FLEXIFORCE (Fleksiforse) gel

FLEXIFORCE (Fleksiforse) gel Oynaq və qığırdaq xəstəliklərinin müalicəsi üçün kompleks vasitə

Jun 6, 2024 - 19:21
Jun 11, 2024 - 15:30
 0
FLEXIFORCE (Fleksiforse) gel
FLEKSİFORSE (FLEXIFORCE) gel

FLEXIFORCE (Fleksiforse) gel gel

 

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

100 ml gelin tərkibində:
Təsiredici maddələr:
•    Qlükozamin sulfat – 1500 mq
•    Xondroitin sulfat - 1200 mq
•    Hidrolizə olunmuş kollagen - 1000 mq
•    MSM (metilsulfonilmetan) - 500 mq
•    Təbii kamfora – 500 mq
•    İstiotlu nanə yağı – 500 mq
•    Lavanda yağı - 200 mq
•    Evkalipt yağı - 200 mq
Köməkçi maddələr:
Su, karbopol, aknibio, neytral spirt, E vitamini asetat, natrium hidroksid, ksantan qətranı, EDTA, natrium metabisulfit E 223 

FLEKSİFORS gel yerli ağrıkəsici, iltihabəleyhinə təsir göstərir, həmçinin, qığırdaq toxumasının regenerasiyasını stimulə edir. Fleksifors gel zədələnmiş oynaqlarda iltihab və ağrının intensivliyini azaldır.  
Fleksifors gel - kombinə olunmuş preparatdır, təsirləri tərkibinə daxil olan komponentlərin aktiv təsirləri ilə əlaqədardır. 
Qlükozamin - birləşdirici toxumanın əsas struktur materialıdır. O əsasən, oynaq qığırdaqlarında, bağlarda, vətərlərdə, damarların divarında, bronxlarda, dəridə və selikli qişalarda çoxluq təşkil edir. Qlükozamin yüksək biomənimsənilməyə malikdir. Dəri səthinə sürtüldükdə  toxumalara yaxşı sorulur, qlükozaminlə bağlı vacib komponentlərin sintez olunduğu qığırdaq və digər toxumalarda toplanır. Təbii metabolit kimi qığırdaq toxumalarını qoruyur və regenerasiyasında iştirak edir. Orqanizmdə xondrositlər tərəfindən proteoqlikanların və qlükozaminoqlikanların sintezi üçün istifadə olunur. 
Xondroitin - mukopolisaxarid təbiətli maddədir - qığırdağın spesifik komponentidir. Əsasən, sümük və qığırdaq toxumalarında yerləşir. Oynaqlarda qığırdaq toxumasının struktur və funksiyalarını pozan fermentləri blokada etməklə onun degenerasiya proseslərini tormozlayır. Qlükozaminqlükan sintezini stimulə etməklə oynaq səthinin və oynaq kisəsinin regenerasiyasını sürətləndirir. Qığırdaq toxumasının bərpa prosesini sürətləndirir, oynaq qığırdağının və zədələnmiş fəqərəarası disklərin regenerasiyasını stimulə edir. Oynaq səthləri üçün özünəməxsus sürtgü rolunu oynayır. Hialin toxumasında mübadiləni və oynaq mayesinin yaranmasını normallaşdırır. Oynaq mayesinin sintezini sürətləndirməklə zədələnmiş oynaqların hərəkətliliyini artırır. Bundan əlavə, xondroitin sulfat sümük toxumasının formalaşmasında da iştirak edir. Eyni zamanda damar divarının möhkəmliyini və elastikliyini təmin edir. Sümük toxumasının rezorbsiyasını ləngidir və kalsiumun itirilməsini azaldır, nəticədə osteoporozun inkişafını tormozlayır. Oynaqlarda iltihabi prosesləri aradan qaldırmaqla ağrıkəsici təsir göstərir, QSİƏP-lərə tələbatı azaldır. Oynaqların sinovial mayesinə asanlıqla penetrasiya edir. Ağrıkəsici və iltihabəleyhinə xüsusiyyətlərə malikdir. 
Kollagen (hidrolizə olunmuş) - birləşdirici toxuma və lifli qığırdaq toxumasının sintezi üçün vacib zülali maddədir, qığırdaq toxumasının hüceyrəarası maddəsinin əsas elementidir. Kollagen toxuma matriksinin tamlığını bərpa edir, toxumaya dolğunluq verir. Sinovial mayenin hialuron turşusundan sonra 2-ci əsas komponenti hesab edilir. Kollagen çatışmazlığı zamanı qığırdaq toxuması öz elastikliyini və möhkəmliyini itirir, kövrək olur, lifli quruluşu pozulur. 
MSM (metilsulfonilmetan) – təbii üzvi kükürd birləşməsidir, əsas kükürd tərkibli aminturşuların, sadə və mürəkkəb zülalların, fermentlərin, orqanizmin digər həyati vacib bioloji substratlarının tərkibinə daxildir.
Təbii kamfora – yerli olaraq qan dövranını və toxumaların qanla təchizatını yaxşılaşdırır, iltihabəleyhinə və ağrıkəsici təsir göstərir. 
İstiotlu nanə yağı (mentol) – yerli istifadə zamanı sinir uclarının qıcıqlanmasına, nəticədə sərinlik hissi, yüngül yanğı və iynəbatma hissinin yaranmasına səbəb olur. Yüngül yerli ağrıkəsici, həmçinin, yüngül antiseptik xüsusiyyətlərə malikdir. 
Evkalipt yağı  - bitki mənşəli maddədir. Yerli istifadə olunduqda yerli qıcıqlandırıcı və ağrıkəsici təsir göstərir. Yerli anesteziya edici təsirinə görə dəridə qaşınmanı azaldır.  
Lavanda yağı - bitki mənşəli maddədir. Yalnız yerli istifadə olunur. Əzələ, oynaq və sümük ağrılarında ağrıkəsici təsir göstərir. Həmçinin, aromaterapiya qismində ağrı hissinin səbəb olduğu stresin azalmasına səbəb olur. 

Göstərişləri:


•    Revmatik ağrılar, artralgiya
•    Burxulma və dartılmalar
•    Nevralgiya, lümbaqo, işias
•    Mialgiya, miozit, fibromialgiya
•    Osteoartroz (birincili və ikincili, koksartroz, qonartroz və s.)
•    Artritlər, revmatoid artriti, poliartrit, periartrit
•    Osteoxondroz
•    Spondilyoz, spondiloartroz
•    Onurğanın degenerativ – distrofik xəstəlikləri
•    Əzələ, oynaq və oynaqətrafı yumşaq toxumaların travmaları
•    Zədələr, dartılmalar
•    Əməliyyat və travmadan sonrakı vəziyyətlər  
•    Oynaqlarda aparılan əməliyyatlardan sonrakı reabilitasiya zamanı

FLEXIFORCE (Fleksiforse) gel İstifadə qaydası: 


Böyüklər və 12 yaşdan yuxarı uşaqlar: zədələnmiş nahiyəyə yerli olaraq gündə 2-3 dəfə nazik qatla dairəvi hərəkətlərlə yeridilir. 

Əks göstərişlər:


Tərkibdəki komponentlərə qarşı həssaslıq, hamiləlik və südvermə dövrü 

Buraxılış forması: 


100 ml gel tübdə

İstehsalçı:


İnalme S.r.l., İtaliya

Dərman vasitəsi deyil. Tibbi vasitədir! 

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow