Daktazol

Daktazol ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan preparatdır.

Jul 16, 2024 - 09:07
Jul 17, 2024 - 18:50
 0
Daktazol
Daktazol

Daktazol haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Daktazol qiyməti

Daktazol qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Daktazol qiyməti 16 azn - 19 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Daktazol gel qiyməti -ni öyrənərək əldə edəsiniz.

Daktazol tərkibi

  • Maltodekstrin
  • Sarağan ekstaktı
  • Xlorheksidin biqlükonat
  • Şirin biyan kökü ekstraktı

Farmakoloji təsiri

Daktazol nə üçündür?

  • Antibakterial
  • Ağrıkəsici
  • İltihab əleyhinə

İstehsalçı ölkə

Bolqarıstan

Aid olduğu kateqoriyalar

  1. Ağız boşluğu üçün gellər
  2. Ağız boşluğu xəstəlikləri zamanı istifadə olunan dərmanlar

Daktazol təsirləri 

1. Qoruyucu təsir Maltodekstrin və Sarağan ekstraktı Bu iki inqridiyentin hesabına qoruyucu təbəqə - zülal aşılayıcı qat formalaşdırır və mexaniki və ağrı faktoruna qarşı baryer funksiyası daşıyır.

2. Ağrı və iltihab əleyhinə təsir Maltodekstrin və biyan ekstraktı Maltodekstinat qoruyucu membran qatı əmələ gətirərək, ağrı və iltihab aradan qaldırır, Biyan ekstraktı iltihabla əlaqədar meydana gəlmiş ödem və ağrının qarşısını alır.

3. Bərpaedici təsir Maltodekstrin, Murdarçayabənzər çaytikanı ekstraktı, hialuron turşusu Murdarçayabənzər çaytikanı ekstraktının tərkibində bir çox vitaminlər (A, B, C, K, P) və bitki yağı vardır ki, bu da nəmləndirici və bərpaedici təsir göstərir. Hiularon turşusu selikli qişanın tez bir zamanda bərpa olunmasında mühüm rol oynayır. Malodekstrin qranulasion toxumanın və proliferativ epitelin əmələ gəlməsini sürətləndirir.

4. Patogen flora ilə mübarizə Xlorheksidin biqlükonat, Şirinbiyan kökü ekstraktı, Sarağan ekstraktı Xlorheksidin biqlükonat geniş təsir spektrə malki antiseptik olub, ağız boşluğunun səthindən sorularaq aktiv inqridiyentləri xaric edir və antibakterial müdafiyəni təmin edir. Xlorheksidin biqlükonat patogen bakterial floranın inkişafını tormozlayır, ağız boşluğunda iltihabi prosesləri ləngidir. Şirinbiyan kökü ekstraktının virusların DNT və RNT-nə təsir göstərdiyi təcrübələrlə sübut edilmişdir. Herpes virusunun DNT-i ağız yaralarının əsas səbəbi hesab edilir. Ekstraktın tərkibindəki qlisirrizin turşusu interferonun əmələ gəlməsini sürətləndirir və virusun hüceyrəyə keçməsinin qarşısını alır. Sarağan ekstraktının tərkibindəki taninlər (qalotaninlər) törədicinin protoplazmasını məhv etmək gücünə malikdir.

Daktazol istifadə qaydası və dozası

1-2 ml sutkada 4 dəfə yeməkdən 1 saat əvvəl təyin olunur. Gel yara səthinə yaranı tam örtənə qədər çəkilir. Preparatın dozası və müddətini müalicə həkimi xəstəliyin ağırlıq dərəcəsindən və klinik gedişindən aslı olaraq təyin edir. İstifadə olunacaq gelin miqdarı selikli qişada yaranın sahəsindən və dərinliyindən asılıdır. Geli dərhal udmaq məsləhət görülmür, iki-üç dəqiqə müddətində yara üzərində qoruyucu təbəqə əmələ gəlməsini gözləmək lazımdır. Müalicə xəstəliyin simptomları itdikdən sonra 3 gün davam etdirilir.

DAKTAZOL oral gel bütün növ stomatololji yaralarda, aftoz yaralarda, ağızın selikli qişasında xora, travma, cərrahi müdaxilədən sonra istifadə olunur, yara səthində qoruyucu təbəqə yaradaraq ağrını əmələ gətirən faktorları aradan qaldırır. DAKTAZOL oral gelin tərkibindəki komponentlər arğı, iltihab və ödem əleyhinə təsir göstərir selikli qişanın tamlığını bərpa edir.

Üstünlükləri

• Dərhal ağrıkəsici effektin olması

• Bütün növ ağız yaralarında istifadə olunması

• Pediatrik praktikada istifadəsi (yenidoğulmuşlara)

• Tam təbii olması

• Ağızda qoruyucu təbəqə yaratması

Göstərişlər

Pediatrik: Aftoz yaralar (süd yaraları)

Stomatoloji: Preparat ağız boşluğu xoralarında, aftoz stomatitdə, diş çəkilməsindən sonra, stomatoloji protezlər və stomatoloji korset yararı, stomatoloji travmalar.

Buraxılış forması: Tubikdə 20qr gel.

İstehsalçı: FORTEX Bolqarıstan, Sofiya


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow