Revelakt nə üçündür? istifadə qaydası necədir?
Revelakt (Revelact) - Köp zamanı, disbakterioz zamanı, digər həzm pozğunluqları zamanı istifadə olunan preparatdır.

Revelakt haqqında məlumat
Revelakt qiyməti
Revelakt qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Revelakt 5.5 ml qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
5.5 ml – birdəfəlik dozada oral məhlul
Arabinogalactan 275 mq
Lactobacillus reuteri 4 mlrd
Xüsusiyyətləri:
Arabinoqalactan – prebiotik təsiri olan liflər olub, mədə- bağırsaq traktında qaz və meteorizm kimi əlavə təsirlər yaratmadan bağırsaq mikroflorasını balanslaşdırır, sağlam bakteriyaları çoxaldır və yoğun bağırsaqda olan zərərli bakteriyaların artmasının qarşısını alır. Bağırsaqda olan sağlam bakteriyalar qidalandırıcı komponentlərin sorulmasını, immun sistemin və həzm sisteminin normal fəaliyyət göstərməsinin əsasını təşkil edir. Arabinoqalaktan yoğun bağırsaqda yağ turşularının sintezini artıraraq zərərli bakteriya və viruslara qaşı immuniteti artırır.
Lactobacillus reuteri – insanın mədə-bağırsaq traktında olan bir neçə laktobakteriya növündən biridir. Bağırsağın normal bakterial florasını pozmadan, antimikrob xüsusiyyətli maddələr istehsal edərək bağırsağın normal florasını balanslaşdırır. Bu laktobakteriyalar digər növlərdən fərqli olaraq mədənin aşağı pH –na və antibiotik təsirinə qarşı dözümlüdürlər. Belə xüsusiyyətləri sayəsində Laktobacillus reuteri ürəkbulanma və diareya kimi mədə - bağırsaq pozuntularının qarşısını alır. Bundan əlavə mədə- bağırsaq traktında yerli immuniteti artıraraq, selikli qişanın iltihabını azaldır və onun zədələnməsinin qarşısını alır. Kliniki tədqiqatlar Lactobacillus reuteri-nin atopik dermatitdə də çox faydalı olduğunu sübut etmişdir.
Tövsiyə olunan dozanı düzgün qəbul etmək üçün pipetkadan istifadə edin ( 1 damcı = 0.44 mlrd )
İstifadə qaydaları:
2 yaşadək: 15 damcı-1/2 flakon x 2 dəfə yeməkdən 2 saat əvvəl
2- 12 yaş: 1 flakon x 1 dəfə yeməkdən 2 saat əvvəl
Başlığı sıxaraq yaxşı çalxalamaq və saat əqrəbinin əksinə çevırərək açmaq.
İstifadəsinə göstərişlər:
- Həyatının ilk günündən bağırsaq mikroflorasının bərpası
- Yenidoğulmuşlarda bağırsaq sancıları zamanı
- Qəbizlik
- Antibiotiklərlə kortikosteroidlərlə müalicə zamanı
- Uşaqlarda allergik vəziyyətlər ( diatez atopik dermatit )
- Bağça və məktəbə uyğunlaşma zamanı yaranan bağırsaq pozuntuları
- İmmunitetin zəifləməsi
- Helicobacter pylori infeksiyası
Əks göstərişləri:
Məlum olan əks göstərişləri yoxdur.
Preparatın hər hansı komponentlərindən birinə qarşı həssaslıq olarsa preparatı qəbul etmək məsləhət görülmür.
Xəbərdarlıq:
Tərkibində qlüten yoxdur. İstifadədən əvvəl çalxalayın. 3 yaşadək uşaqların əli çatmayan yerlərdə saxlayın. Flakon açıldıqdan sonra 12 saat müddətində istifadə edin ! Məsləhət edilən dozadan artıq istifadə etməyin.
Saxlama şəraiti:
20 0C sərin və quru yerdə saxlayın. İstehsal tarixi qutuda göstərilmişdir.
Buraxılış forması:
Hər biri 5.5 ml olan 8 flakon
İstehsalçı:
Erbozeta .S.p.A.
Azerbaycan Respublikasında rəsmi distribütor “Paşa-K” şirkəti.
Revelakt nə üçündür?
- Köp əleyhinə dərmanlar
- Disbakterioz zamanı istifadə olunan dərmanlar
- Digər həzm pozğunluqları zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






