Bronxolitin sirop istifadə qaydası necədir?

Bronxolitin sirop - Öskürək zamanı, yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan preparatdır.

Sep 14, 2024 - 08:51
Sep 14, 2024 - 08:52
 0
Bronxolitin sirop istifadə qaydası necədir?
Bronxolitin sirop

Bronxolitin sirop haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bronxolitin sirop qiyməti

Bronxolitin qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bronxolitin sirop qiyməti 4 azn - 6 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bronxolitin şərbət qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.


BRONXOLİTİN 5,75 mq/5 ml; 4,6 mg/5 ml şərbət BRONCHOLYTIN

Beynəlxalq patentləşdirilməmiş adı: Glaucine hydrobromide/Ephedrine hydrochloride

Tərkibi

Təsiredici maddələr. 5 ml şərbətin tərkibində 5,75 mq qlausin hidrobromid (glaucine hydrobromide) və 4,6 mq efedrin hidroxlorid (ephedrine hydro- chloride) vardır.
Köməkçi maddələr. etanol 1,7 həcm%, saxaroza, metilparahidroksibenzoat (E218), propilparahidroksibenzoat (E216), reyhan yağı, polisorbat, limon turşusu monohidrat, təmizlənmiş su.

Təsviri

Şirin dadlı, spesifik reyhan ətirli sarı-qəhvəyi mayedir.

Farmakoloji xüsusiyyətləri

Bronxolitin şərbət kombinəolunmuş dərman vasitəsi olub, öskürəyi dayandırır, bronxları genişləndirir və tənəffüs yollarında bəlğəmi durulaşdırır. Həmçinin zəif bronxoantiseptik təsirə də malikdir.
ATC kodu: R05DB20.

İstifadəsinə göstərişlər

Tənəffüs yollarının iltihabi xəstəliklərinin kompleks müalicəsində istifadə olunur.

Əks göstərişlər

  • Təsiredici maddələrə və ya Bronxolitinin digər komponentlərindən har hansı birinə qarşı allergiya (yüksək həssaslıq).
  • Ürəyin işemik xəstəliyi; yüksək qan təzyiqi; ürəyin dekompensaolunmuş ağır üzvi xəstəlikləri; qalxanabənzər vəzi funksiyasının yüksəlməsi (tireotoksikoz); feoxromositoma; gözdaxili təzyiqin yüksəlməsi (qlaukoma); sidiyin lengiməsi ilə prostat vəzinin böyüməsi; yuxusuzluq.
  • 3 yaşdan kiçik uşaqlar.
  • Hamilelik (birinci 3 ay) və ya laktasiya dövrü.

Xüsusi göstərişlər və ehtiyat tədbirləri

  • Əgər Sizdə ürək xəstəliyi, ürək ritminin pozulması və ya stenokardiya varsa, Bronxolitin ile müalicəyə başlamazdan əvvəl həkimlə məsləhətləşin.
  • İdmançılar bilməlidirlər ki, dərman vasitəsinin tərkibində efedrin olduğu üçün müsbət dopinq sınağının alınması mümkündür.
  • Mərkəzi sinir sisteminə zəif stimulǝedici təsir göstərdiyindən və yuxunun pozulması mümkün olduğundan Bronxolitin şərbətini saat 16-dan sonra qəbul etmək məsləhət deyil.
  • Dərman asılılığının yaranmasına meyilli xəstələr ehtiyatla qəbul etməlidirlər.

