Serimag forte nə üçündür?

Serimag forte nə üçündür? - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, beyin qan dövranı pozğunluğunda, nevralgiyalarda istifadə olunan preparatdır.

Sep 28, 2024 - 08:28
Sep 28, 2024 - 08:26
 0
Serimag forte nə üçündür?
Serimag forte

Serimag forte haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Serimag forte qiyməti

Serimag forte qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Cerimag forte qiyməti 29 azn - 32 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Serimaq qiyməti -ni öyrənərək əldə edəsiniz.

BİOLOJİ FƏALLIĞA MALİK QİDA ƏLAVƏSİ

TƏRKİBİ:

Hər həbin tərkibində:

  • QAYT (Gamma-amino-butyric acid - GABA)                150 mq
  • Qlütamin (Glutamine)                                                      120 mq
  • Ginkqo biloba (Ginkgo biloba d.e. 3%)                           80 mq
  • Vitamin B6 (Vitamin B6)                                                 5 mq
  • Maqnezium laktat (Magnesium lactate)                          231 mq (Mg 21.9 mq)

Köməkçi maddələr: mikrokristalik selluloza, bitki mənşəli maqnezium stearat, silisium.

XÜSUSİYYƏTLƏRİ

QAYT. MSS-də oyanma və tormozlanma proseslərini tənzimləməklə, normal psixo-emosional vəziyyəti bərpa edir. Neyronlara membranstabilləşdirici təsir edir, bioenergetik və metabolik prosesləri yaxşılaşdırmaqla nootrop təsir göstərir. Həmçinin hipoksiyaəleyhinə və qıcolmaəleyhinə effektə malikdir.

Qlutamin. Beyin hüceyrələrini zədələnmədən mühafizə edir, membranoprotektor təsiri göstərir, sinir toxumasının strukturunu bərpa edir, beyin hüceyrələrinin metabolizmini yaxşılaşdırır. QAYT -un miqdarını artırır, baş beyində yüksək metabolik aktivlikli neyromediator rolunu oynayır, oksidləşmə-bərpa prosseslərini, zülal mübadiləsini stimulə edir.

Ginkqo biloba. Damar spazmını aradan qaldırmaqla beyində mikrosirkulyasiyanı yaxşılaşdırır. Yaş dövrü ilə əlaqəli olan yaddaş, eşitmə və görmə qabiliyyəti, nitqi və hərəki funksiyaların pozğunluqlarını aradan qaldırır;  damarların elastikliyini və möhkəmliyini bərpa edir, trombositlərin aqreqasiyasının qarşısını alır, sinir hüceyrələrinin maddələr mübadiləsini və oksigenlə təchizatını təmin edir, ürək əzələsinin qidalanmasını yaxşılaşdırır, sedativ və spazmolitik təsir göstərir.

Piridoksin (Vitamin B6). Maddələr mübadiləsində aktiv iştirak etməklə beyin toxumasında metobolizmi yaxşılaşdırır, qlutamin turşusunun QAYT-a çevrilməsində iştrak edir, QAYT-un endogen sintezini aktivləşdirir. Sinir sistemində neyromediatorların sintezini stimullaşdırır. Əqli və fiziki əmək qabiliyyətini artıır, yaddaşı və əhval-ruhiyəni yaxşılaşdırır.

Maqnezium hüceyrələrin həyati vacib elementi kimi maddələr mübadiləsinin bir sıra reaksiyalarında iştirak edir. Sinir impulslarının otürülməsində, zülalların sintezində iştirak edir. Sinir sisteminin oyanıqlığını azaldaraq və baş beyin qabığında tormozlanma proseslərini gücləndirərək sakitləşdirici təsir gostərir. Maqnezium defisiti orqanizmdə tremor, tetaniya, ataksiya, yüksək reflektor oyanıqlıq, yuxu pozğunluğu, ürək ritmi pozğunluğu, mədə-bağırsaq traktının motorikasının pozğunluğu və diareya kimi patologiyaların əmələ gəlməsinə səbəb olur.

İSTİFADƏSİNƏ DAİR TÖVSİYƏ

Aşağdakı halların kompleks müalicəsində köməkçi vasitə kimi istifadə olunur.

·           Dissirkulyator ensefalopatiyalar (insultun fəsadları, baş-beyin travmaları, yaşlanma dövrü), yaddaş və diqqətin pozulması, intelektual qabiliyyətin zəifləməsi, həyacanlanma, qorxu;

·           Parkinson və Alsheymer xəstəliyi, demensiya, yuxu pozğunluğu, epilepsiya;

·           Baş beyinin travması zamanı yaranan astenik, psixogen, nevrotik hallar;

·           Diqqət və yaddaşın artırılması məqsədi ilə;

·           Neyrosensor pozğunluqlar (başgicələnmə, qulaq küyləri, hipoakuziya).

İSTİFADƏ QAYDASI VƏ DOZALANMA

Böyüklərə və 14 yaşdan yuxarı uşaqlara 1 həb gündə bir dəfə.

ƏLAVƏ TƏSİRLƏR

Nadir hallarda dispeptik pozğunluqlar, başgicələnmə, allergik reaksiyalar.

ƏKS GÖSTƏRİŞLƏR

Tərkibinə daxil olan hər hansı bir komponentə qarşı yüksək həssaslıq, mədə və 12-barmaq bağırsaq xora xəstəliyinin kəskin dövrü, eroziv qastrit, beyin qan dövranının kəskin pozğunluğu, kəskin miokard infarktı.

EHTİYYAT TƏDBİRLƏRİ

Xəstəliklərin müalicəsi məqsədi ilə istifadə edilə bilməz. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Uşaqların əli çatmayan yerdə saxlayın.

SAXLANMA ŞƏRAİTİ

Quru, günəş şualarından və istilik mənbələrindən uzaq saxlanılmalıdır.

BURAXILIŞ FORMASI

Tablet №30.

DƏRMAN VASİTƏSİ DEYİL

İSTEHSALÇI

Gricar Chemical S.r.l.

Via San Giuseppe 18/20

Brugherio (MB)

İtaliya

Serimag forte nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Beyin qan dövranı pozğunluğunda istifadə olunan dərmanlar
  4. Nevralgiyalarda istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow