ANUZOL
ANUZOL Babasiləleyhinə kombinəolunmuş vasitədir. Daha ətrafli məlumat üçün səhifəyə daxil olun

ANUZOL Eyniləşdirmə və təsnifat
Dərman forması
Rektal suppozitoriyalar
- ANUZOL Eyniləşdirmə və təsnifat
- Dərman forması
- Buraxılış forması
- ANUZOL Tərkibi
- Təsviri
- Farmakoterapevtik qrupu
- Farmakoloji xüsusiyyətlər
- İstifadəsinə göstərişlər
- ANUZOL Əks göstərişlər
- Hamiləlik və laktasiya dövründə istifadəsi
- ANUZOL İstifadə qaydası və dozası
- Əlavə təsirləri
- Xüsusi qeydlər
- Saxlanma şəraiti
- Yararlılıq müddəti
- Aptekdən buraxılma şərti
- İstehsalçı
Buraxılış forması
Rektal suppozitoriyalar.
5 suppozitoria, polietilenlə laminasiya edilmiş polivinilxlorid örtüklü konturlu-yuvalı qablaşdırmada. 2 konturlu-yuvalı qablaşdırma, içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.
ANUZOL Tərkibi
- Təsiredici maddələr:1 suppozitoriyanın tərkibində 20 mq xanımotu yarpaqlarının qatı ekstraktı (1,5%-0,3 mq hiossiamin hesabı ilə alkaloidlərin ümumi miqdarı), 100 mq tribromfenolyat bismuth və bismuth oksid kompleksi (kseroform), 50 mq sink sulfat heptahidrat vardır.
- Köməkçi maddələr: qliserol, təmizlənmiş su, distilləedilmiş monoqliseridlər, bərk piy (Vitepsol (H 15, W 35 nişanlı), Supposir (NQ 15, NAS 50 nişanlı)).
Təsviri
Torpedoyabənzər formalı, yaşılımtıl-sarı və ya yaşılımtıl-qəhvəyi rəngli və ya açıq qəhvəyi rəngli, xarakterik qoxulu suppozitoriyalardır. Suppozotoriyanın səthində ağ rəngli ərpin və kəsildikdə, hava boşluğunun və qıfabənzər dərinliyin olması yolveriləndir.
Farmakoterapevtik qrupu
Babasiləleyhinə vasitə.
Farmakoloji xüsusiyyətlər
Babasiləleyhinə kombinəolunmuş vasitədir. Anuzol preparatı spazmaolitik, iltihabəleyhinə, antiseptik, ağrıkəsici, yerli iltihabəleyhinə, büzücü və quruducu təsirə malikdir.
İstifadəsinə göstərişlər
Babasil, arxa keçəcəyin çatları.
ANUZOL Əks göstərişlər
Hiperhəssaslıq, dekompensasiya mərhələsində ürək çatışmazlığı, taxiaritmiya, miasteniya, bağırsağın atoniyası, bağlıbucaqlı qlaukoma, sidik axınının pozulması ilə prostat vəzinin hi-pertrofiyası, hamiləlik və laktasiya dövrü, 1 yaşadək uşaqlar.
Hamiləlik və laktasiya dövründə istifadəsi
Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir. Laktasiya dövründə preparatın istifadəsinə ehtiyac olduqda, ana südü ilə qidalandırmanı dayandırmaq lazımdır.
ANUZOL İstifadə qaydası və dozası
Rektal istifadə edilir. Təmizləyici imalədən və ya bağırsağın sərbəst boşalmasından sonra sutkada 1-3 dəfə 1 suppozitoriya təyin edilir. Preparatın maksimal sutkalıq dozası 7 suppozitoriyadır. Müalicə kursunun müddəti 10-14 gün təşkil edir.
Nəqliyyat vasitələrini və digər potensial təhlükəli mexanizmləri idarəetmə qabiliyyətinə təsiri
Müalicə dövründə avtonəqliyyat idarə edərkən və yüksək diqqət, sürətli psixomotor reaksiya və yaxşı görmə tələb edən fəaliyyət növlərilə məşğul olarkən ehtiyatlı olmaq lazımdır.
Əlavə təsirləri
Ağız boşluğunun selikli qişasında quruluq, yanğı hissi, qəbizlik, diareya, taxikardiya, ürəkdöyünmə, midriaz, akkomodasiyanın parezi, başağrı, başgicəllənmə, yuxunun pozulması, yuxululuq, allergik reaksiyalar, arxa keçəcək nahiyəsində yanma hissi. Belə hallarda preparatın istifadəsini dayandırmaq və həkimə müraciət etmək lazımdır.
Xüsusi qeydlər
Ehtiyatla
- Vegetativ neyropatiya, hipertireoz,ürəyin işemik xəstəliyi, xroniki ürək çatışmamazlığı, mitral stenoz, böyrək xəstəlikləri, diafraqmanın qida borusu çıxıntısının yırtığı, reflyuks-ezofaqit, bədən hərarətinin yüksəlməsi (tər vəzilərinin aktivliyinin azalması nəticəsində qızdırmanın və istivurmanın inkişafı mümkündür).
- Xanımotu alkaloidlərinin hematoensefalik baryerdən keçməsinin və MSS-ə təsir göstərən dərman vasitələrilə qarşılıqlı təsirinin mümkünlüyünü nəzərə almaq lazımdır. Terapevtik dozada Xanımotu alkoloidləri MSS-ə mqlayim stimuləedici təsir, yüksək dozalarda oyandırıcı təsir göstərir, toksiki dozalarda tormozlanma və komatoz vəziyyətlə əvəz edilən təşviş, hallüsinasiya mümkündür. Xanımotu ekstraktı suppozitoriyalarının və digər antixolinergik aktivliyə malik preparatlarla eyni vaxtda təyini edilməsindən çəkinmək lazımdır, belə ki, əlavə təsirlərin inkişafı ehtimalı yüksəkdir.
- Xanımotu ekstraktı mədə-bağırsaq traktının hərəki funksiyasının zəifləməsi nəticəsində eyni vaxtda istifadə edilən preparatların və digər vasitələrin sorulma sürətininin azalmasına səbəb olur.
Saxlanma şəraiti
25 °С-dən yüksək olmayan temperaturda, işıqdan qorunan və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.
Yararlılıq müddəti
3 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.
Aptekdən buraxılma şərti
Reseptsiz buraxılır.
İstehsalçı
İstehsalçı/Qeydiyyat vəsiqəsinin sahibi/İradları qəbul edən təşkilat
“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