Bronxolitinin bəzi tərkib hissələri barədə vacib məlumat

Bronxolitinin tərkibində 1,7 hacm%-i etanol (alkoqol) vardır. 5 ml şərbətin tərkibindəki 69 mq-a qədər alkoqol vardır ki, bu da alkoqolizmdən əziyyət çəkənlər üçün zərərlidir. Hamilə və südəmər uşağı olan qadınlarda, uşaqlarda və qaraciyər xəstəlikləri və ya epilepsiyası olan yüksək risk qrupuna daxil olan xəstələrdə istifadə zamanı alkoqolun olmasını nəzərə almaq lazımdır.
Dərman vasitəsinin tərkibində 43,75 q saxaroza vardır. Dozalanmaya müvafiq olaraq istifadə zamanı, her 5 ml doza ilə orqanizmə 2 q saxaroza daxil olur.
Həkiminiz Sizdə bəzi şəkərlərə qarşı dözümsüzlüyün olduğunu bildirmişdirsə, Bronxolitin şərbətinin qəbulundan əvvəl onunla məsləhətləşin.
Preparatın tərkibində olan metil- və propilparahidroksibenzoat allergik reaksiyalar törədə bilər (lang gedişli olması mümkündür).

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri

Əgər Siz reseptsiz buraxılan dərman vasitələri də daxil olmaqla digər derman vasitesi qəbul edirsinizsə və ya yaxın keçmişdə qəbul etmisinizsə, həkiminizi və ya azcaçınızı bu barədə məlumatlandırın.
Ürəyin işini gücləndirən (ürək qlikozidləri) dərman vasitələri, xinidin, ümumi anestetiklərlə (halotan), depressiya əleyhinə dərman vasitələri ilə (trisiklik antidepressantlar, MAO inhibitorları), həmçinin tonuslaşdırıcı içkilər (kofe, çay, koka-kola) daxil olmaqla sinir sistemi stimulyatorları ilə eyni vaxtda qəbul edilməsi ürək ritminin pozulması və ya qan təzyiqinin yüksəlməsi riskini artırır. Əgər Siz depressiyanın müalicəsi üçün dərman vasitələri (MAO inhibitorları) qəbul etmisinizsə, onların qəbulunun kəsilməsindən 2 həftə sonra Bronxolitin şərbəti ilə müalicəni başlaya bilərsiniz.
Migrenin müalicəsi üçün ergoalkaloidlər və ya oksitosin tərkibli dərman vasitələrinin eyni vaxtda istifadəsi zamanı da oxşar təsirlər müşahidə etmək olar.
Beta-blokatorlar (propranolol, atenolol, metoprolol) ilə eyni vaxtda qəbulu zamanı şərbətin bronxolitik təsiri azalır.
Bronxolitin va peroral diabetəleyhinə dərman vasitələri ilə birgə müalicə zamanı onların hipoqlikemik təsirlərinin (qanda şəkərin səviyyəsinin azalması) azalması mümkündür.

Hamiləlik və laktasiya dövründə istifadəsi

Hər hansı dərman vasitəsinin istifadəsindən əvvəl məsləhət üçün həkiminizə və ya əczaçınıza müraciet edin.
Hamiləliyin birinci üç ayında və laktasiya dövründə Bronxolitin şərbətinin istifadəsi əks göstərişdir.

Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri

Bronxolitin şərbətinin tərkibində efedrin vardır, bu isə göz bəbəklərinin genişlənməsinə səbəb ola və nəqliyyat vasitələrinin idarə olunmasına mənfi təsir göstərə bilər.

İstifadə qaydası və dozası

Hər zaman Bronxolitini bu içlik-vərəqədə tövsiyə edilən qaydada qəbul edin. Əgər Siz nəyəsə əmin deyilsinizsə, həkiminizdən və ya əczaçıdan soruşun. Şərbəti daxilə, yeməkdən sonra qəbul edin. Adi doza böyüklər və 10 yaşdan yuxarı uşaqlar üçün gündə 3-4 dəfə 10 ml, 3 yaşdan 10 yaşa qədər uşaqlar üçün gündə 3 dəfə 5 ml təşkil edir.
Müalicə müddəti: 5-7 gündür.
Əgər simptomlar 5 gündən sonra davam edərsə və ya Sizin vəziyyətiniz pisləşərsə, həkiminizə müraciət edin!

Əgər Siz Bronxolitin qəbulunu unutmusunuzsa
Əgər Siz bir dozanın qəbulunu unutmusunuzsa, onu mümkün qədər tez qəbul edin. Əgər növbəti dozanın qəbul vaxtı yaxınlaşıbsa, onu adi qaydada, unudulmuş dozanı buraxaraq qəbul edin. Buraxılan dozanın kompensasiyası üçün ikiqat dozadan istifadə etməyin.
Əgər Sizin bu dərman vasitəsinin qəbulu ilə bağlı hər-hansı əlavə suallarınız varsa, xahiş olunur həkiminizə və ya əczaçıya müraciət edəsiniz.

Əlavə təsirləri

Bütün dərman vasitələri kimi, Bronxolitin əlavə təsirlər yarada bilər, baxmayaraq ki, onlar hamıda tesadüf olunmur.
Şərbət ilə müalicə zamanı iştahanın itməsi, ürəkbulanma, qusma, güclü qəbizlik, allergik səpgi, qaşınma, tər ifrazının artması, başgicəllənmə, titrəmə, gərginlik, yuxusuzluq, ürək döyüntülərinin tezləşməsi, qan təzyiqinin yüksəlməsi, görmənin pozulması, prostat vəzin böyüməsi olan xəstələrdə sidiyǝgetmənin çətinləşməsi və ya sidiyin ləngiməsi, vərdişolma müşahidə edilə bilər,
Başvermə tezliyi dəqiq məlum olmadığına baxmayaraq, bəzi şəxslərdə döş qəfəsində ağrının yaranması mümkündür (stenokardiya kimi ürək pozulmaları nəticəsində). Belə halda həkimlə məsləhətləşin.
Əgər Bronxolitin ilə müalicə zamanı bu simptomlardan bəziləri yaranıbsa, hekiminizi məlumatlandırın, lakin müalicə həkiminizin məsləhəti və fikri olmadan dərman vasitəsinin istifadəsini dayandırmayın.
Əgər əlavə təsirlərdən hər-hansı biri ciddiləşərsə və ya bu içlik-vərəqədə tesvir edilməyən digər əlavə təsirlər qeyd edilərsə, bu barədə həkiminizə və ya əczaçıya məlumat vermeniz xahiş olunur.

Doza həddinin aşılması

İçlik-vərəqədə göstərilen dozadan artıq dozada qəbul etmisinizsə, Sizdə sinir oyanıqlığı, etrafların titrəməsi, ter ifrazının artması, sidiyəgetmənin çətinləşməsi, ürəkbulanma, yuxusuzluq, bəzi hallarda əzginlik və yuxululuq baş vere biler. Təcili olaraq müalicə həkiminizə müraciet edin.

Buraxılış forması

125 q şərbət, aluminium və ya polietilen qapaqlı tünd şüşə flakonda və ya polietilentereftalatdan hazırlanmış polietilen qapaqlı tünd flakonda. 1 flakon Ölçü stəkanı və içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

Saxlanma şəraiti

25°C-dən yüksək olmayan temperaturda, orijinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Flakonun açılmasından sonra şərbəti 1 (bir) aya qədər istifadə etmək olar. Dərman vasitələrini kanalizasiyaya və ya məişət tullantıları üçün konteynerlərə atmaq olmaz. Sizə lazım olmayan dərman vasitələrinin məhv edilməsi barədə əczaçıdan soruşun. Bu tədbirlər ətraf mühitin qorunmasına xidmət edir.

Yararlılıq müddəti

Yararlılıq müddəti qablaşdırıldığı qutunun üzərində göstərilmişdir.
Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti

Reseptsiz buraxılır.

İstehsalçı/Lisenziya sahibi abs mihi estas plaxony
SC SOFARMA.
İlienskoye şosse küç. 16, 1220 Sofiya, Bolqarıstan.

Bronxolitin sirop nə üçündür?

  1. Yuxarı tənəffüs yollarının digər xəstəliklərində istifadə olunan dərmanlar
  2. Öskürək əleyhinə dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow