Kolispas damcı istifadə qaydası necədir?
Kolispas damcı - Köp zamanı, digər həzm pozğunluqları zamanı, ferment çatışmamazlığı zamanı istifadə olunan preparatdır.

Kolispas damcı haqqında məlumat
Kolispas damcı qiyməti
Kolispas qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Kolispas damcı qiyməti 20 azn - 23 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Colispas qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
5 ml siropun tərkibində:
- Simetikon 40 mq
- Şüyüd tumunun yağı (Anethum Graveolens) 2.5 mkl
- Zirə tumunun yağı (Carum carvi) 0.025 mkl
- Darçının efir yağları (Cinnamomum Zeylanicum) 0.015mkl
- Hill tumunun yağı (Eletarria Cardamomum) 0.02mkl
- Mixək gülünün efir yağları (Eugenia Caryophyllata) 0.5mkl
Farmakoloji təsiri:
Simetikon qaz qabarcıqlarını partladaraq vetroqon təsir göstərir.
Şüyüd tumunun yağı (Anethum Graveolens) mədə ağrılarını və qaz qabarcıqlarını aradan qaldırmaqla, iştahanı artırır. Bəzi bakteriyaların böyüməsini ingibə edir (staphylococcus, streptococcus, pseudomonas və Escheria coli). Bitkinin bu cür effektivliyi eyni mikroorqanizmlər tərəfindən törədilən diareya kimi mədə-bağırsaq infeksion xəstəliklərin qabağını almağa kömək edir.
Zirə tumunun yağı (Carum Cravi) MBT-da köpün aradan qaldırılmasını asanlaşdırır. Zirə vetroqonlar sinifinə aid olan bitkilər sinfinə aiddir,onun şirəsi bağırsaq qazları daxil olmaqla qastrointestinal narahatlığı aradan qaldırmağa köməklik edir. Zirə tumunun yağı o qrup bitkilərdəndir ki, bağırsaq spazmlarında istifadə olunur. Əlavə olaraq öyrənilmişdir ki, zirə tumunun yağı antibakterial və larvisidal təsirə malikdir. Eləcə də agrıkəsici, antiseptik, diuretik, göbələkəleyhinə, böyrək xəstəliklərində antiseptik təsirə malikdir eləcə də bəlğəmgətirici, anestetik, parazitəleyhinə, sakitləşdirici təsir göstərir. Əsasən də təbabətdə yenidoğulmuş uşaqlarda sancışəkilli köpün aradan qaldırılmasına köməklik edir.
Darçının efir yağları (Cinnamomum Zeylanicum) darçın bitkisi ürəkbulanma, köpü aradan qaldırmaqla həzmi asanlaşdırır. Bu bitkinin yaglarının tərkibində terpenoid maddəsi tapılmışdır ki, bu da darçının təbabətdə effektli olduğunu sübüt edir. Evgenol və sinamaldehidlər hər iki komponent göbələkəleyhinə güclü təsirə malikdir. Eləcə də antiseptik, vetroqon, stimullaşdırıcı və bürüyücü təsirə malikdir.
Mixək gülünün efir yağları (Eugenia Caryophyllata) bakteriyaları məhv edərkən ağır infeksiyaların və diareyanın, həzm pozğunluqlarını aradan qaldırır. Eləcə də antiseptik, antibakterial, virusəleyhinə, iltihabəleyhinə, analgetik, yuxunu tənzimləyən, sakitləşdirici, qanı durulaşdırır, əqli qabiliyyəti artırır. Həzm pozğunluqlarından: dispepsiya, diareya, qastroenterit, köp, invaziv qurdlar, sürfələr və onun yumurtalarına qarşı, qaraciyərin funksional zəifliyində, qusma hallarında istifadə olunur.
Hill tumunun yağı (Eletarria Cardamomum) köpü, mədə bağırsaq pozğunluqlarını aradan qaldırır, spazməleyhinə, tonusu stimullaşdıran, mədənin funksiyasını aktivləşdirən, vetroqon , bəlğəmgətirici təsirə malikdir.
Göstərişləri:
- Mədə-bağırsaq spazmları;
- Diareya;
- Sancışəkilli köp və qaz qabarcıqları zamanı;
- Meterorizm;
- Ürəkbulanma, qusma hallarında.
Əlavə təsirləri:
Tərkibində olan komponentlərə qarşı yüksək həssaslıq.
Dıgər dərman vasitələri ilə qarşılıqlı təsiri:
Müəyyən olunmayıb.
İstifadə qaydası:
- 0 - 2 ay: 2,5 ml gündə 3 dəfə
- 2 ay - 1 yaş: 5 ml gündə 3 dəfə
- 1 - 2 yaş arası: 10 ml gündə 3 dəfə
- 2 yaşdan yuxarı: 15 ml gündə 3 dəfə
Buraxılış forması:
Flakon 150 ml
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Kolispas damcı nə üçündür?
- Köp əleyhinə dərmanlar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
- Ferment çatışmamazlığı zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






