Ekstrased tablet nə üçündür?

Ekstrased - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Sep 25, 2024 - 16:59
 0
Ekstrased tablet nə üçündür?
Ekstrased

Ekstrased haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Ekstrased qiyməti

Ekstrased qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Ekstrased qiyməti 21 azn - 24 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Ekstrased tablet qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi: 

Aktiv maddələr:

1 kap/miqdar

Valerian ekstraktı (Valeriana offisinalis)

    75 mq

Passiflora ekstraktı (Passiflora incarnata)

  150 mq

Mayaotu ekstraktı (Humulus lupulus)

    50 mq

Bədrənc ekstraktı (Melissa officinalis)

    100 mq

Maqnezium (Maqnezium citrate)

    256 mq

B6 vitamini (Pyridoxine)

     3 mq

 

Farmakoloji qrupu:

Stress əleyhinə, sakitləşdirici, yuxugətirici.

 

Farmakoloji təsiri:

Extrased unikal bitki tərkibli kombinə olunmuş, orqanizmə ümumi rahatladıcı, tez yuxugətirici və yuxunu yaxşılaşdırıcı preparatdır. İnkarnat passiflorası tərkibindəki karbolin qruplu alkaloidlər və az miqdarda sianofor tipli qlikozidlər hesabına sakitləşdirici və yuxugətirici təsir göstərir.

O, yüksək oyanıqlıqlı nevrastenik vəziyyətlərdə, qıcıqlanmalarda, yuxusuzluq, həmçinin prelimaks dövründə və s. istifadə olunur.

Valerian ekstraktı emosional üzülmə və yüksək sinir oyanıqlığı zamanı effektiv və təhlükəsiz sakitləşdirici təsir göstərən vasitədir.

Mayaotu ekstraktı yuxusuzluqda və yüngül depressiyalarda sakitləşdirici təsir göstərir.

Bədrənc antidepressiv, spazmolitik, immunmoduləedici təsirlərə malik sedativ vasitədir.     Geniş terapevtik təsir spektri tərkibindəki çoxsaylı bioloji aktiv maddələrin (sedativ təsir: sitronellal; spazmolitik təsir: sitronellal və qeraniol; virusəleyhinə, immunmodulyator, antihistamin, antioksidant və antimikrob təsirləri: fenilpropanoidlər) mövcudluğuna əsaslanır.

Maqnezium təbii trankvilizatordur. «Antistress» mineraldır. Beyin metabolizmini yaxşılaşdırır. AT normallaşdırır.

B6 vitamini bir sıra metabolik proseslərdə, o cümlədən, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Həmçinin, mədə-bağırsaq sistemindən maqneziumun sorulmasını və onun hüceyrə yə keçməsini yaxşılşdırır.  

 

Göstərişləri:

  • Yüksək sinir oyanıqlığı və emosional üzülmə;
  • Yuxusuzluq;
  • Stress vəziyyətlər;
  • Psixi və əqli gərginklik periodları;
  • Yüngül depressiyalar;
  • Miqren, sinir gərginliyi ilə əlaqədar baş ağrıları;
  • Qadınlarda klimakterik sindrom;
  • Psixoloji gərginliklə əlaqəli dermatozlar və s.

 

Əks göstərişləri:

Preparatın komponentlərindən hər hansı birinə qarşı fərdi həssaslıq.

 

İstifadə qaydası:

1 - 2 kapsuldan gündə bir dəfə yatmazdan 30 dəq. əvvəl və ya bir kapsuldan gündə 2 dəfə qəbul olunur.

 

Buraxılış forması:

Kapsul №30

 

İstehsalçı:

VEFA İlac San. ve Tic. Ltd. Şti.

Azərbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.

Ekstrased nə üçündür?

  1. Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
  2. Sinir oyanıqlığında istifadə olunan dərmanlar
  3. Neyrosirkulyator distoniya  (NSD)
  4. Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər. 


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow