Erybenz gel

Erybenz gel sızanaqlar əleyhinə vasitədir. Ətraflı məlumatı platformamızdan əldə edə bilərsiniz.

Jul 23, 2024 - 07:10
Jul 23, 2024 - 07:21
 0
Erybenz gel
Erybenz gel

Erybenz gel haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Erybenz gel qiyməti

Erybenz gel qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Erybenz gel qiyməti 27 azn - 30 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Erybenz qiyməti -ni öyrənərək əldə edəsiniz.

Erybenz gel tərkibi

Təsiredici maddə: BENZOİL PEROKSİD ERİTROMİSİN  1 q gelin tərkibində 142,8 mq benzoil peroksid; eritromisin tubu: 1 q gelin tərkibində 60 mq eritromisin vardır.

Köməkçi maddələr: benzil peroksid tubu: etanol, hiproloz, limon yağı, metil salisilat, butilhidroksianizol, natrium hidroksid və yaxud limon turşusu, təmizlənmiş su; eritromisin tubu: hiproloza, butilhidroksianisol, etanol 96%.

İstifadəsinə göstərişlər

  • Eribenz gelin tərkibində 5% Benzoil peroksid və 3% Eritromisin vardır.
  • Eribenz sızanaqların müalicəsində istifadə olunan preparatdır.

Əks göstərişlər

Əgər sizdə benzoil peroksidə, eritromisinə yaxud preparatın tərkibindəki hər hansı bir inqrediyentə qarşı hiperhəssaslığınız varsa, bu halda Eribenzi istifadə etməyin.

Erybenz gel istifadə qaydası və dozası

Eribenzi istifadə etməzdən əvvəl hər iki tubiki, qutuya qoyulmuş xüsusi qabın içərisində qarışdırın. Xüsusi qaşıqla homogen gel alınana kimi qarışdırın. Qarışdırdıqdan sonra istifadəyə hazırdır. Hazırlanmış gel sutkada iki dəfə, səhər və axşam, zədələnmiş sahə üzərinə yaxud həkimin təyinatı ilə istifadə olunur.

Doza həddinin aşılması

Eribenz yerli istifadə olunduğu üçün artiq dozalanma halları qeyd olunmamışdır.

Əlavə təsirləri

Dərinin quruması, övrə, sifətin ödemi, eritema, kontakt termatit, işiğa qarşı həssaslıq, dərinin qabıqlanması, yağlanması və qıcıqlanması, yanğı hissi, qaşınma, sifətin, gözlərin, burunun iltihabı.

İstehsalçı ölkə

Yunanıstan

Aid olduğu kateqoriyalar

  • Sızanaqlar əleyhinə vasitələr

Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow