İzinos sprey istifadə qaydası necədir?

İzinos sprey - Qrip zamanı, rinit, sinusit zamanı istifadə olunan preparatdır.

Aug 28, 2024 - 12:42
Aug 28, 2024 - 12:43
 0
İzinos sprey istifadə qaydası necədir?
İzinos sprey

İzinos sprey haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

İzinos sprey qiyməti 

İzinos 20 ml qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə İzinos sprey qiyməti 8 azn - 10 azn arasında dəyişir.

Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan İzinos qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Aptekdən buraxılış forması:

Reseptlə satılır

Tərkibi:

20 ml hipertonik dəniz suyu, saf su q.s. 100 ml. Osmotik təzyiqi 21,2‰  NaCl məhluluna uyğundur. Tərkibində konservant və itələyici qaz yoxdur.

 

Farmakoloji təsiri:

Burun selikli qişası nəfəs alınan havanın təmizlənməsinə və nəmləndirilməsinə cavabdehdir. Belə ki, burunun selikli qişası burun boşluğuna daxil olan havanı mikroorqanizmlərdən və allergenlərdən təmizləyir, onu nəmləndirərək və isidərək burun-udlağa ötürür. Lakin xarici qıcıqlandırıcıların yaratdığı reaksiyalar nəticəsində burunun selikli qişası ödemləşir, şişir, onun ifrazatı artır və burunda tıxanma meydana gəlir. İzinos hipertonik okean suyu, burun spreyi burun dəliklərinə püskürtmə şəklində istifadə olunur. Burun selikli qişası mayesinin özlülüyünü (qatılığını) azaldır, reoloji xüsusiyyətlərini artırır, postnazal axıntıya səbəb olmadan burun tutqunluğunu aradan qaldırır, tıxacları yumşaldır. Hipertonik məhlul olması sayəsində bakteriya, virus və allergenlərin selikli qişaya adheziyasına mane olur, immunqlobulinlərin o cümlədən, makrofaqların və digər faqositar hüceyrələrin burun boşluğuna miqrasiyasını sürətləndirərək, yerli immuniteti artırır.  

 

Göstərişləri:

2 yaşdan böyük uşaqlarda və böyüklərdə müxtəlif burun və burunətrafı ciblərin, sinusların infeksion iltihabı, allergik rinitlər, sinusitlər, burun tutqunluğu, burun tıxaclarının aradan qaldırılması, burunun selikli qişasının nəmləndirilməsi.

 

İstifadə qaydası:

Uşaqlarda: gündə 2- 5 dəfə hər burun dəliyinə 1 və ya 2 püskürtmə

Böyüklərdə: gündə 4 - 8 dəfə hər burun dəliyinə 3 və ya 5 püskürtmə istifədə olunur.

İstifadədən əvvəl silkələnməli.

 

Əlavə təsirləri:

Əlavə təsirləri qeydə alınmayıb.

 

Xəbərdarlıq:

  1. Əgər istifadə etdiyiniz digər bir dərman varsa,birgə istifadə etməzdən əvvəl həkiminizlə məsləhətləşin.
  2. Həkiminizin uyğun gördüyü şərtlərlə istifadə edin.
  3. Gözlənilməyən bir təsir görüldüyündə həkiminizə məlumat verin.
  4. Uşaqların əli çatmadığı yerdə, otaq temperaturda saxlayın.
  5. Yararlılıq müddəti bitdikdən sonra istifadə etməyin.
  6. Yalnız apteklərdə satılır.

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

İzinos sprey nə üçündür? 

  1. Qrip zamanı istifadə olunan dərmanlar
  2. Rinit, sinusit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow