Sanuren nə üçündür?

Sanuren -Böyrək daşı xəstəliyində, böyrək çatışmamazlığı zamanı, böyrək və sidik  yollarının  iltihabında, öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan preparatdır.

Oct 6, 2024 - 17:43
 0
Sanuren nə üçündür?
Sanuren

Sanuren haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Sanuren qiyməti

Sanuren qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Sanuren qiyməti 24 azn - 26 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Sanuren qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

TƏRKİBİ:

Böyrək çayı yarpağının quru ekstraktı std. 0.1% sinensetin (Orthosiphon (Orthosiphon stamineus Bent.) leaf dry extract std. 0,1% as sinensetin) – 70 mq
İstiotlu nanə yarpağının quru ekstraktı std. 0.5% essensial yağı  (Peppermint (Mentha x piperita L.) leaf dry extract std. 0,5% essential oil) – 70 mq
Dəniz şamı Aiton qabığının quru ekstraktı std. 95% OPC (Pinus pinaster Aiton bark dry extract std. 95% OPC) – 40 mq
Mayaotu çiçəklərinin quru ekstraktı std. 0.1% rutin flavonoidlər  (Hop (Humulus lupulus L.) inflorescence dry extract std. 0,1% flavonoids calc. as rutine) – 70 mq
Qarğıdalı saçağının quru ekstraktı std. DER 4:1 nisbətində  (Corn (Zea mays L.) silk dry extract std. DER 4:1) – 50 mq
Borneol (Borneol) – 15 mq
Yabanı yerkökünün quru ekstraktı std. DER 4:1 nisbətində  (Carrot (Daucus carota L.) root dry extract std. DER 4:1) – 25 mq
Qaraqınıq yarpağının essensial yağı  (Origanum (Origanum vulgare L.) leaf essential oil) – 10 mq
Maqnezium sitrat (Magnesium citrate) –  25 mq

Köməkçi maddələr: bitki mənşəli maqnezium stearat (vegetal magnesium stearate), silisium dioksid (silica), mikrokristal sellüloza (microcrystalline cellulose), PVP, parladıcı maddələr (glazing agents), asetilləşmiş nişasta (pregelatinized modified starch), talk (talc), qliserol (glycerol), şellak (shellac).

BURAXILIŞ FORMASI:

Tablet.

QABLAŞDIRMA FORMASI:

№30 (2×15) blisterdə, karton qutu qablaşmada.

İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:

Sidik-cinsiyyət sisteminin fəaliyyətini yaxşılaşdırmaq məqsədilə tövsiyə olunan BFMQƏ.

İSTİFADƏ QAYDALARI VƏ DOZA:

18 yaşdan yuxarı : 1 tablet gündə 1 dəfə.

ƏKS GÖSTƏRİŞLƏR:

Tərkibindəki hər hansı bir komponentə qarşı hiperhəssaslıq, mədə xorası, yüksək laxtalanma faktoru.
MƏLUMAT: Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.

YARARLILIQ MÜDDƏTİ:

3 il.

SAXLANMA ŞƏRAİTİ:

25ºC -dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.

Məhsulun və əmtəə nişanının sahibi:

“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford
Street, London, WC2E 9HA, Böyük Britaniya.

İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):

“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
İSTEHSALÇININ ÜNVANI: Via san Giuseppe, 18/20-Brugherio (MB)

Sanuren nə üçündür?

  1. Öd xəstəliklərinin müalicə və profilaktikasında istifadə olunan dərmanlar
  2. Böyrək və sidik  yollarının  iltihabında istifadə olunan dərmanlar
  3. Böyrək daşı xəstəliyində istifadə olunan dərmanlar
  4. Böyrək çatışmamazlığı zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow