Prosafe qiyməti və istifadə qaydası necədir?

Prosafe - Prostatit zamanı, potensiya zəifliyi zamanı, sidik ifrazatı xəstəliklərində, prostat vəzin adenomasında istifadə olunan preparatdır.

Nov 23, 2024 - 08:27
 0
Prosafe qiyməti və istifadə qaydası necədir?
Prosafe

Prosafe haqqında məlumat

YAZININ İÇİNDƏKİLƏR
Hamısına bax

Prosafe qiyməti

Prosafe kapsul qiyməti və digər dərmanların qiymətləri müxtəlif amillərə bağlı olaraq dəyişkənlik göstərə bilər. İstehsalçı şirkət, tədarük zənciri və əczaçılıq bazarının dinamikləri bu qiymətlərin formalaşmasında mühüm rol oynayır. Bu yazı yazılan tarixdə Prosafe qiyməti 29 azn - 32 azn arasında dəyişir.  

Ən gözəli budur ki, Doktorm.az  Platforması  ilə əməkdaşlıq edən Apteklər -dən bu günə olan Prosafe dərman qiyməti -ni öyrənərək əldə edə bilərsiniz.

Prosafe nədir?

Kişilərdə sidik-cinsiyyət sistemi xəstəlikləri zamanı istifadə edilən fitopreparatdır.

Tərkibi:

Hər kapsulda:
Cırtdan palmanın extractı (Saw Palmetto Extract)...............300 mg
İyli kərəviz toxumlarının tozu (Selery seed powder)...............200 mg
Bataqlıq kərəviz kökünün tozu (Calamus powder).................200 mg
Köməkçi maddələr: maltodekstrin, HPMC (hidroksipropilmetilselluloza, hipromelloza, heyvan jelatini əvəzedicisi)

Xüsusiyyətləri:

Cırtdan palmanın extractı Prostat vəzində antiandrogen, antiproliferativ, ödeməleyhinə və iltihabəleyhinə təsir - 5-alfa-reduktazanın sintezini zəiflədərək dihidrotestosteronun funksiyasını inhibasiya edir və həmin fermentin sitazol reseptorları ilə birləşib nüvəyə daxil olmasının qarşısını alır. Nəticədə zülal sintezi azalır və prostat vəzinin böyüməsinin qarşısı alınır. A2 fosfolipazasının və araxidon turşusunu ingibə edir və nəticədə prostoqlandinlərin, leykotrienlərin sintezi azalır. İltihab əleyhinə effekt verir.
Terapiyanın ilk həftəsində kapillyar keçiriciliyi azalır, şişkinlik və iltihab azalır. Sidik kisəsi boynunun və axarının sıxılması halı aradan qaldırılır
Iyli kərəviz toxumlarının tozu bioloji aktiv flavonoidlərlə zəngindir. Urodinamikanı yaxşılaşdırır, dizurik simptomları aradan qaldırır, iltihabəleyhinə təsir göstərir, uroseptik təsirə malikdir. Kişilərdə cinsi aktivliyi və spermatozoidlərin hərəkətliliyini artırır.
Bataqlıq kərəviz kökünün tozu xalq təbabətində geniş istifadə olunur. Diuretik, iltihabəleyhinə və uroseptik təsirə malikdir. Prostat vəzdə qanın mikrosirkulyasiyasını yaxşılaşdırır. Şişəleyhinə təsirə malik olduğu üçün prostat vəzin xoş və bədxassəli şişlərinin yaranmasının qarşısını alır.
PROSAFE Prostat vəzinin funksiyasını yaxşılaşdırır. İltihabəleyhinə təsir göstərir. Şişlərin yaranmasını əngəlləyir. Prostat vəzi toxumasında ödemi azaldır. Afrodoziak təsir göstərərək libidonu artırır.

Göstərişlər:

- Prostatit
- Prostat vəzinin xoşxassəli hipertrofiyası - adenoma (I və II dərəcə)
- Erektil disfunsiya
- Sistit, uretrit
- Hormonal pozğunluqlar
- Libidonun zəifləməsi

Əlavə təsirləri:

Nadir hallarda allergik reaksiyalar müşahidə edilə bilər.

Əks-göstərişləri:

Preparatın tərkibində olan hər hansı komponentə qarşı yüksək həssaslıq, prostat vəzinin bədxassəli şişləri.

Qəbul qaydası:

1 kapsul sutkada 1 dəfə, yeməkdən sonra qəbul olunur. Müalicə kursu 2-3 aydır.

Buraxılış forması:

PROSAFE kapsul № 30

İstehsalçı:

“APHARMA SAĞLIK ÜRÜNLƏRİ ”A.Ş, Türkiyə.

Prosafe nə üçündür?

  1. Potensiya zəifliyi zamanı istifadə olunan dərmanlar
  2. Sidik ifrazatı xəstəliklərində istifadə olunan dərmanlar
  3. Prostatit zamanı istifadə olunan dərmanlar
  4. Prostat vəzin adenomasında istifadə olunan dərmanlar

Qeyd: Hər hansı bir əlavə və ya dərmanı qəbul etməzdən əvvəl həkimlə məsləhətləşmək vacibdir. Həkim, sizin üçün ən uyğun müalicə metodunu təyin edə bilər və əlavə qəbulunun sizin sağlamlığınıza necə təsir edəcəyini dəyərləndirə bilər.


Bu yazını dostlarınla paylaş

saytların hazırlanması Pin up casino giriş

Bu yazıya reaksiyanız ?

like

dislike

love

funny

angry

sad

wow