Koeno Q10 (Coeno Q10) nədir? nə üçündür?
Koeno Q10 (Coeno Q10) - Ürəyin digər xəstəliklərində, miokard infarktı zamanı, insult zamanı, immunçatışmazlığı zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Koeno Q10 haqqında məlumat
Koeno Q10 qiyməti
Koeno Q10 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Koeno Q10 qiyməti 39 azn - 42 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Coeno Q10 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Tərkibi:
Hər yumşaq kapsulun tərkibində:
Ubixinon (Koenzim Q10) 200 mq
Farmakoloji qrupu:
Aktiv ümumi metabolik
Farmakoloji xüsusiyyətləri:
Koenzim Q10 (Ubixinon Q10) - endogen mənşəli vitaminəbənzər birləşmə olub hər bir canlının qaraciyərində istehsal olunur. Koenzim Q10 – mitoxondrilərdə
ATF-in sintezində iştirak edir. ATF – yeganə bioloji mənşəli enerji mənbəyidir. Antioksidant təsir göstərir (orqanizm tərəfindən istehsal olunan yeganə piyhəlledici antioksidantdır). Koenzim Q10 orqanizmin enerji təminatına və tənəffüsə cavabdeh olan, insan hüceyrələrinin vacib hissəsi olan mitoxondri membranlarının ayrılmaz hissəsidir. Cavanlıq vitamini sayılır. O, effektiv heroprotektor xüsusiyyətə malikdir. Güclü təbii immunmodulyator olub, immun sisteminin funksional çatışmazlığını tez və effektiv bərpa edir, orqanizmin antimikrob və virus əleyhinə müdafiəsini aktivləşdirir.
Göstərişləri:
- Ürəyin işemik xəstəliyi
- Hipertoniya
- Ateroskleroz
- Ürəkdə aparılan əməliyyatlardan əvvəl və sonrakı dövrlərdə
- Detoksikasiya məqsədilə
- Cavanlaşma proqramlarında
- Fiziki gərginlik hallarında
- Alkoqolizm
- Xroniki yorğunluq sindromu
- Asteniya
- Immundefisit halları
- Çəkinin azaldılması məqsədilə
Dozalanması:
1 kapsuldan gündə 1 dəfə qəbul olunur.
Buraxılış forması:
Yumşaq jelatin kapsul N30.
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Azərbaycan Respublikasında rəsmi distribyutor “Paşa-K” şirkəti
Koeno Q10 nə üçündür?
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- İmmunçatışmazlığı zamanı istifadə olunan dərmanlar
- İnsult zamanı istifadə olunan dərmanlar
- Miokard infarktı zamanı istifadə olunan dərmanlar
- Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






