Melarena istifadə qaydası necədir?

Melarena dərmanı (preparatı) haqqinda bütün məlumatlar. Melarena dərmanı nə üçündür sualı sizi maraqlandırır? bu yazıda suallarınızın cavabını tapa bilərsiniz

Sep 16, 2024 - 15:36
Sep 16, 2024 - 15:35
 0
Melarena istifadə qaydası necədir?
Melarena dərmanı

Melarena haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Melarena qiyməti

Melarena tablet qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Melarena qiyməti 13 azn - 15 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Melarena dərmanı qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Melarena eyniləşdirmə və təsnifat


ATC kodu - N05CH01
Beynəlxalq patentləşdirilməmiş adı - Melatonin

Melarena dərman forması


örtüklü tabletlər

Buraxılış forması


0,3 mq və ya 3 mq-lıq örtüklü tabletlər.

10 tablet, polivinilxlorid örtüklü, Aklar® materialı ilə laminasiya olunmuş və çap edilmiş laklı alüminium folqalı və ya polivinilxlorid örtüklü və poliamid örtüklə laminasiya olunmuş çap edilmiş laklı alüminium folqalı və alüminium folqalı konturlu-yuvalı qablaşdırmada. 1 və ya 3 konturlu-yuvalı qablaşdırma içlik vərəqə ilə birlikdə karton qutuya qablaşdırılır.

MELARENA Tərkibi


Təsiredici maddə: 1 tabletin tərkibində 0,3 mq və ya 3 mq melatonin vardır.

Köməkçi maddələr: kalsium hidrofosfat dihidrat, mikrokristallik sellüloza, natrium kroskarmelloza, povidon K25, kolloidal silisium dioksid, talk, kalsium stearat.

Örtük: 0,3 mq doza üçün (hipromelloza, trietilsitrat, titan dioksid); 3 mq doza üçün (hipromelloza, makroqol-400, titan dioksid, göy alüminium lakı FD&C № 2, göy alüminium lakı FD&C № 1, xinolin sarısı lakı, qara dəmir oksidi boya maddəsi.

Təsviri

Melarena dairəvi, hər iki tərəfi qabarıq, ağ rəngdən demək olar ki, ağ rəngə qədər (0,3 mq doza üçün) və ya mavi rəngə qədər (3 mq doza üçün) örtüklü tabletlərdir. Nüvə ağ rəngdən demək olar ki, ağ rəngə qədərdir.

Farmakoterapevtik qrupu


Adaptogen vasitə

Farmakoloji xüsusiyyətləri. Farmakodinamikası


Melarena melatonin əzgiləbənzər cismin (epifiz) hormonunun sintetik analoqudur; adaptogen, sedativ, yuxugətirici təsir göstərir. Sirkad ritmi normallaşdırır. Orta beyində və hipotalamusda qam-ma-aminoyağ turşusunun (QAYT) və serotoninin konsentrasiyasını yüksəldir, QAYT-ın, dofaminin və serotoninin sintezində iştirak edən piridoksalkinazanın aktivliyini dəyişir. Yuxu-ayıqlıq siklini, lokomotor aktivliyin və bədən temperaturunun dəyişməsini tənzim-ləyir, beyinin intellektual-mnestik funksiyasına, emosional-şəxsi sferaya müsbət təsir göstə-rir. Bioloji ritmin təşkilinə səbəb olur və gecə yuxusunu normallaşdırır. Yuxunun keyfiy-yətini yaxşılaşdırır, başağrısı, başgicəllənmə tutmalarının tezliyini azaldır, əhval-ruhiyyəni yüksəldir. Yuxuyagetməni sürətləndirir, gecə oyanmalarının sayını azaldır, səhər ayılmasın-dan sonra əhval-ruhiyyəni yaxşılaşdırır, oyanma zamanı süstlük, əzginlik və yorğunluq hissiyyatına səbəb olmur. Yuxugörməni parlaq və emosional cəhətdən təmin edir.

Orqanizmi saat qurşaqlarının dəyişməsinə tez adaptasiya edir, stress reaksiyaları azaldır, neyroendokrin funksiyanı tənzimləyir. İmmunostimuləedici və antioksidant təsir göstərir. Qonadotropinlərin , az miqdarda isə digər adenohipofiz hormonların (kortikotropin, tireotrop hormon, somatotrop hormon) sekresiyasını tormozlayır. Melarena vərdişolma və asılılıq yaratmır. 

Melarena istifadəsinə göstərişlər

  • Melarena yer kürəsinin saat qurşaqları arasındakı sürətli yerdəyişmə nəticəsində desinxronoz (normal sirkad ritmin pozulması); işıq rejiminin pozulması, o cümlədən, növbənin dəyişməsi və ya yerdəyişməli əməklə məşğul olan şəxslərdə işıq rejiminin pozulması.
  • Meteohəssaslıq.
  • Zəiflik, yuxunun pozulması (o cümlədən, yaşlı pasiyentlərdə).

Melarena əks göstərişlər


Preparatın istənilən komponentinə qarşı yüksək həssaslıq; autoimmun xəstəliklər, allergik xəstəliklər; limfoqranulematoz, leykoz, limfoma, mieloma, epilepsiya, şəkərli diabet, xroniki böyrək çatışmazlığı; hamiləlik, laktasiya dövrü; uşaqlar (istifadəsinin effektivliyi və təhlükə-sizliyi müəyyən edilməmişdir).

Xüsusi göstərişlər və ehtiyat tədbirləri


Melarena® preparatı ilə müalicə dövründə parlaq işıq altında olmaqdan çəkinmək lazımdır.

Hamilə olmaq arzusunda olan qadınlara preparatın zəif kontraseptiv təsirə malik olması barədə məlumat vermək vacibdir.

Hamiləlik və laktasiya dövründə istifadəsi


Hamiləlik və laktasiya dövründə preparatın istifadəsi əks göstərişdir.

Melarena istifadə qaydası və dozası

  • Daxilə qəbul edilir. Yuxunun pozulması, desinxronoz, zəiflik zamanı doza fərdi seçilir və yatmazdan 30-40 dəqiqə əvvəl sutkada 1 dəfə 0,3-3 mq təşkil edir.
  • Meteohəssaslıq zamanı yatmazdan 30-40 dəqiqə əvvəl sutkada 1 dəfə 0,3 mq təyin edilir.
  • Müalicə kursunun müddəti fərdi təyin edilir (2-8 həftə). Təkrar kursun aparılması mümkün-dür.
  • Saat qurşaqlarının dəyişməsi zamanı adaptogen kimi istifadəsi zamanı uçuşdan 1 gün əvvəl və sonrakı 2-5 gün yatmazdan 30-40 dəqiqə əvvəl 3 mq təyin edilir.
  • Maksimal sutkalıq doza 6 mq təşkil edir.


Yararlılıq müddəti


2 il. Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz.

Aptekdən buraxılma şərti


Reseptsiz buraxılır.

Qeydiyyat vəsiqəsinin sahibi


“Nijfarm” SC, Rusiya.
603950, Nijniy-Novqorod ş., Salqanskaya k., 7.
Tel.: (831) 278-80-88.
Faks: (831) 430-72-28.
e-mail: [email protected]

İstehsalçı


“Makiz-Farma”, Rusiya.
109029, Moskva.
Avtomobilniy keçidi, ev 6, bina 5.

Ünvan

109029, Moskva.
Avtomobilniy keçidi, ev 6, bina 4, bina 6, bina 8

və ya

“Hemofarm” MMC, Rusiya.
249032, Kalujskaya vilayəti, Obninsk ş., Kiyevskoe şosse, ev 62.

Melarena nə üçündür?

Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow