Bisotens 10 mg nə üçündür?

Bisotens 10 mg nə üçündür? - Hipertoniya zamanı, miokard infarktı zamanı istifadə olunan preparatdır.

Jul 23, 2024 - 07:59
Jul 23, 2024 - 08:18
 0
Bisotens 10 mg nə üçündür?
Bisotens 10 mg nə üçündür?

Bisotens 10 mg haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Bisotens 10 mg qiyməti

Bisotens qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Bisotens qiyməti 6 azn - 8 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Bisotens 10 mg qiyməti -ni öyrənərək əldə edəsiniz.

Bisotens tərkibi

Təsiredici maddələr : hər örtüklü tabletin tərkibində 10 mq bisoprolol fumarat vardır .

Köməkçi maddələr :  Nüvə - mikrokristallik sellüloza, qismən jelatinləşdirilmiş qarğıdalı nişastası , natrium kroskarmelloza , susuz kolloidal silisium 4-oksid maqnezium-stearat.  

Örtük: Qismən hidrolizə olunmuş polivinil spirti , titan 4-oksid (E171) , makroqol 3550, talk , sarı dəmir oksidi (E172),qırmızı dəmir oksidi (E172) ,qara dəmir oksidi(E172)

İstifadəsinə göstərişlər

  • arterial hipertenziya
  • stenokardiya

Əks göstərişlər

  • bisoprolola və ya preparatın hər hansı digər komponentinə qarşı yüksək həssaslıq
  • inotrop terapiyanın keçirilməsini tələb edən, dekompensasiya mərhələsində olan kəskin və ya xroniki ürək çatışmazlığı
  • kardiogen şok
  • ikinci və ya üçüncü dərəcəli AV blokada- 
  • sinus düyününün zəifliyi sindromu
  • sinoatrial blokada
  • hipotoniya
  • bradikardiya
  • metabolik asidoz

Bisotens istifadə qaydası və dozası

Daxilə.adətən başlanğıc doza gündə 5 mq bisoprolol təşkil edir.Ehtiyac olduqda doza gündə 1 dəfə olmaqla 10 mq-a qədər artırıla bilər.Maksimal sutkalıq doza 20 mq təskil edir.Tabletləri bütöv şəkildə kifayət qədər maye ilə , adətən gündə eyni vaxtda – səhər yeməyinə qədər , səhər yeməyi vaxtı və ya ondan sonra qəbul etmək lazımdır.  

Doza həddinin aşınması

simptomları : aritmiya, mədəcik ekstrasistoliyası , nəzərə çarpan bradikardiya ,atrioventrikulyar blokada,AT- nin nəzərə çarpan dərəcədə enməsi , kəskin ürək çatışmazlığı , hipoqlikemiya , akrosianoz , tənəffüsün çətinləşməsi , bronxospazm , başgicəllənməsi, huşun itməsi halları , qıcolmalar.  Müalicəsi : mədənin yuyulması və adsorbsiyaedici dərman vasitələrinin təyini : simptomatik müalicə : inkişaf etmiş antrioventikulyar blokada zamanı – venadaxili 1-2 mq atropinin , epinefrinin ,yeridilməsi və ya müvəqqəti kardiostimulyatorun qoyulması ; mədəcik ekstrasistoliyası  zamanı – lidokain (IA sinfinə aid olan preparatlar istifadə olunmur) arterial təzyiqin nəzərə çarpan enməsi zamanı – xəstə Trendelenburq vəziyyətində olmalıdır; əgər ağciyər ödemi əlamətləri yoxdursa venadaxili plazma əvəzedicilər , qeyri effektiv olarsa –epinefrin , dopamin , dobutamin , (xronotrop,inotrop təsirin saxlanması və nəzərə çarpan dərəcədə enmiş AT-nin aradan qaldırılması) yeridilir; ürək çatışmazlığı zamanı – ürək qlikozidləri , diuretiklər , qlükaqon , qıcolmalar zamanı –venadaxili diazepam ; bronxospazm zamanı – inhalyasion B²-adrenostimulyatorlar tətbiq edilir.  

İstehsalçı ölkə

Rumıniya

Saxlanma şəraiti

25C – dən aşağı temperaturda ,orjinal qablaşdırmada və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır.

Aid olduğu kateqoriyalar

  1. Hipertoniya zamanı istifadə olunan dərmanlar
  2. Miokard infarktı zamanı istifadə olunan dərmanlar

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow