Appetit plus sirop nə üçündür? istifadə qaydası necədir?
Appetit plus sirop - Köp zamanı, ishalda, qidalanma pozğunluğu zamanı, metabolik pozulmalar zamanı, immunçatışmazlığı zamanı istifadə olunan preparatdır.

Appetit plus sirop haqqında məlumat
Appetit plus qiyməti
Appetit plus qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Appetit plus sirop qiyməti -ni öyrənərək əldə edə bilərsiniz
Tərkibi:
Hər 5 ml siropda:
- Foeniculum vulgare 25mg
- Embelia ribes 25mq
- Cyperus rotundus 20 mq
- Cuminum cyminum 20 mq
- Piper longum 20 mq
- Trachyspermum ammi 20 mq
Farmakoloji təsiri:
Foeniculum vulgare (Şüyüd ekstraktı) əsasən spazmolitik və vetrogen təsirə malikdir, həzm vəzilərinin sekretor aktivliyini artıraraq həzmi asanlaşdırır. Adətən şüyüd ekstraktı mədə-bağırsaq traktı xəstəlikləri zamanı meteorizm, spazm, bağırsaq sancıları və spastik kolitlərdə istifadə olunur. Eləcə də öd daşaları, böyrək daşaları xəstəliklərində effektlidir.
Embelia ribes (Yalançı qara bibər ekstraktı) onun kökləri və qabığı embelin, tanin, alkaloid, yağ komponentləri, efir yağlarıdan ibarətdir. Ayurvedik təbabətdə bu bitkinin güclü qurdqovucu təsiri olduğu qeyd edilir. Maddələr mübadiləsini yaxşılaşdıraraq, mədənin fəaliyyətini stimullaşdırır, sancılarda vetroqon təsirə malikdir. Həmçinin, antiseptik, antibakterial, bürüyücü, tonuslandırıcı, sakitləşdirici, qurdəlehinə təsirlərə malikdir.
Cyperus rotundus (Nagarmotha) həzmin effektiv stimulyatorlarından biridir. Bağırsaqlarda sorulmanı yaxşılaşdıran və vetroqon xüsusiyyətə malikdir, ishalı aradan götürür. Müəyyən olunub ki, cyperus rotundus bağırsaqdakı parazitlərə və göbələklərə məhvedici təsir edir. Qızdırmasalıcı, sidikqovucu və qurd invaziyalarına öldürücü təsir göstərir.
Cuminum cyminum (Hill ekstraktı) vetroqon, ətirli, qarın sancisi əleyhinə, köpəleyhinə, ödqovucu, bürüyücü təsirə malikdir. Iştahsızlıq, diareya və dispepsiyalarda istifadə olunur. Cuminum cyminum tərkibində timol olduğu üçün, helmintəleyhinə təsir göstərir. Həmçinin tonuslandırıcı,iltihabəlehinə təsir göstərir.
Piper longum (Uzun bibər ekstraktı) həzmi yaxşılaşdıran ,mədə şirəsinin ifrazını artıran, köpəleyhinə, spazməleyhinə güclü təsirə malikdir. Qaraciyər və dalaqdan radikalları xaric edərək, ürəkbulanmanı aradan qaldırır.
Trachyspermum ammi (Yepiskop alağının ekstraktı) bitkinin meyvələrinin efir yağlarından alınan timol güclü qurdəleyhinə təsir göstərir. Köp, iştahasızlıq, diareya və digər simptomları aradan götürür. Bu tərkib əsasən antifungal, antioksidant, mukrobəleyhinə,antiseptik, diuretik, bronxodilatasion, hipolipidemik, sitotoksik, spazmolitik təsirə malikdir.
Göstərişləri:
- Anoreksiya, iştahanın azalması;
- Fiziki inkişafdan geri qalma, boy artımı üçün;
- Müxtəlif mənşəli immundefisit vəziyyətlər;
- Mədə - bağırsaq traktının funksional pozğunluqları;
- Keçirilən xəstəliklərdən sonra möhkəmləndirici vasitə kimi.
İstifadə qaydası və dozalanması:
Yeməkdən 20 dəqiqə əvvəl qəbul olunur
Uşaqlarda: 6 ay-1 yaş: 1,25 ml - 2 dəfə
1-2 yaş : 2.5 ml - 2 dəfə
2 yaşdan yuxarı uşaqlar: 5ml - 3 dəfə
Böyüklərdə: 10 ml - 3 dəfə.
Buraxılış forması:
Flakon 150 ml.
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Appetit plus nə üçündür?
- Köp əleyhinə vasitələr
- İshalda istifadə olunan vasitələr
- Qidalanma pozğunluğu zamanı istifadə olunan vasitələr
- Metabolik pozulmalar zamanı istifadə olunan vasitələr
- İmmunçatışmazlığı zamanı istifadə olunan vasitələr
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






