Silenteks (Silentex) istifadə qaydas necədir?
Silenteks (Silentex) - Yuxu pozğunluğu zamanı, sinir oyanıqlığında, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Silenteks haqqında məlumat
Silenteks qiyməti
Silenteks qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Silenteks qiyməti 21 azn - 23 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Silentex qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
TƏRKİBİ:
Pişikotu kökü və kökümsovunun q.e. standartlaşdırılmış 0.42% seskviterpen turşuları Valeren turşusu kimi hesablanır (Valerian (Valeriana officinalis L.) rhizome and root dry extract standardized 0.42% sesquiterpenic acids calc as Valerenic acid) – 125 mq
Yemişan çiçəyi və yarpağının q.e. standartlaşdırılmış 1% flavonoidlər viteksin kimi hesablanır (Hawthorn (Crataegus oxyacantha and Crataegus monogyna) flower and leaf dry extract standardized 1% flavonoids calc as vitexin) – 125 mq
Ballı nanə yarpağının q.e. standartlaşdırılmış 0.2% rozmarin turşusu (Balm (Melissa officinalis L.) leaf dry extract standardized 0.2% rosmarinic acid) – 100 mq
Dazıotu bitkisi çiçəyinin q.e. standartlaşdırılmış 0.3% ümumi hiperisinlər hiperisin kimi hesablanır (St. Johns Wort (Hypericum perforatum L.) flowering herb dry extract standardized 0.3% total hypericins calc hypericin) – 100 mq
KÖMƏKÇİ MADDƏLƏR:
Bitki mənşəli maqnezium stearat (vegetal magnesium stearate) (E 470b), silisium dioksid (silica ) (E 551), mikrokristal sellüloza (microcrystailline cellulose ) (E 460), maltodekstrin (maltodextrin). Parladıcı maddələr (Glazing agents): jelatinləşdirilmiş nişasta (pregelatinized modified starch ) (E 1420), talk (talc) (E 470b), qliserol (glycerol) (E 422), şellak (shellac) (E 904).
BURAXILIŞ FORMASI:
Tablet.
QABLAŞDIRMA FORMASI:
№30 (2×15) blisterdə, karton qutu qablaşdırmada.
İSTİFADƏ SAHƏSİ VƏ ƏSAS GÖSTƏRİŞLƏR:
MSS-ni sakitləşdirmək məqsədilə tövsiyə olunan bioloji fəallığa malik qida əlavəsi.
İSTİFADƏ QAYDALARI VƏ DOZA:
Böyüklər: 1 tablet gündə 1 dəfə.
ƏKS GÖSTƏRİŞLƏR:
Məhsulun tərkibində olan hər hansı komponentinə qarşı həssaslıq, 18 yaşa qədər şəxslər.
MƏLUMAT:
Dərman vasitəsi deyildir. Xəstəliklərin müalicəsi məqsədilə istifadə edilə bilməz. Tövsiyə edilən sutkalıq dozanı keçməyin. Bioloji fəallığa malik qida əlavəsi normal qidalanmanı əvəz etmir. Hamiləlik və laktasiya dövründə, xəstəlik və ya dərman istifadəsi zamanı həkimlə məsləhətləşin.
YARARLILIQ MÜDDƏTİ:
3 il.
SAXLANMA ŞƏRAİTİ:
25ºC-dən yüksək olmayan temperaturda, quru, günəş şüası düşməyən və uşaqların əli çatmayan yerdə saxlanılmalıdır.
MƏHSULUN VƏ ƏMTƏƏ NİŞANININ SAHİBİ:
“ORNADO MEDICINE” LLP, Office 11, 43 Bedford Street, London, WC2E 9HA, Böyük Britaniya.
İSTEHSALÇI (adı və yerləşdiyi ölkə):
“GRICAR CHEMICAL S.R.L”, İtaliya.
İSTEHSALÇININ ÜNVANI:
Via san Giuseppe, 18/20-Brugheno (MB)
Silenteks nə üçündür?
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






