Evromaq B6 haqqında məlumat
Evromaq B6 N30 (Euromag B6) - Sinir oyanıqlığında, ürəyin digər xəstəliklərində, yuxu pozğunluğu zamanı, xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan preparatdır.

Evromaq B6 haqqında məlumat
Evromaq B6 qiyməti
Evromaq B6 qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Evromaq B6 qiyməti 24 azn - 26 azn arasında dəyişir.
Ən gözəli budur ki, Doktorm.az Platforması ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Euromag B6 qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.
Aptekdən buraxılış forması:
Reseptlə satılır
Tərkibi:
Hər həbin tərkibi:
- Magnezium sitrat 881,91 mq (100 mqelementar Mg ekvivalent)
- Vitamin B6 6 mq
Farmakoloji xüsusiyyətlər:
Evromag B6 maqnezium və B6 vitaminin catışmamazlığını bərpa edən kombinə olunmuş preparatdır. Bu preparatın tərkibində yaxşı mənimsənilmə qabiliyyətinə malik olan maqnezium və maqneziumun mənimsənilməsinə kömək edən B6 vitamini vardır.
Maqnezium qeyri-orqanik element olub, orqanizm normal vəziyyətində bütün hüceyrələrdə mövcuddur. Maqnezium bir cox maddələr mübadiləsi reaksiyalarda iştirak edir. Fizioloji nöqtə nəzərində maqnezium əsasən hüceyrədaxili yerləşən kationdur. Maqnezium ionları neyronların qıcıqlanmasını azaldır, əzələlərdə ion balansını saxlanmasında fizioloji rol oynayır, sinir-əzələ keçiriciliyini zəiflədirlər, bir cox fermentativ reaksiyalarda iştirak edirlər. Orqanizmdə maqnezium defisiti əzlə zəifliyi, tremor, tetaniya, ataksiya, reflektor oyanıqlığın artması, qıcıqlanma, yuxu pozulması, taxikardiya və ekstrasistoliya ilə müşayiət olunan ürək ritminin pozulması, diareya ilə müşayiət olunan həzm sisteminin pozulması ilə ifadə olunur. Maqneziumun defisiti anadangəlmə Mg metabolizminin pozulması ilə birincili, yaxud qəbulun defisiti ilə (ciddi pəhrizlər, alkoqolizm, yalnız parenteral qidalanma) zəif qastrointestinal absorbsiya ilə (diareya, qastrointestinal fistulalar, hipoparatioridizm) artıq dərəcədə böyrəklərlə xaric olması (tubulopatiya, poliuriya, diuretiklərlə sui-istifadə, pielonefrit, birincili hiperaldosteroinizm) ilə əlavəsi olan ikincili ola bilər.
Piridoksin (B6 vitamini) koferment vasitə kimi bir çox metabolik proseslərdə, sinir sisteminin metabolizminin tənzimlənməsində iştirak edir. Maqneziumun mədə-bağırsaq sistemində daha tez sorulmasına, maqneziumun hüceyrələrə kecib və orada saxlanmasına səbəb olur. Alkoqol, kofe, tünd çay və qazlı sular qəbul etdikdə orqanizmdə maqneziumun miqdarı azalır.
Farmakokinetika:
Maqnezium orqanizmin tərkib elementidir, orta miqdarı 17 mm/kq. Bu miqdarın 99% hüceyrədaxili toplanır. Mg nazik bağırsağın selikli qişası səviyyəsində sorulur. Təxminən daxil olunan maqneziumun 40-50 % absorbsiyaya uğrayır. Hüceyrədaxili maqneziumun 2/3 hissəsi sümük toxumasında və qalan hissəsi isə saya yaxud eninəzolaqlı əzələlərdə, həmçinin eritrositlətdədir. Maqnezium əsasən sidiklə ifraz olunur.Plazmatik maqneziumun 70% böyrək yumaqcıqlarında təkrar absorbsiya olunur. Sidikdə maqneziumun miqdarı təxminən daxil edilən maqneziumun 1/3 hissəsinə bərabərdir.
Göstərişlər:
Maqnezium defisit ilə bağlı vəziyyətlər:
- Yuxunun pozulması.Əsəb gərginliyi. Xroniki yorğunluq
- Əzələ spazmı və ağrıları.
- Miokard infarktı.Xroniki ürək çatmamazlığı.Maqneziumdanasılı aritmiyalar.
- Spastik vəziyyətlər( o cümlədən angiospazm).Ateroskleroz.Hiperlipidemiya.
Əks göstərişlər:
Evromag B6 kompleksin komponentlərinə qarşı həssaslıq:ağır böyrək çatışmazlığı (kreatinin klirensi 30 ml/dəq az olduqda);fenilketonuriya. Hipermaqniemiya əmələ gəlmə riski olduğu üçün böyrəklərin funksiyasının çatışmazlığında ehtiyatla təyin olunmalıdır.
Hamiləlik və laktasiya dövründə istifadəsi:
Evromag B6 kompleksi hamiləlik zamanı yalnız həkim təyin etdikdən sonra istifadə oluna bilər.Kliniki tədqiqatlar hamiləlik zamanı preparatın istifadəsində fetotoksik yaxud inkişaf defektləri törədən təsirlər aşkar etməyiblər.Laktasiya dövründə Evromag B6 kompleksi qəbul etmək tövsiyyə olunmur.Maqnezium südlə ifraz olunur.
İstifadə qaydası
Böyüklər və 12 yaşdan yuxarı uşaqlar üçün gündə 3-6 həb. Gündəlik doza 2-3 dəfəyə bölünür: bir stəkan su ilə yemək vaxtı qəbul olunur.
Əlavə təsirlər:
Mədə-bağırsaq sisteminin fəaliyyətinin pozulması (diareya, qarında ağrılar,qəbizlik,ürək bulanma,meteorizm).Preparatın komponentlərinə qarşı allergik reaksiyalar.
Buraxılış forması:
Tablet N30
İstehsalçı:
VEFA İlac San. ve Tic. Ltd. Şti.
Evromaq B6 nə üçündür?
- Yuxu pozğunluğu zamanı istifadə olunan dərmanlar
- Sinir oyanıqlığında istifadə olunan dərmanlar
- Xroniki yorğunluq sindromu və asteniya zamanı istifadə olunan dərmanlar
- Ürəyin digər xəstəliklərində istifadə olunan dərmanlar
Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.
Bu yazını dostlarınla paylaş
saytların hazırlanması Pin up casino giriş
Bu yazıya reaksiyanız ?






