Opeblock (Opeblok) ampul nə üçündür?

Opeblock (Opeblok) - Travmatik ağrılarda, oynaq və əzələ ağrılarında, nevralgiyalarda, artrit zamanı istifadə olunan preparatdır.

Oct 31, 2024 - 16:44
 0
Opeblock (Opeblok) ampul nə üçündür?
Opeblock (OpebloK)

Opeblock haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Opeblock qiyməti

Opeblock ampula qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Opeblock qiyməti 42 azn - 45 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Opeblok qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Tərkibi

Diclofenac Sodium BP - 75 mg
Betamethasone Sodium Phosphate BP Eq. to Betamethasone - 2 mg
Hydroxocobalamin USP - 10 mg

Əks göstərişləri

Preparatın tərkibində olan komponentlərdən hər hansı birinə qarşı yüksək həssaslıq ; kəskin qastrit;
mədə və 12-barmaq bağırsaq xorasının kəskin dövrü; kəskin miokard infarktı; dekom-pensasiya fazasında olan xroniki ürək çatişmazlığı;
mədəcik aritmiyaları; hipertoniya; kəskin astma tutmaları; hemorragik diatezlər; böyrək, qaraciyər və ya qalxanvarı vəzinin funksiyala-rının ağır zədələnmələri;
virus infeksiyaları; sistem göbələk infeksiyaları; kəskin qlomerulo-neftit; kəskin psixoz; aktiv vərəm; osteoporoz; qaraciyər pofiriyası;
həmiləlik və laktasiya dövrü; 12 yaşdan kiçik uşaqlar.    

İstifadə qaydası

Doza xəstəliyin gedişatından və xəstənin klinik statusundan aslı olaraq seçilir. 
12 yaşdan yuxarı şəxslərə preparat gündə 1-2 ampul olmaqla əzələ daxilinə təyin olunur.
İnyeksiya nahiyəsində diskomfortun və ya yerli əlavə təsirlərin rast gəlməməsi üçün yerli aseptika qaydalarına riayət etmək məsləhətdir.
İnyeksiya mümkün qədər dərinə və tədricən yeridilməlidir. Yeritdikdən sonra inyeksiya nahiyəsini ehtiyatla massaj etmək lazımdır.  

Buraxılış forması

5 ampul 3 ml (hazır maye)  

Rəsmi distributor

SOLVEY PHARMA 

Opeblock nə üçündür?

  1. Travmatik ağrılarda istifadə olunan dərmanlar
  2. Oynaq və əzələ ağrılarında istifadə olunan dərmanlar
  3. Nevralgiyalarda istifadə olunan dərmanlar
  4. Artrit zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow