həkim pasiyentdə müntəzəm qan analizləri təyin etməli və böyrək və qaraciyər funksiyalarına nəzarət etməlidir. Uzun müddətli müalicə zamanı böyrəklərdə daşların yaranması mümkündür.
- Pasiyentdə səpgi, qaşınma, tənəffüsün çətinləşməsi, üzün, dodaqların, qırtlağın və ya dilin ödemi kimi allergik reaksiya simptomları olduqda. Pasiyentdə belə simptomlar baş verdikdə, reparatın qəbulunu dərhal dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Digər dərman vasitələri ilə qarşılıqlı təsiri
Hazırda və ya əvvəl istifadə edilən və ya gələcəkdə istifadəsi ehtimal edilən dərman vasitələri barədə həkimə və ya əczaçıya məlumat vermək lazımdır.
Aşağıda göstərilən dərman preparatlarından hər hansı birinin istifadəsi barədə həkimə məlumat vermək vacibdir:
- podaqranın müalicəsi üçün istifadə olunan preparatlar (allopurinol və digərləri);
- diuretiklər daxil olmaqla, sidik ifrazını artıran preparatlar, məsələn, furosemid, torasemid, etakrin turşusu, hidroxlorotiazid, xlortalidon, indapamid;
- immun sistemi zəiflədən preparatlar (orqanların transplantasiyası əməliyyatlarından sonra və ya atopik dermatitin müalicəsi üçün istifadə olunan immunodepressantlar adlandırılan preparatlar);
- azidotimidin (AZT, İİV infeksiyasının müalicəsi üçün preparat).
Hamiləlik və laktasiya dövründə istifadəsi
Göstərilən preparatın istifadəsinə başlamazdan əvvəl, pasiyent hamilə olması və ya körpəsini ana südü ilə qidalandırması və ya hamiləliyini ehtimal etməsi və ya hamiləliyinin planlaşdırılması barədə həkimlə və ya əczaçı ilə məsləhətləşməlidir.
Bu preparatın istifadəsi həkim tərəfindən tövsiyə olunan hallar istisna olmaqla, Qroprinosin preparatını hamiləlik və ya laktasiya dövründə istifadə etmək olmaz. Həkim preparatın istifadə faydasının ehtimal edilən riskdən nə dərəcədə üstün olduğunu qiymətləndirməlidir.
Pediatriyada istifadəsi
3 yaşdan yuxarı uşaqlarda istifadə edilir. 6 yaşdan aşağı uşaqlarda və tableti uda bilməyən pasiyentlər üçün tableti xırdalamaq və az miqdar suda həll etmək lazımdır.
Yaşlı pasiyentlərdə istifadəsi
Preparatın dozasını dəyişdirməyə ehtiyac yoxdur, preparat orta yaşlı böyük pasiyentlərdə olduğu kimi istifadə edilir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Qroprinosinin nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri az ehtimal edilir.
İstifadə qaydası və dozası
Preparatı hər zaman həkim tövsiyələrinə ciddi riayət edərək, qəbul etmək lazımdır. İstənilən şübhə meydana çıxdıqda, həkimlə və ya əczaçı ilə məsləhətləşmək lazımdır.
Preparatı daxilə, yaxşı olar ki, yeməkdən sonra bərabər zaman intervalları ilə sutkada 3-4 dəfə qəbul etmək lazımdır. Tableti çeynəmək, xırdalamaq və/və ya istifadə etməzdən bilavasitə əvvəl az miqdar suda həll etmək (6 yaşdan kiçik uşaqlarda aspirasiyadan çəkinmək məqsədi ilə) olar. Nozologiyadan, prosesin ağırlıq dərəcəsindən və residivlərin tezliyindən asılı olaraq, müalicənin müddəti fərdi müəyyən olunur. Orta hesabla müalicənin müddəti 5-14 gün təşkil edir. Simptomların şiddəti aşağı düşdükdən sonra müalicəni daha 1-2 gün müddətində davam etdirmək lazımdır. Adətən sutkalıq doza sutkada 6 tablet (3 q) (məsələn, sutkada 3 dəfə 2 tablet) təşkil edir. Maksimal sutkalıq doza sutkada 4 q (sutkada 8 tablet) təşkil edir. Ehtiyac olduqda, 7-10-günlük fasilədən sonra müalicə kursunu təkrar etmək olar.
Preparatın istifadəsi üzrə məsləhət görülən dozası və sxemi
- sadə herpes (Herpes Simplex) virusunun törətdiyi dodaq və üz herpesi: böyüklər: sutkada 3-4 dəfə 2 tablet (sutkada 6-8 tablet); uşaqlar: sutkalıq doza 3-4 dəfə qəbul etməklə, 10-14 gün ərzində 50 mq/kq-a hesabı ilə təyin edilir;
- immun sistemi zəifləmiş pasiyentlər (kompleks müalicədə): böyüklər: sutkada 3-4 dəfə 2 tablet, müalicə kursu 2 həftədən 3 aya qədərdir; uşaqlar: sutkalıq doza 50 mq/kq-a hesabı ilə 3-4 dəfə qəbul etməklə, 21 gün ərzində (və ya 7-10 gün müddətində eyni intervallarla 3 kurs) təyin edilir.
3 yaşdan yuxarı uşaqlar
Məsləhət görülən doza sutkada bədən çəkisinə görə 50 mq/kq təşkil edir. Tabletin üzərindəki xətt iki bərabər dozaya bölmək üçün deyil, yalnız tablet və udmanı asanlaşdırmaq üçün nəzərdə tutulub, bu səbəbə görə 20 kq-a qədər bədən çəkisi olan uşaqların müalicəsi üçün başqa preparatdan istifadə etmək lazımdır.
Qroprinosin preparatının istifadəsi unudulduqda
Preparatın istifadəsi unudulduqda, növbəti dozanın istifadə vaxtının çatdığı hallar istisna olmaqla, tələb olunan dozanı dərhal qəbul etmək lazımdır. Preparatın ötürülən dozasını kompensasiya etmək məqsədilə ikiqat dozanı qəbul etmək olmaz.
Qroprinosin preparatının istifadəsinin dayandırılması
Pasiyent Qroprinosinin istifadəsini dayandırdıqda, gözlənilən terapeftik effekt əldə olunmaya bilər və ya xəstəliyin simptomları güclənə bilər.
Preparatın istifadəsilə əlaqədar əlavə suallar yarandıqda, həkimə və ya əczaçıya müraciət etmək lazımdır.
Əlavə təsirləri
Bütün dərman vasitələri kimi göstərilən dərman vasitəsi də əlavə təsirlərin meydana çıxmasına səbəb ola bilər, lakin bu hallar hamıda təzahür etmir.
Hər bir preparat allergik reaksiyaya səbəb ola bilər, buna baxmayaraq, Qroprinosinə qarşı ifadəolunmuş allergik reaksiyalar nadir hallarda inkişaf edir.
Pasiyentdə aşağıda göstərilən simptomlar yarandıqda, dərhal həkimə məlumat vermək lazımdır: - qəflətən baş verən xırıltı;
- tənəffüsün çətinləşməsi;
- göz qapaqlarının, üzün, dodaqların ödemi;
- səpgi və ya qaşınma (xüsusilə, bütün bədəndə yarandığı halda).
Aşağıdakı əlavə təsirlər qeyd edilmişdir.
Çox tez-tez (10 pasiyentdən 1-də müşahidə oluna bilər):
- qanda və ya sidikdə sidik turşusunun konsentrasiyasının yüksəlməsi.
Tez-tez (100 pasiyentdən 1-10-da müşahidə oluna bilər):
- qanda sidik cövhərinin konsentrasiyasının tranzitor yüksəlməsi;
- qanda qaraciyər fermentlərinin fəaliyyətinin yüksəlməsi;
- qusma ilə müşayiət olunan və ya qusmasız ürəkbulanma;
- qarın nahiyəsində diskomfort;
- dəri qaşınması;
- dəri səpgisi (yeganə simptom kimi);
- başağrı;
- başgicəllənmə;
- yorğunluq və ya süstlük;
- oynaqlarda ağrı.
Bəzən (1000 pasiyentdən 1-10-da müşahidə oluna bilər):
- diareya;
- qəbizlik;
- əsəbilik:
- yuxululuq və ya yuxuya getmənin çətinləşməsi;
- sidik həcminin artması.
Məlum deyil (mövcud məlumatlar əsasında başvermə tezliyini müəyyən etmək mümkün deyil):
- epiqastriyada ağrı;
- üzün, dodaqların, göz qapaqlarının və qırtlağın ödemi (angionevrotik ödem);
- övrə, bütün bədəndə ağır allergik reaksiyalar (anafilaktik reaksiya, anafilaktik şok);
- başgicəllənmə;
- dərinin qızarması.
Əlavə təsirlərr barədə məlumatın verilməsi
Dərman vasitəsinin qeydiyyatından sonra əldə edilən ehtimal olunan əlavə təsirlər barədə məlumatların mühüm əhəmiyyəti vardır. Bu, fayda/risk nisbətinin monitorinqini davam etdirilməsinə imkan verir. Tibb işçiləri, milli hesabat sistemindən istifadə edərək ehtimal edilən arzuolunmayan reaksiyalar barədə məlumat verməlidirlər.
Doza həddinin aşılması
Hazırkı dövrə qədər preparatın doza həddinin aşılması qeyd edilməyib. Pasiyent əmin olmadığı halda dərhal həkimə müraciət etməlidir.
Buraxılış forması
10 tablet, alüminium folqalı və PVX/PE/PVDX örtüklü blisterdə. 2 və ya 5 blister, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
Saxlanma şəraiti
25° C-dən yuxarı olmayan temperaturda və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Dərman preparatlarını çirkab sularına və ya məişət tullantılarına atmaq olmaz. İstifadəsi sona çatan dərman preparatının qalıqlarının ləğv olunması barədə məlumatı əczaçı ilə dəqiqləşdirmək lazımdır. Bu tədbirlər ətraf mühitin qorunmasına yönəldilir.
Yararlılıq müddəti
3 il.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Resept əsasında buraxılır.
İstehsalçı və qablaşdırıcı
«Gedeon Richter Poland» MMC
Polşa 05-825, Qrodzisk Mazovetskiy, K. Yu. Ponyatovskiy k. 5.
İstehsalçının və ərizəçinin maraqlarını təmsil edən şirkət
“Gedeon Richter” ASC
1103 Budapeşt, Demrei küç., 19-21, Macarıstan.
Qaynar xəttin telefonu (zəng ödənişsizdir): 7-800-555-00777.
Elektron ünvan: [email protected]
Groprinosin tabletka nə üçündür?
- Qrip zamanı istifadə olunan dərmanlar
- Virus infeksiyası zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






