Pulmolor sprey

Pulmolor sprey angina, faringit, laringit zamanı, ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan preparatdır.

Aug 4, 2024 - 18:22
Aug 4, 2024 - 18:34
 0
Pulmolor sprey
Pulmolor sprey

Pulmolor sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Pulmolor sprey qiyməti

Pulmolor sprey qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Pulmolor sprey qiyməti 8 azn - 10 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Pulmolor qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

  • Kəklikotu otunun ekstraktı (Thymus serpyllum) ---------- 12.5 mq
  • Mixək tumurcuğunun ekstraktı (Syzygium aromaticum) - 6.25 mq
  • Darçın qabığının ekstraktı (Cinnamomum zeylanicum) --- 3.0 mq
  • Propolis ----------------------------------------------------------- 2 mq
  • Etil spirti ---------------------------------------------------------- 20%
  • Qliserin ------------------------------------------------------------ 10 q

Xüsusiyyətləri

Kəklikotu otunun ekstraktı – antibakterial, iltihab əleyhinə, spazmolitik, qızdırmasalıcı təsir göstərir, selikli qişaların regenerasiyasını sürətləndirir.

Mixək tumurcuğunun ekstraktı – bakterisid, göbələk əleyhinə, ağrıkəsici, spazmolitik təsir göstərir, ağız boşluğu və boğazda olan yaraların sağalmasını sürətləndirir.

Darçın qabığının ekstraktı – iltihab əleyhinə təsir edir, ağız boşluğu və boğazda olan qızartı, şişkinlik və ağrını azaldır. Antibakterial və antivirus təsir xüsusiyyətlərinə malikdir.

Propolis – selikli qişalarda olan ağrı reseptorlarını blokada edir, ağrıkəsici və anestetik təsir göstərir, bakterisid, virus əleyhinə, iltihab əleyhinə və ümumi tonuslandırıcı effekt verir.

Qliserin – ağız boşluğu və udlağın selikli qişalarında olan iltihabi ərpi yumşaldır, quruluğun qarşısını alır.

Etil spirti – antiseptik, büzücü təsir göstərir, selikli qişalara düşən mikroorqanizmlərin çoxalmasının qarşısını alır.

Pulmolor sprey - Yuxarı tənəffüs yolları və ağız boşluğunun selikli qişasına antibakterial, antivirus, göbələk əleyhinə təsir göstərir, ağrı, qızartı, şişkinlik kimi iltihab əlamətlərini aradan qaldırır. Selikli qişaların yerli baryer funksiyasını gücləndirir. Qızdırmasalıcı, spazmolitik, regenerasiyaedici təsir göstərərək yaraların sağalmasını sürətləndirir.

İstifadə qaydası

  • 2-12 yaşlı uşaqlara gündə 3-4 dəfə 1-2 püskürtmə
  • 12 yaşdan yuxarı və böyüklərə gündə 3-4 dəfə 2-4 püskürtmə yeməkdən sonra istifadə olunur

Göstərişləri

  • Kəskin və xroniki tonzillit
  • Faringit, laringit
  • Qinqivit
  • Qlossit
  • Parodontoz
  • Kataral, aftoz və xoralı stomatitlər
  • Ağız boşluğunun göbələk xəstəlikləri
  • Ağız boşluğu və boğazın gigiyenası

Pulmolor sprey nə üçündür?

  1. Angina, faringit, laringit zamanı istifadə olunan dərmanlar
  2. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow